31
bölgüsü) bizə şərəf gətirməz” (Ötən ilin ədəbi yekunları.
"Ədəbiyyat qəzeti", Bakı, 2002, 3 may).
Bu mənada, müasir düşüncə tərzi olan postmodernizmin
milli ədəbiyyatımıza gətirilməsi, onun nəzəriyyəsini yeritmək
üçün müəyyən mətnlərin təhlilə çəkilməsi, bu nəzəriyyələrin
onlar üzərində əyaniləşməsi lazımlıdır. Belə bir zərurətə həm
də postmodern düşüncə tərzini əks etdirən mətnlərin yaradıl-
ması, araya-ərsəyə gəlməsi üçün ehtiyac var. Lakin bu – “izm”
məsələsinin, eləcə də dünya axınına qoşulmaq probleminin 90-
cı illər üçün məhdud cəhətlərindən biri simvolist şerə olan
münasibətdə üzə çıxır. Belə ki, ədəbi prosesdə şeri, poetik fikri
simvolikadan təcrid edib onu sırf realist axına kökləmək tələbi
qabarır. Bu münasibət bizə XX əsrin əvvəllərindən tanışdır.
Bildiyimiz kimi, XX yüzilliyin əvvəllərində də belə bir problem
yaranmış, dövrün aydınları "yeni şer" konsepsiyası formalaş-
dırmaq məqsədilə öz fikir və mülahizələrini, ədəbi məram-
namələrini səsləndirmişlər (Bax: Talıbzadə Kamal. XX əsr
Azərbaycan tənqidi. Bakı: AMEA, 1966, 540 s., səh.,214-239].
Fəqət bütün bu mülahizələrdə çox incə məqamlar nəzərə alınmış,
F.Köçərli, R.Əfəndiyev, M.Hadi, A.Səhhət, H.Zərdabi, S.Hüseyn,
A.Sur kimi zəmanənin qabaqcıl fikirli tənqidçi və ədəbiyyatşü-
nasları, şair və mühərrirləri etirazı yalnız geniş intişar tapan və
yeni tələblərə cavab vermək iqtidarında olmayan epiqonçu-
sxolastik-formalistik şerə qarşı etmişlər. Simvolist şerin ustadı
M.Füzuliyə münasibətdə isə onlar tam fərqli, pozitiv mövqe
tutmuş, öz məqalələrində böyük şairin sənətinin dərinliklərinə,
sehrinə varıb onu layiqincə dəyərləndirmişlər ki, "Füzuli şerinə
doğru münasibət oyatmaq və onu düzgün başa düşmək üçün bu
görüşlər o zaman xeyli iş görmüşdü” [yenə orada, səh.224].
90-cı illərdə isə simvolist şerə münasibətdə kortəbii mövqe
tutulmuş, hətta belə bir imperativ irəli sürülmüşdür ki, Füzuliyə
rəğbət bizim ədəbiyyatın ümumbəşəri vüsət almasına əngəl
törədir, dünya axınına qoşulmaq üçün Füzuliyə yox, Nizamiyə
qayıtmaq vacibdir. Ədəbi tənqiddə bu mövqeni təmsil edən, öz
mətnlərində bu fikri dəfələrlə səsləndirən Əsəd Cahangirə görə
ədəbiyyatımızın 60-cı illərdən Füzuliyə dönüşü onun ümum-
32
bəşəri məziyyətləri itirib, milliliyi qazanması ilə nəticələnib.
Nizamini dünyaya çıxışın, Füzulini isə milliliyin başlanğıcı,
ilkin nöqtəsi hesab edən tənqidçi ədəbiyyatımızda bir-birini
əvəzləyən inkişaf mərhələlərinin, aramsız qabarma-çəkilmə-
lərin səbəbini onlara qayıdışla əlaqələndirir.
Bu baxımdan, ədəbiyyatı məhəlli, lokal səviyyədən təcrid
edib. 90-cı illərdə zəruri təlabata çevrilən dünya axınına qo-
şulmaq, onun ümumbəşəri genişlik kəsb etməsi arzusunu real-
laşdırmağın vahid yolunu müəllif Füzuli mərhələsini geridə
qoymaqda görür. "Füzuli qurtaran yerdə millilik, ən yaxşı halda
şərq qurtarır və dünya ədəbiyyatı başlayır. Dünya ədəbi-bədii
prosesinə qoşulmağın yeganə yolu bu sehrli maneəni ötüb
keçmək və dünya arsenalına çıxmış yeganə şairin – Nizaminin
məqamına yetməkdədir. Çünki ancaq milli və şərq hadisəsi
olan Füzulidən fərqli olaraq Nizami həm də dünya ədəbiyyatı
faktıdır” (Cahangir Əsəd. Yeni əsrin ibtidası. Vaqif Cabrayıl-
zadə şerində simvolizm. "Vətəndaş həmrəyliyi" qəz., Bakı,
2002, 24 fevral-1 mart )
Göründüyü kimi, burada millilik və bəşərilik anlayışlarının
sərhədləri müəyyən qeyri-elmi ayrıntılar əsasında müəyyən-
ləşdirilir və unudulur ki, millilikdən kənar bəşərilik iddiası
əbəsdir. Millilik bəşəriliyin əsasında, daha dəqiq desək, föv-
qündə qərar tutan anlayışdır. Lakin nəzəri aydınlığın olmaması
səbəbindən bu amil nəzərə alınmamış, Şərqin iki dühası
qarşılaşdırılmışdır.
Eyni anoloji mövqeni tənqidçi çağdaş dövrün şairlərinin
yaradıcılığına yanaşmasında davam etdirir. Ramiz Rövşən,
Vaqif Cəbrayılzadə kimi şairlərin şerlərini təhlilə çəkən müəllif
bu qənaətə gəlir ki, onların yaradıcılığının inkişaf etməməsinin
səbəbi bu şerlərin simvolist səciyyəyə malik olmasından,
yeniliyi formadan məzmun qatına keçirə bilməməsindən,
"varlığa qeyri-adekvatlığında, həyata əbədi dəyərlər prizmasın-
dan baxmaq iddiasından doğur". (Ötən ilin ədəbi yekunları.
"Ədəbiyyat qəzeti", Bakı, 2002, 3 may). Bu baxımdan əbədi
olanın, eləcə də simvolların dəyişmədiyini vurğulayan tənqidçi
onları daim dəyişən reallığı əks etdirməyə iqtidarı çatmadığı,
33
bununla da real kontekstə köklənən dünya şeri ilə ayaqlaşmağı
bacarmadığı üçün ittiham obyektinə çevirir.
Göründüyü kimi, müəllifin fikirləri çox məhdud və müba-
hisəlidir. "Ə.Cahangir elmdə hər birinin məzmun yükü olan
"simvol", "simvolik şer" və "simvolizm" anlayışlarını ədəbi-
tənqidi analizin predmetinə daxil edir və praktik olaraq qarışıq
salır. Birincisi obraza büründüyündən hələ mümkün görünürsə,
elmi yanaşma dəqiqlik istəyir” (Əlişanoğlu T. Yeni ədəbi nə-
sil: neo 60-cılar. "Bizim əsr” qəzeti, Bakı, 2002, 19 may)
yazan T.Əlişanoğlu həmkarının fikirlərini tənqid edərək öz eti-
razını bildirmiş, özünün "Neo-60-cılar", "Kontra-punkt", "Pole-
mik", “Obyektiv” və "Maarifçi hökmdar" adlı məqalələrində
məsələyə, ümumiyyətlə, çağdaş ədəbi prosesdə görünən mo-
dern cəhdlərə, "-izm” söhbətlərinə münasibətini izhar etmişdir.
Tənqidçiyə görə Ə.Cahangirin bədii mətnlərə tətbiq etdiyi “-
izm” nəzəriyyəsi qarışıq, sona qədər dərk olunmamış şəkildə-
dir. Dünya ədəbiyyatında gedən cərəyanları Azərbaycan ədə-
biyyatına sxematik tərzdə tətbiq etməklə süni ədəbiyyat yarat-
maq olmaz. Bunun üçün bu terminlər və onların nəzəriyyələ-
rinin milli ədəbiyyata yeriməsi, Azərbaycan yazarının onu da-
xilən yaşayıb-duyması, içindən keçirməsi gərəkdir. Daha sonra
T.Əlişanoğlu 90-cı illərdə gündəmə gətirilən modernizə cəhd-
lərinin Azərbaycan ədəbiyyatı üçün heç də yeni olmadığını
vurğulayaraq belə bir halın ötən yüzilliyin 20-ci illəri üçün
xarakterik olduğunu bildirir: "… ötən əsrin əvvəllərində eyzən
bugünkü kimi, Dünya hardasa uzaqlarda deyil, burda, Azər-
baycanın paytaxtı Bakı şəhərində idi. Dünya bura açıq olduğu
kimi, milli ədəbiyyat – sənət də Dili imkan verdiyi qədər
sərhədlər tanımırdı; Molla Nəsrəddin-Hophopnamə İran – Orta
Asiya – türk dünyası hüdudlarında; Mirzə Cəlil – Üzeyir –
Cavid dramaturgiyasının teatr repertuarında İran – Orta Asiya –
Volqaboyu gəzməsi… – Dünyaya yol necə başlayır ki; bu,
eləcənə fakt – o barədə ki, milli varlıq Dünya ilə hər halda
ayaqlaşırdı"(yenə orada...) .
Bu mənada, artıq ədəbiyyatımızın milli faktı kimi danışdı-
ğımız realizm, romantizm kimi ədəbi metod və cərəyanların
34
ardınca modernist cərəyanların da təzahür edəcəyini istisna
etməyən tənqidçiyə görə, bütün bunları milli gerçəkliyin özü
verməlidir, quru nəzəriyyələr yaratmaqla bunun realizəsi
mümkün deyil.
Digər tənqidçilər – Y.Qarayev, V.Yusifli, C.Yusifli də ədəbi
tənqidin bu cür təhlil modelini qəbul etmir, nəzəri-estetik
əsasından məhrum olmuş poeziya tənqidi arsenalımızın qeyri-
elmi üsullarla təmin olunmasını, kənar konsepsiyaların zorən
milli fakta yeridilməsini məqbul saymırlar. Məsələn, C.Yusif-
liyə görə bu cür "enerji qeyb etmə”nin”, yəni sənətkarı "-izm"
qəlibinə salıb təhlil etmənin ədəbiyyata və sənətə heç bir dəxli
yoxdur. Tənqidçi bu qənaətdədir ki, belə mövqe nümayiş
etdirməyin müqabilində şairlərin "poetikasını hərtərəfli incələ-
mək lazımdır" (Yusifli Cavanşir. Ədəbiyyatda yaşamağın for-
mulu. Bakı: Nurlan”, 2003, 302 s., səh. 210). "… milli-ədəbi
şedevri bədii-estetik arxetipdən və genefonddan (Qorquddan,
Füzulidən, Sabirdən, Caviddən…) kənarda təsəvvür etmək,
lokal genetik kodu qlobal estetik məkanda əritmək…" (Ötən
ilin ədəbi yekunları. "Ədəbiyyat qəzeti", Bakı, 2002, 3 may)—
digər tənqidçi Y.Qarayevə görə isə bu prinsip üzərində yeri-
dilən, ədəbi tənqidə yol tapan təhlil üsulu ədəbiyyatın gələcək
perspektivini, poeziyanın inkişafında, tərəqqisində irəliyə addı-
mı ifadə etmir. Müəllif doğru yazır ki, ədəbiyyatın modernləş-
məsini, dünyaya açılmasını yalnız Qərbin təlqin etdiyi cərəyan-
ların tətbiqi üsulu ilə reallaşdırmaq istəsək, həmin proseslərin
imitasiyasına, təqlidinə yetmiş olacağıq. Yalnız milli fakta
çevriləcəyi, ədəbiyyatın özünün potensiyası, daxili zərurəti ki-
mi yetişəcəyi təqdirdə onların tətbiqi faydalı nəticə verəcəkdir.
Əlbəttə, dünya ədəbi-nəzəri fikrində mövcud olan modern
meylləri öyrənmək və onları milli ədəbiyyata, poeziyaya təqdim
etmək zəruridir. Amma əgər bu proses sinxron deyil, birxətli
istiqamətdə, yəni "vahid informasiya məkanından bəhrələnmək,
əvəzində ora heç nə artırmamaq" (Y.Qarayev) şəklində gedirsə,
belə bir natamamlıq kompleksinə ürcah olan ədəbiyyatın sonda
ciddi nailiyyət, yüksəliş əldə etməyəcəyi şübhə doğurmur.
Dostları ilə paylaş: |