Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə26/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   229
Səth quruluşu və faydalı qazıntıları.  Əmirliklərin  ərazisi  İran 
körfəzinin cənub sahili boyunca Qətər yarımadasından Müsəndam 
yarımadasınadək 700 km məsafədə uzanır. Sahillərinin kəskin 
parçalanması  nəticəsində bir sıra qumlu dillər  əmələ  gəlmişdir. Təbii-
coğrafi xüsusiyyətlərinə görə ölkədə 4 təbii bölgə ayrılır:  İran körfəzi 
                                      
*
 Bəzi mənbələrdə ölkənin ərazisi 83,6 min kv. km, digərlərində isə 78 
min kv. km göstərilir. 
 
48
sahili; Materik yaylası; Oman körfəzi sahili; Dağlıq ərazi. 
İran körfəzi sahili təbii bölgəsi ensiz, hamar düzənlikdir. 
Düzənliyin dəniz səviyyəsindən orta hündürlüyü 30-50 metrdir. İran 
körfəzi sahili bölgəsinin qərbindəki  şoranlıqlar qumlu-çınqıllı 
sahələrlə növbələşir. Bölgənin  şərq hissəsi qərbinə nisbətən dərə-
təpəlidir. 
Materik yaylası  təbii bölgəsi  İran körfəzi sahili təbii 
bölgəsindən cənubda yerləşir. Yaylanın dəniz səviyyəsindən orta 
hündürlüyü 100-150 metrdir. Əmirliklərin  ərazisinin 2/3 hissəsini 
əhatə edən materik yaylasının  şimalını  əd-Dəfra təbii sətti tutur. 
Yayladakı  şoranlıqlar daşlı  və qumlu səhralarla  əvəz olunur. 
Səhralarda hərəkət edən qumlar Əmirliklərin  əksəriyyəti üçün təbii 
«bəla» sayılır. Şərqə və cənuba doğru qum təpələri daha geniş sahədə 
yayılmışdır. Nisbətən məhsuldar torpaqları ilə  fərqlənən  əl-Batin 
düzənliyinin cənubunda Səudiyyə  Ərəbistanı, Oman və  Yəmən 
dövlətlərinin ərazisinə qədər uzanan qum təpələri qərbdə Rub-əl-Xali 
səhrası ilə qovuşur. Yaylada vahələr çoxdur. Abu-Dabi əmirliyində 
yerləşən əl-Ayn və Liva ölkənin ən böyük vahələridir. Təqribən 100 
km məsafədə uzanan əl-Ayn vahəsini İran körfəzindən qumlu tirələr 
ayırır. Əvvəllər bu sahəni keçmək üçün dəvələrdən istifadə edilirdi və 
bu yol yorucu sayılırdı.  İndi isə vahəyə sürətli avtomobil magistralı 
çəkilmişdir. 
 Vahə yaxınlığında yerləşən yaşayış  məskənləri dağlardakı 
bulaq sularından istifadə edirlər. Vahənin indiki sakinlərinin  əc-
dadları orijinal yeraltı kanalllar sistemi tikmişlər. Daşla hörülmüş 
kanallar su mənbələrindən vahəyə  qədər 30 km uzanır. Su öz təbii 
axarı ilə  gəlir. Vahənin özündə kanalın dərinliyi 10-15 metrə çatır. 
Əvvəllər yeraltı  çənlərə  yığılan suyu adi quyularda olduğu kimi 
çıxarırdılar.  İndi suyu nasoslar vasitəsilə  səthə qaldırırlar. Vahənin 
özü də yeraltı sularla zəngindir. 
 Abu-Dabi əmirliyinin paytaxtından təqribən 150 km cənub və 
cənub-şərqdə yerləşən Liva vahəsi əslində zəncirvarı halda düzülmüş 
30 kiçik vahələrdən ibarətdir. Bu vahələr səhranın qum təpəlikləri 
arasında qövs şəklində  təqribən 60-80 km məsafədə uzanır. 
Vahələrdəki yeraltı sular səthə çox yaxın yerləşmişdir. Torpaqların 
yüksək dərəcədə  şoranlaşdığı bu vahələrdə  Şərqi  Ərəbistanın  ən iri 
ağacı sayılan xurma palmaları yaxşı böyüyür. Hündür gövdəsi və 
lələkli çətiri olan palma səhralarda az-az görünən yaşıl vahələrə 


