Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə27/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   229
İqlimi və hidroqrafiyası.  Əmirliklərin  ərazisində iqlim 
xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və  Şərq zonası 
ayrılır.  İran körfəzi bölgəsinə aid edilən Qərb zonasında qış möv-
sümündə (dekabr-fevral) gündəlik temperatur müsbət 20-35 dərəcəyə 
çatan mülayim isti, yayda isə (iyul-avqust) temperatur tərəddüdü 38-
50 dərəcə olan çox isti hava hakim olur. Bu zonada çox nadir 
hallarda temperatur müsbət 5-10 dərəcəyədək aşağı düşür. Qərb 
zonasında həm qışda, həm də yayda gecə  və gündüz temperatur 
tərəddüdü nisbətən kəskin olur. Yayda gecə temperatur 20, qışda isə 
15 dərəcəyədək aşağı düşür. Sahildə rütubət yüksək olduğundan (85 
– 95 faiz) nəfəs almaq belə çətinləşir. 
Oman körfəzi bölgəsinə aid edilən Şərq zonası tropik qurşaqda 
yerləşdiyindən burada bütün il boyu tropik hava kütlələri hakim olur. 
Ona görə  də bu zona quraqlığı  və yayda tozlu hava axınının 
üstünlüyü ilə seçilir. Şərq zonasında iqlimin formalaşmasına Oman 
körfəzi ilə birlikdə Ərəbistan dənizindən gələn yay və qış mussonları 
da böyük təsir göstərir. Qış mussonlarının təsiri ilə Oman körfəzinin 
sahil bölgələrində temperatur 20, dağlıq rayonlarında isə 10 
dərəcəyədək aşağı düşür. Əl-Batin ovalığı, Qərbi Həcər və Ruus-əl-
Cəbəl dağlarının  ətəkləri yay mussonlarının təsirinə  məruz 
qaldığından iyul ayında sahildə və dağ dərələrində temperatur 25-26 
dərəcə  təşkil edir. ölkənin qərbinə il ərzində 100 mm (daxili 
səhralarda 70-80 mm) yağıntı düşür. Burada yerləşmiş  Rəss-əl-
Heymə  ən çox yağıntı alan əmirlikdir (200-300 mm). Ölkənin 
şərqində yağıntıların miqdarı Qərbə nisbətən çoxdur (il ərzində 200-
250 mm). 
Birləşmiş  Ərəb  Əmirliklərində çay, göl və digər yerüstü su 
mənbələri yoxdur. Yeraltı sular yeganə  həyat mənbəyidir. Hələ 
qədim zamanlarda burada yaşayan tayfalar quyu qazıb yeraltı 
sulardan istifadə  vərdişlərinə yiyələnmişlər. Quyular ətrafında 
vahələr yaranmışdır. Bunlardan ən böyükləri Liva və Büreym 
vahələridir. Vahələrdə yaşayış  məntəqələri salınmış, sonralar bu 
məntəqələr böyüyərək  şəhərlərə çevrilmişdir. Abu-Dabi, Dubay, 
Şərca vahələrdə yaranan şəhərlərdir. 
Qətərdə olduğu kimi yeraltı sular ölkənin bəzi yerlərində o 
qədər çoxdur ki, qumlar və daşlar arasında bataqlaşmış sahələr əmələ 


 
51 
gətirmişlər. Ölkədə yeraltı suların olmasına baxmayaraq su problemi 
çox kəskindir. Suya olan tələbatı ödəmək üçün dəniz suyunu 
təmizləyən qurğular tikilir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin