229
əsərlərdir. Hər halda müəllif “gəlişin missiyası”nı açıqlarkən
bildirir: “bu kitabın yazılmasının
bir məqsədi də Əli Kərim və
ümumən XX əsr Azərbaycan poeziyası haqqında monoqrafik
tədqiqlərin yazılmasına yön verməkdir” və bu yolda ilk daşı
qaldıranlardan olduğunu da nəzərə çatdırmağı unutmur:,,Bizə
elə gəlir ki, Səməg Vurğun və Əli Kərim haqqında ən gözəl
əsərlər bundan sonra yaranacaq... Bu kitab o həsrətlə yazıldı...”
* * *
Bu kitab da o həsrətlə yazıldı: “S.Rüstəmxanlı: yaddaşın
poetikası”.
“Mən Sabir Rüstəmxanlının ədəbi prosesdəki yerini belə
görürəm - Nüşabə qalasının uçuq bürcü“ - yazır müəllif. Yox,
bu şairə verilən təsadüfi təyin deyil. S.Rüstəmxanlı xalqın
yaddaşına sadiq qaldığı və onun milli–mənəvi dəyərlərini
yaşatdığı, öz sözü və kökü üzərində ucaldıgı üçün bu torpağın
istənilən daşının, torpağının adı ilə adlanmağa haqqı çatır.
O, bu obrazı öz “Qan yaddaşı” ilə formalaşdırıb. Amma
“Nüşabə qalasının uçuq bürcü” C.Yusifli üçün “həm də yalnız
(bəlkə də) xüsusi olaraq seçilən insanların
ömür sürməyə
göndərildiyi ilahi məskəndir”. Kimdir seçilən insan? Tanrıdan
bir pay özündə yaşadan, kosmosla rabitəsini üzməyən, onunla
daim ünsiyyətə can atan qeyri-adi varlıq. Əslində, şairliyin
sirrini özündə kodlaşdıran qanundur bu. Axı şairlik “nəyəsə
işarə edə bilmək “arzusuna çıxış xəttindən başlayır. Bu isə artıq
poeziyanın
etiraz etdiyi nəmənəliyin, məchulluğun dərki nami-
nə dünyanın boz cevrəsindən təcrid olunub. İlahi gizlinlərinə
vaqif olmaq deməkdir və gərək secilən insan olasan ki, hakimi–
mütləq öz mübhəmliklərinin qapısını sənin üzünə açsın. Yoxsa,
hər deyəndə “Ömür kitabı” hasilə gəlirmi?
* * *
Uşaq vaxtı atamın əlində tez-tez qara-göy üzlü bir kitab
görərdim. Atam ədəbiyyat adamı olmasa da,
mütaliəni çox sev-
diyindən bədii ədəbiyyatsız bir gün də keçinəmmirdi. Göy üzlü
kitaba atam nədənsə tez-tez müraciət edir, mütəmadi olaraq və-