 
49 
xüsusi mənzərə verir.  
 Demək olmaz ki, BƏƏ-nin təbii mənzərəsi yekrəngdir
cansıxıcıdır. İndi səhraya «hücumlar» edilir, burada yeni-yeni sənaye 
müəssisələri, kənd təsərrüfatı fermaları, yaşayış  qəsəbələri salınır. 
Səhralarda uzanan neft buruqlarını, betondan tikilmiş boz rəngli 
müəssisələri, tez-tez tünd yaşıl rəngə bürünmüş vahələr əvəz edir. Bu 
vahələr səhraya sərilmiş yaşıl xalçaya bənzəyir və  ətrafa gözəllik 
verir. 
 Oman körfəzi sahili təbii bölgəsi (bu bəzən əş-Şemaliyə vadisi 
də adlanır)  şimalda və  cənubda  Əmirliklər ilə Oman arasındakı 
sərhəd boyunca yerləşir.  Şərqdə  zəif parçalanmış sahil xətti, qərbdə 
isə Oman dağ sistemindən ayrılan qollarla həmsərhəddir.  Əş-
Şemaliyə vadisinin uzunluğu 75-80, eni isə 10-15 km-dir. Füceyrə 
rayonunda vadinin eni 25 km-ə çatır. 
 Dağlıq təbii bölgəsi Oman körfəzi sahili boyunca uzanan dağ 
sisteminin bir hissəsini  əhatə edir. Bu bölgənin  ən hündür yeri əl-
Əhdar dağlarındadır (məsələn,  Şam dağında hünd. 3353 m). Əl-
Əhdar dağları ilə Müsəndam yarımadasındakı bölgədə  Qərbi Həcər 
(hünd. 1643 m) və Ruus-əl-Cəbəl (hünd. 2194 m) dağları yerləşir. 
Qərbi Həcər dağları Füceyrəni digər  Əmirliklərdən ayırır. Dağ 
dərələri və dağətəyi sahələrdə  aşınma nəticəsində illər boyu yığılan 
aşınma materialları  məhsuldar torpaq örtüyünün yaranmasına səbəb 
olmuşdur. 
 Birləşmiş  Ərəb  Əmirliklərində qiymətli faydalı qazıntılar – 
neft, təbii qaz, dəmir filizi, daşduz, uran, xromit, nikel, mis, platin, 
boksit, maqnezit, asbest və s. aşkar edilmişdir. Neft və  təbii qaz 
yataqları daha tez mənimsənilmiş, digərləri isə  hələ  də  tədqiq 
edilməkdədir. Məsələn, dağlıq bölgədə yerləşmiş  Rəs-əl-Heymə 
əmirliyinin faydalı qazıntılarla zəngin olması məlumdur. 
Əmirliklərin ən mühüm sərvəti dünyəvi əhəmiyyətə malik olan 
neft və  təbii qazdır.  Əmirliklərin  ərazisində  və ona məxsus  şelf 
zonasında  İran körfəzi neft-qaz hövzəsinə aid iki areal (Qətər-
Hörmüz və Murban) yerləşir. Qətər – Hörmüz arealında Umm – 
Şeyf,  Əl-İdd-Əş-Şarqi, Murban arealında isə Bu – Qəza, Abu Cidu, 
Murban ən böyük neft-qaz yataqlarıdır. Murban, Bu – Qəza və Adu 
Cidu yataqlarının hər birinin neft ehtiyatı  təqribən 500 mln. tondur. 
Ölkə üzrə neft ehtiyatı isə 12,95 mlrd. tondur. Bu göstəriciyə görə 
Yaxın və Orta Şərq regionunda 5-ci yeri (Səudiyyə Ərəbistanı, İran, 
 
50
İraq, Küveyt) tutur. Təbii qaz ehtiyatı isə 6,0 trln. kub metrdən 
çoxdur (2005). 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin