Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Azərbaycan Respublikası ilə münasibətləri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə21/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   229
Sənayenin aparıcı sahələri.  İran körfəzinin başqa ölkələri 
kimi Bəhreyn də sosial-iqtisadi inkişafı  və  hətta  əmirliyin siyasi 
həyatı neft və  təbii qaz hasilatı ilə bağlıdır. Dövlət büdcəsinə  gələn 
gəlirin təqribən yarısı neft və qaz sənayesi hesabınadır. Ölkədə 
sənaye  əhəmiyyətli neft çıxarılmasına 1932-ci ildən başlanılmışdır. 
Artıq 1934-cü ilin dekabrında Bəhreyn nefti ilə yüklənmiş ilk tanker 
İran körfəzindən çıxmışdır.  İlk mərhələlərdə neftdən ölkəyə  gələn 
gəlir çox cüzi idi (hasil edilən 1 ton neftə cəmi 1,05 dollar verilirdi). 
1979-cu ilə  qədər neft yataqlarını Amerika şirkəti «Bəhreyn 
petroleum kompani» (BARKO) istismar edirdi. Səudiyyə  Ərəbis-
tanının «Arabiyen Amerikan oyl Kompanii» (ARAMKO) şirkəti də 
Bəhreyn adasındakı  məhəlli sulardan neft çıxarırdı. 1979-cu ildən 
başlayaraq neft və qaz sənayesinə  Bəhreyn Milli neft şirkəti 
(BANOKO) tam nəzarət edir. Bəhreyndə neftin ehtiyatı az 
olduğundan onun hasilatı ildən-ilə  aşağı düşür. 2005-ci ildə  cəmi 2 
mln. ton neft çıxarılmışdır. Lakin neft emal edən müəssisələrin is-
tehsal gücü ildə 14-15 mln. tondur. Bu zavodlarda Səudiyyə 
Ərəbistanından sualtı  kəmərlə  gətirilən neft emal edilir. Bəhreynin 
neft emalı müəssisəsi Yaxın  Şərqin bu qəbildən olan ən iri 
müəssisələrindən biridir. 
Hasilat sənayesində  təbii qaz istehsalının  əhəmiyyəti getdikcə 
artır. Ölkədə ildə 4,0 mlrd. kub m
3
 qaz çıxarılır. Təbii qazdan butan 
və propan kimi qiymətli məhsullar istehsal edən müəssisə (illik 
istehsal gücü 280 min ton) tikilmişdir. 
Alüminium istehsalı  Bəhreynin sənaye sahələri arasında 
əhəmiyyətinə görə ikinci yeri tutur. Bu sahənin inkişafı üçün yerli 
yanacaqla (təbii qaz) işləyən istilik elektrik stansiyalarında alınan 
ucuz elektrik enerjisi geniş imkanlar açır. Manama da yerləşən 


 
43 
alüminium zavodu Avstraliyadan idxal olunan boksit əsasında işləyir. 
Ötən əsrin 90-cı illərinin birinci yarısından ilkin alüminium istehsalı 
üzrə ALVA şirkətinə  məxsus yeganə zavodun genişləndirilməsi 
həyata keçirilir. Zavodun istehsal gücü 210 min tondan (1992) 460 
min tona qədər (2003) artırılmışdır. Layihənin həyata keçirilməsi 1,4 
mlrd. dollara başa gəlmişdir. ALVA dövlət  şirkəti zavodun istehsal 
gücünün artırılması üçün lazım olan vəsaitin bir hissəsini 
Almaniyadan (12 il müddətinə 290 mln. dollar borc) və  Bəhreynin 
bütün iqtisadi inkişaf planlarının plana keçirilməsində ona 
əhəmiyyətli maliyyə köməkliyi göstərən Səudiyyə  Ərəbistanından 
almışdır. İran körfəzi regionunda baş vermiş müharibələr ilə əlaqədar 
bəzi layihələrin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır. 
Bəhreyndə  sənayenin nisbətən inkişaf etmiş digər sahəsi 
gəmiqayırma və gəmi təmiridir. OPEK üzvü olan Ərəb dövlətlərinin 
iştirakı ilə  Bəhreyndə  gəmiqayırma tərsanəsi və  gəmi təmiri 
müəssisəsi tikilmişdir. Ölkədə  fəaliyyət göstərən neft-kimya 
kompleksi Səudiyyə  Ərəbistanı  və Küveyt kapitalının köməyi ilə 
yaradılmışdır. Bəhreyndə qazma avadanlığı, boru, maye oksigen 
istehsal edən müəssisələr, dəniz suyunu təmizləyən qurğular və bir 
neçə istilik elektrik stansiyaları vardır. 
 Bəhreyndə kustar sənətkarlığın tarixi qədimdir. Ölkədə 
yaşayan əhali çoxdan bəridir ki, dənizdən mirvari çıxarmaq vərdişinə 
yiyələnmişdir. Bəhreynin qara mirvarisi, yaxud yerlilərin «balıq 
gözü» adlandırdıqları mirvari barədə  əfsanələr vardır. Bu qiymətli 
mirvarinin qədrini bilən ingilis müstəmləkəçiləri uzun illər ölkənin 
bu sərvəti üzərində  ağalıq etmişlər. Neft və  təbii qaz ehtiyatlarının 
kəşfinə qədər mirvari ovu və onun ixracatı ölkə əhalisinin əsas gəlir 
mənbəyi olmuşdur. Təsərrüfatın bu sahəsi ötən əsrin 30-cu illərində 
ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Sonradan yaponların dünya 
bazarına süni mirvari çıxarması  Bəhreyndə mirvari vətəgələrinin 
azalmasına və bu sahənin tənəzzülünə  səbəb olmuşdur. Lakin buna 
baxmayaraq bəhreynlilər bu qədim peşələrini unutmamışlar. 
Dənizdən yenə  də mirvari, süngər çıxarılır, balıq ovlanır. Neft 
sənayesinin inkişafı, həm də son illərdə regionda baş vermiş 
müharibələrin ağır ekoloji nəticələri ilə  əlaqədar  İran körfəzinin 
çirklənməsi balıqçılıq təsərrüfatına böyük ziyan vurmuşdur. 
Bəhreyn hökuməti ölkənin  əlverişli coğrafi mövqeyindən və 
formalaşan siyasi-iqtisadi imkanlarından (inkişaf etmiş  nəqliyyat 
 
44
infrastrukturu, rabitə  və b.) istifadə etməklə Yaxın və Orta Şərq 
regionunda başlıca işgüzar və maliyyə  mərkəzinə çevrilmək barədə 
müəyyən tədbirlər həyata keçirir. Ölkədə beynəlxalq yarmarka üçün 
iri sərgi kompleksi müvəffəqiyyətlə işləyir. 2005-ci ildə Bəhreynə 2,5 
mln. nəfər xarici turist və  işgüzar adamlar gəlmişdir. Onların 
tələbatlarını ödəmək üçün mehmanxana, restoran və başqa xidmət 
sahələri genişləndirilir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin