Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə18/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   229
Dövlət quruluşu. Bəhreyn konstitusiyalı monarxiyadır. 2001-
ci ildə keçirilmiş referendumda dövlətin yeni konstitusiyası  qəbul 
olunmuşdur. Bu konstitusiyaya görə 1975-ci ildə buraxılmış 
parlamentin (Milli Məclis) fəaliyyəti yenidən bərpa olunmuşdur. 
1782-ci ildən Bəhreyn  əl-Xəlifə sülaləsi tərəfindən idarə olunur. 
Qanunverici hakimiyyət  əmirə  və bir palatalı Milli Məclisə 
məxsusdur.  İcraedici hakimiyyət  əmirin qardaşının rəhbərlik etdiyi 
Nazirlər Şürasına məxsusdur. 
Ölkədə  Bəhreynin Xalq Cəbhəsi adlanan bir siyasi partiya 
fəaliyyət göstərir. Digər siyasi partiya və həmkarlar təşkilatının fəa-
liyyəti qadağan edilmişdir.  Ərəb  əmirliklərinin hamısında olduğu 
kimi, Bəhreyndə  də hakimiyyət bir sülalənin  əlindədir. Həmin 
sülaləyə məxsus olan ailələr çox dəbdəbəli həyat tərzi keçirirlər. 
Bəhreyn özünəməxsus xarici siyasət yeritməyə  təşəbbüs gös-
tərir. O, beynəlxalq münasibətlərdə güc işlətməmək barədə 
müqavilənin bağlanması, bütün dövlətlərlə dinc yanaşı yaşamaq və 
heç bir dövlətin daxili işlərinə qarışmamaq ideyasını müdafiə edir. 
Bəhreyn dövləti – BMT, Ərəb Dövlətləri Cəmiyyəti, İslam Konfransı 
Təşkilatının, başqa beynəlxalq və regional təşkilatların fəaliyyətində 
iştirak edir. Bəhreynin xarici siyasət mənafeyi  əsasən region 
dövlətləri çərçivəsində uzlaşır. O, öz siyasətini İran körfəzinin başqa 
Ərəb dövlətləri, ilk növbədə Səudiyyə Ərəbistanı ilə uzlaşdırır. Buna 
görə  də  Bəhreyn 1981-ci ildə  İran körfəzi  Ərəb dövlətlərinin 
Əməkdaşlıq  Şürası adlanan regional təşkilatın yaradılmasının fəal 
tərəfdarı olmuşdur. 
Bəhreynlə yanaşı bu təşkilata Qətər, BƏƏ, Küveyt, Oman və 


 
39 
Səudiyyə Ərəbistanı da daxil olmuşdur. Şuranın əsas məqsədi siyasi, 
iqtisadi və digər sahələrdə birgə fəaliyyəti tənzimləməkdir. 
Əməkdaşlıq  Şurası  çərçivəsində müxtəlif sahələrə də (sənaye, 
maliyyə, sığorta, ticarət, nəqliyyat, rabitə və s.) inteqrasiya üzrə birgə 
komissiyalar yaradılmışdır. Bəhreyn üçün regionla iqtisadi 
əməkdaşlıq, ölkənin gələcək sənayeləşdirilməsinə və inkişafına təsir 
edə bilən əsas vasitədir. Bəhreynin kiçik daxili bazarı, onun istehsal 
etdiyi metallurgiya və neft məhsullarını istehlak etmək qabiliyyətinə 
qadir deyildir. Əməkdaşlıq  Şurası  çərçivəsində inteqrasiya isə bu 
məhsulların satışını asanlaşdıra bilər.  Şura tərəfindən qəbul edilən 
öhdəçilikdən biri də neft sənayesi ilə bağlıdır. Bu öhdəçiliyə əsasən, 
Şuranın üzvü olan hər hansı ölkədə bu və ya digər səbəblər üzündən 
neft hasilatı dayandırılarsa, digər üzvlər ona köməklik 
göstərməlidirlər. Bu da tamamilə Bəhreynin xeyrinədir. 
Bəhreynin hakim dairələri  Şura çərçivəsində vahid 
infrastrukturun, ümumi bazarın, hərbi qüvvələrin uzlaşdırılmasının 
zəruri olduğunu bildirirlər. Həm də  mədəniyyət və  təhsil sahəsində 
sıx əməkdaşlığın yaradılması nəzərdə tutulur. 
Əməkdaşlıq  Şurasının digər üzvləri kimi Bəhreyn də  işğal 
edilmiş bütün Ərəb torpaqlarından  İsrail qoşunlarının tam 
çıxarılmasını, paytaxtı  əl-Qüds (Yerusəlim) olmaqla müstəqil 
Fələstin  Ərəb dövlətinin yaradılması  və  Fələstin xalqının yeganə 
qanunu nümayəndəsi Fələstin Azadlıq Təşkilatının hüququnun 
saxlanılmasını tələb edir. Əməkdaşlıq Şurasının fəaliyyəti Bəhreynin 
xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir edir və Bəhreyn bir qayda 
olaraq onun qərarlarına tabe olur. 
Son vaxtlar Bəhreyn – ABŞ münasibətləri güclənir. 1949-cu 
ildən etibarən Bəhreyn ABŞ-ın  İran körfəzi bölgəsində yerləşdirdiyi 
hərbi qüvvələrin labüdlüyünü qəbul edir. Birləşmiş Ştatların 5-ci hərbi 
dəniz donanmasının bir qisminin əsas baza kimi Bəhreyndə 
yerləşdirilməsinə icazə verilmişdir.  İraq – Küveyt müharibəsindən 
sonra 1990-cı ilin avqustunda Bəhreyn hökuməti amerkanlıların 
adalarda hərbi hava qüvvəllərinin bazalarını yaratmağa icazə verdi. 
Manama ilə Vaşinqton arasında birgə müdafiə barədə bağ-
lanmış sazişə əsasən hər ikisi birgə hərbi təlimlər keçirilməklə yanaşı 
regionda hərbi-siyasi vəziyyətin gərgin hallarında isə ABŞ-na icazə 
verilir ki, buraya əlavə silah və qoşun hissələri gətirsin. 
Bəhreyn dövləti ilə Azərbaycan Respublikası arasında dip-
 
40
lomatik münasibətlər 1996-cı ilin 6 noyabrında yaradılmışdır. Dövlətin 
milli bayramı onun müstəqillik günüdür (16 dekabr 1971). 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin