247
Ölkənin səth qurluşundakı təzadlardan biri də ondan ibarətdir
ki, Şərq hissədəki səhra və yarımsəhralar zonasını, qərbdəki,
qismən
dağlıq ərazini şimaldan cənuba doğru meridian istiqamətində uzanan
Qhor tektonik çökəkliyi ayırır. Bu çökəkliyin cənub davamını əl-
Ərəb vadisi təşkil edir. Ölkənin, demək olar ki, yeganə çayı olan
Ürdün bu çökəkliklə axır və dünya ədəbiyyatında məhşurlaşan Ölü
dənizə tökülür. Qhor çökəkliyi planetimizin ən
dərin çökəkliyi hesab
edilir. Dərinliyi okean səviyyəsindən 793 metr aşağıdır. Eni 7-8 km,
bəzi yerlərdə 20-25 km-ə çatır.
Ürdün faydalı qazıntılarla o qədər də zəngin deyil. Ölkə
ərazisinin çox hissəsi, xüsusilə şərq bölgəsində faydalı qazıntıları
aşkar etməkdən ötrü geoloji kəşfiyyat işlərini aparmaq nisbətən
çətindir, çünki bu bölgədə su mənbələri,
demək olar ki, yox
dərəcəsində olmaqla yanaşı mövcud yeraltı sərvətlər yaşayış
məntəqələrindən və ya magistral yollardan uzaqda yerləşmişdir. Buna
görə də ölkədəki təbii sərvətlər o qədər də yaxşı öyrənilməmişdir.
Ölkənin ən mühüm faydalı qazıntısı ərazinin əksər yerlərində rast
gəlinən yüksək keyfiyyətli fosforit yataqlarıdır.
Fosforit ehtiyatına görə Ürdün regionda birinci, dünyada isə
beşinci yeri tutur. Ürdündə fasforiti «boz qızıl» adlandırırlar. Ölkənin
ən böyük fosforit yataqları Ər-Rüseyf, Ən-Həsa və Şeydidə
cəmləşmişdir. Bu yataqlar içərisində ən
perspektivlisi Şeydi
yatağıdır. Fosforitlə yanaşı ölkə mineral duzlar və tikinti materialları
ilə də zəngindir. Ölü dəniz müxtəlif duz ehtiyatının xəzinəsidir.
Burada duzun ehtiyatı 40 mln. tondan artıqdır. Ölü dənizin təbii
sərvətlərindən səmərəli istifadə etmək məqsədilə 1982-ci ildə Lisan
yarımadasında emaledici müəssisə tikilib istifadəyə verilmişdir.
Ürdün tədricən dünyanın iri gübrə istehsalçılarından birinə çevrilə
bilər. Fosfor və duzlardan əlavə ölkədə ehtiyatı böyük olmayan
dəmir, mis, manqan filizləri və uran yataqları aşkar edilmişdir.
Dostları ilə paylaş: