netsovun, Firuz Mustafanın tərcüməsində Aleksanr Blokun, Həmzəli İlyasın tərcüməsindəçağdaş serb-xorvat şairi Tomis- lav Rakovçeviçin, İbrahim İlyaslının tərcüməsində Uvarova- nın şeirləri həmin şeirlərin vasitəçiliyi, “dili” ilə müəllifin
mənsub olduğu dövlət, onun xalqı, milli kimliyi, keçmişi barə-
də lazımi təsəvvür yaradır. Bu xüsusda, “Ulduz” jurnalının 5-ci
sayında Firuz Mustafanın çevirməsində Aleksanr Blokun
“Skiflər“ şeiri uğurlu alınıb. Uğurlu ona görə ki, A.Blokun bu
şeiri mübarizə ovqatına, yuksək coşğuya malikdir və tərcümə-
çinin çevirməsində nəinki bu inqilabi ovqatı görmək, duymaq
olur, həmçinin şeirdəki dil rəvanlığı, müəllif üslubu məharətlə
qorunub saxlanılır.
Belə bir uğurlu çevirmə “Azərbaycan” jurnalının 3-cü sayın-
da, Tatarıstanın xalq şairi Robert Minnullinin şeirlərinin Əsəd Cahangirin təqdimində sərgilənir. Şeirlərin tərcümə-
sində nağıl dili, şirinliyi öz bakirəliyini qoruyub saxlayır.
Xüsusilə, “Toz ağacının göz yaşı”, “Duman”, “Yuvacıq”,