15
OBYEKTİVLİK MEYARI İLƏ
Vaxt vardı keçmiş Sovetlər İttifaqında ədəbi tənqidin ədə-
biyyatda yerini və rolunu müəyyənləşdirmək, yaradıcılıq sahəsi
kimi təsdiq etmək haqda xüsusi iclaslar, müşavirələr təşkil
olunurdu. Əksər vaxtı qoyulan məsələ dolğun və real şərhini
tapmasa da, hər halda bu yığıncaqların çağırılmasını zəruri
edən ədəbi tənqidin dominant mövqeyi, aparıcı görkəmi idi,
“mən varamsa, fəaliyyət göstərirəmsə, əməyimi qiymətləndir”
tələbə idi. İndi bu cür iddialarla ədəbi tənqid kimsəni məşğul
edə bilməz. Ona görə yox ki, artıq bu məcrada bütün suallar
cavablandırılıb, tənqid əlahiddə yaradıcılıq və xarakter cizgiləri
qazanıb (bu günün özündə belə tənqidi yaradıcılıq sahəsi kimi
inkar edənlər var və günü sabah “tənqid lazımdırmı?” mövzu-
sunda müşavirə təşkil olunsa onu ədəbiyyat üçün “xarici səs”
hesab edib kənarlaşdırmağa hazır olanlar tapılacaq, hətta
tənqidin bircə xoş sözünə nə qədər nə qədər həsrətli olsalar be-
lə...), sadəcə olaraq ona görə ki, bu gün ədəbiyyat adamını tən-
qidin hazırkı durumu maraqlandırır, çağırılan iclasların, yazılan
məqalələrin zəifliyindən, süstlüyündən, ən sərt halda isə yoxlu-
ğundan-ölümündən bəhs edilir. Məsələn, bir neçə il bundan
əvvəl tənqidçi C.Yusifli “Tənqidin ölümü” adlandırdığı məru-
zəsində qeyd edirdi ki, “indi tənqid, düzdürmən bu sözü işlət-
mək istəməzdim, yiyəsiz ölüyə bənzəyir. Ağlayanı çox olsa da
ortadan götürəni yoxdur”. Hazırdasa belə düşünmək haqsızlıq
olardı. Ən azı ona görə ki, bugünkü yazılarda tənqidin prob-
lemləri çözülməyə başlanılıb və yaxşı cəhətdir ki, bu təşəb-
büslərin çoxu artıq tənqidçilərin özləri tərəfindən göstərilir.
Demək olmaz ki, tənqidin zəiflədiyi, gücdən düşdüyü son
bir neçə onillikdə onun vəziyyəti tənqidçiləri maraqlandır-
mayıb, səbəblərini açıqlamağa cəhd göstərilməyib. Müxtəlif
vaxtlarda etiraz nidaları eşidilib, “karvanbaşı, yolun hayana-
dır?” deyə həyəcan təbili çalanlar da olub. Amma bu hallar
təsadüfi səciyyə daşıdığı, deyək ki, adda-budda səsləndiyi üçün
ədəbiyyatın aparıcı mövzusuna çevrilməyib, ya da sadəcə “biz-
16
də iki fikir toqquşub üçüncüyə körpü salmayıb” (T.Əlişan-
oğlu), vəssalam. Doğurdan da əgər tənqidin “sadə düsturu ədə-
bi polemikadırsa” son zamanlara qədər ədəbi prosesdə biz
məhz bunu görməmişik. İstisna olaraq deyək ki, N.Cəfərov-
T.Əlişanoğlu, Əsəd Cahangir-T.Əlişanoğlu polemikaları müəy-
yən vaxtlarda fikir ətalətini aradan qaldırmağa xidmət edib,
eləcə də son günlər ədəbi ictimaiyyətdə böyük rezonansa səbəb
olan Elçinin “Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin
yaradıcılıq problemləri” adlı məqaləsi tənqidin yaşarlılığına tə-
minat vermək baxımından təqdirə layiqdir. Amma nə üçün bu
cür mübahisəli ruh, polemit ovqat aşılayan məqalələr kütləvi-
ləşmir? Elçinin məqaləsində onlarla tənqidçi adı sadalanır.
Təbii ki, onlardan hər biri müəyyən vaxtlarda zəhmət çəkib,
“gecəni-gündüzə qatıb” bu adı qazanıblar. Bəs niyə 90-cı illər-
də, ədəbi prosesin, o cümlədən ədəbi tənqidin dramatik za-
manında onların səsini eşitməmişik. Elə bu gün də, bir halda ki,
bizdə hər sahədə istənilən qədər problem var, niyə bu tənqid-
çilər ələ qələm alıb onların həllinə girişmirlər. Niyə bu gün biz
ədəbi tənqiddən danışanda yalnız bir-iki tənqidçinin adı üzə-
rində dayanırıq, təkrar-təkrar onlara istinad edir, bütün prob-
lemin ağırlığını da bu tənqidçilərin üzərinə atırıq. Bəs digər
tənqidçilər? Bu mənada bəlkə də C.Yusiflinin qənaəti daha
məqsədəuyğundur ki, “ədəbi prosesə şamil edilən “yoxmu, var-
mı?” sualının qoyuluşu səhvdir, absurddur, bu, daha çox şəxsi
planda səslənsəydi daha gerçək ifadəsini tapardı, yəni bir şair,
bir nasir, dramaturq, yaxud tənqidçi kimi mən varam, yoxsa
artıq mövcud deyiləm?” Vaxtilə haqsız tənqidlərə məruz qalıb
uzun müddət heç nə yazmayan rus yazıçısı Zoşşenko sonralar
bunun səbəbini belə izah etmişdir: “Qorxudulmuş yazıçı ixtisa-
sın itirilməsi deməkdir”. Bəs görəsən bizim tənqidçilərin
ixtisaslarını itirmələrinə hansı amil səbəb olmuşdur?... Böyük
ədəbiyyatın olmamasımı, yoxsa hələdəmi “ədəbiyyatdakı qü-
surların kəskin tənqidini mətbuat çap eləmirdi”. (Y.Qarayev).
T.Əlişanoğlu “Azərbaycan nəşri sosrealizim çevrəsində” adlı
kitabında yazır: “1930-50-ci illər ədəbiyyatı üçün inqilabi pafos,
|