23
xarakterizə olunan, müəyyən sosial-siyasi, iqtisadi problemlər,
mənəvi-psixoloji sarsıntılar yaşadan 1990-cı illərin özü ilə
gətirdiyi mövzular yeni idi və o, ətraf aləmə, dünyaya müna-
sibətdə tam yeni yanaşma tələb edirdi. Elə bir yanaşma ki,
orada yeni zamanın və yeni insanın durumu, yaşantısı əksini
tapa bilsin. Yeni dövr şeirin məzmun və formasına dəyişik-
liklər gətirməklə bərabər, onun tədqiq istiqamətini dəyişdi,
əvvəlki poetik baxışlar sistemini təbəddülata uğratdı.
90-cı illər poeziyasının iqlimini, ondakı müxtəlif təmayülləri
ehtiva etmək baxımından Vaqif Yusiflinin məqalələri mühüm
əhəmiyyət kəsb edir. Bu dövrdə müəllifin qələmə aldığı
"Qanadlandıq uçmağa", "Yollar hara aparır", "Yeddi duyğu",
"Gənc şairlər, sözüm sizədir", "Səkkiz kitiab, yeddi söz",
"Şerimizin bu günü – bu günümüzün şeri", "Yetkinlik və
yetkinliyə doğru", "Söhbət ədəbi gənclikdən gedir" və s. kimi
yazıları əsasən yeni mərhələdə fəaliyyətə başlayan yazarların
yaradıcılığına ayna tutmaq, gənc nəslin sənətkarlıq məziyyət-
ləri haqda müəyyən təsəvvür yaratmaqla yanaşı, bütövlükdə bu
dövr poeziyasını qüvvətli və kəsir cəhətləri ilə birlikdə
görükdürməyə müvəffəq olur. Məsələn, tənqidçinin "Yollar
hara aparır" adlı məqaləsi ilə tanışlıq 90-cı illərin əvvəllərinin
poeziyasını duymağa, onda ehtiva olunan yaradıcı xarakterləri,
fəal və intensiv axtarışlar əzmini, eksperiment səciyyəsi daşı-
yan mətnlərin yeniliklərini dərk etməyə şərait yaradır. Bu dövr
poeziyasının ilkin əlaməti ona hakim olan bədbinlik, pessimist
əhval-ruhiyyədir ki, V.Yusifli məqaləsində məhz bu məqama
daha çox etiraz edir, şairlərin öz iç dünyalarına qapılmasına,
şerlərin minor motivlərlə süslənməsinə qarşı çıxır. Tənqidçi
haqlı olaraq bildirir ki, əgər sovet dövrü şairi, sənətkarı daha
çox ictimai mövzu ilə yükləyirdisə, indi bu məhdudluq şairlərin
öz fərdi dünyalarına qapılmaları ilə əvəzlənib. "…bu da ondan
irəli gəlir ki, taledən, həyatdan, bizi əhatə edən mühitdən nara-
zılığımızı həddindən artıq mücərrədləşdiririk" (Yusifli Vaqif.
Tənqid yapraqları. Bakı: Gənclik, 1998, 112 s., səh.8) yazan
24
V.Yusifli 90-cı illər poeziyasında qəlibləşmiş, trafaret minor
motivlər, şikayət, ah-nalə ovqatlı misralar əleyhinə çıxaraq
şairləri bəşəri duyğular təlqin edən fikirlər üstə köklənməyə
səsləyir. Əlbəttə, inkar etmək olmaz ki, hər şair, ilk növbədə öz
fərdi "mən”indən çıxış edir, mənən yaşadıqlarının və duyduq-
larının tərcümanı olur. Lakin xırda və cılız kədərlə oynamaq,
yalnız iç aləminə qapılıb qalmaq da poeziyada planetar dü-
şüncə tərzinə gedən yolu bağlayır, şairin yaradıcılıq cizgilərinin
ümumbəşəri dəyər kəsb etməsinə, öz qabığından çıxıb başqa
səmtə boylanmasına əngəl törədir ki, tənqidçinin təşviş və iradı
bu mənada yerindədir.
1960-80-cı illər ədəbi fikrinin dəyərlərini təmsil edən tən-
qidçilərdən biri də Tehran Əlişanoğludur. Özünəməxsus üslub
və ifadə tərzi ilə diqqət çəkən tənqidçinin 90-cı illərdəki
fəaliyyəti intensivliyi ilə seçilir. Belə ki, müəllifin bu dövr ər-
zində çap edilən yazılarında – 1995-1997-ci illərdə "Press-fakt"
qəzetindəki "Ədəbiyyat söhbəti", 1996-1998-ci illərdə "Ədə-
biyyat qəzeti"ndəki "Məqamlar", 1998-ci ildə "Rezonans" qə-
zetindəki "Gündəlikdən", 2000-2001-ci illərdə yenə "Ədəbiy-
yat qəzeti"ndəki "Tənqidçinin dəftərindən", 1999 və 2002-ci
illərdə "Bizim əsr" qəzetində "Tənqid meridianları", "Polemik"
və "Tənqid" sırasından olan məqalələrində ədəbiyyat tarixçi-
liyi, realizm, romantizm, ənənə və novatorluq, irs və varislik
kimi ədəbiyyatımızın köklü nəzəri problemlərindən tutmuş
çağdaş prosesimizin inkişaf meyllərinin öyrənilməsinə, cari
bədii təsərrüfatın təhlilinə, yeni poetik təfəkkürün forma-
laşması kimi məsələlərə qədər yeni kontekstdə yanaşma, fərqli
baxış bucağı nəzərə çarpır. Xüsusilə, müəllifin Tehran Musta-
fayi imzası ilə yazdığı "Ədəbiyyat söhbəti" başlıqlı silsilə
mətnlərə önəm verməyə dəyər. Bu yazılarda müəllif yeni ədə-
biyyat düşüncəsini sırf estetik-nəzəri, poetika məxrəcinə köklə-
məyə çalışmış, diqqət çəkmək üçün hələ bir qədər də radikal-
estet formalara müraciət etmiş”dir. Yazıların orijinallığı ilk
növbədə, müəllifin çağdaş ədəbiyyat məsələlərini daim ədəbiy-
|