42
alınıb.Zənnimcə, burada başlıca amillərdən biri tərcüməçi ilə
şeir müəllifinin mənəvi yaxınlığı, onlar arasında ruhsal təmasın
mövcudluğudur.
Nədən ki, müvəfəqiyyətli “iş birliyinin” alın-
ması üçün mütərcim tərcümə etdiyi şəxsin daxili aləminə bələd
olmalı, onun yaradıcı dünyasına qaynayıb-qarışmalıdır. Əlbət-
tə, bu qənaəti bizdə yaradan mütərcimin
tərcümədən əvvəl
oxucuya ünvanladığı, şeir müəllifi ilə olan məhrəm münasibə-
tindən bəhs edən qeydləri deyil. Tərcümə ona görə alınıb ki,
burada həm müəllif və tərcüməçi yaxınlığı, həm də orijinaldakı
və tərcümə olunan şeirdəki poetik yaşamın varlığı bir-birinə
qaynayıb-qovuşmuş haldadır.
Şekspirin alman
dilinə məşhur tərcüməçisi Avqust Şleqel
XVIII əsrin axırlarında tərcüməylə bağlı yazırdı: «Tərcümə —
ölüm-dirim savaşıdır. Və bu savaşın sonunda ya tərcümə edən,
ya da tərcümə olunan uduzur». Yaxud tərcüməni şüşə altında
saxlanan qızılgülə də bənzədənlər var. Yəni,
gözəlliyini görsən
də ətrini duymaq mümkün olmur. Məncə, yaxşı, peşəkarcasına
tərcümə olunmuş əsər oxucuya onun ətrini, rayihəsini də
qoxlamağa imkan verir.
Bu xüsusda, 2010-cu ilin tərcümələri
sırasında dəyərləndirmək
gərəkən daha bir imza sahibi İlqar
Fəhmidir. Ilqar Fəhmi yazıçıdır, son dövrlərin ən məhsuldar,
istedadlı yazarlarından biridir. Belə bir məhsuldarlıq
və peşə-
karlıq göstəricisi onun bədii tərcümələrinə də şamil oluna bilər.
Ötən il “Ulduz” jurnalında İlqar Fəhminin çevirməsində
Albert
Dostları ilə paylaş: