44 yətlə yanaşmaq səriştəsi, dil səlisliyi hiss olunur. Leyla Şəri- fova, Qismət, Leyla Hüseynova və bir çox başqa yazarların
tərcümə elədikləri mətnlər qənaətbəxş hesab edilə bilər. Təbii
ki, bu tərcümələr də müəyyən xətalar və dil qüsurlarından xalı
deyil. Onlar üzərində bir balaca dayanaq. Məsələn, Leyla Şəri- fovanın O.Henridən çevirdiyi “Purpur paltar” hekayəsinin
tərçüməsində belədir:“Saat beşdə o, purpur paltarda küçədə
gəzirdi. Yağış gücləndi və düz istiqamətdə güclü külək də əsirdi. Insanlar çətirlərlə və bərk bağlanmış plaşlarla evə, maşınlara tələsirdi. Onların çoxu bu gözəl, sakit, xoşbəxt, nurlu baxışlı purpur paltarda yağış altında sanki yay vaxtı bağda gəzən qıza baxırdı. (Bakı, 2010, səh.53) Zənnimcə, son
cümlə belə olsaydı, cümlə daha səlis alınar, fikir daha bitkin və
mənalı təsir bağışlayardı.: ”Saat beşdə o, purpur paltarında küçədə gəzirdi. Yağış gücləndi və düz istiqamətdə güclü külək əsməyə başladı. İnsanlar çətirlər və bərk bağladıqları plaşlarla evə, maşınlara tələsirdilər. Onların çoxu bu gözəl, nurlu baxışlı, sakit və xoşbəxtcəsinə sanki yay vaxtı bağçadaymış kimi yağış altında gəzən purpur paltarlı qıza baxırdı.” Təbii ki,
hər bir mətnin araya-ərsəyə gəlməsində müəllif əziyyət çəkir.
Lakin o, bu prosesi elə mükəmməl və peşəkarcasına başa
vurmalı, fikri elə səlis cilalamalıdır ki, oxucu bu əziyyəti hiss
eləməsin. Yəni” bu prosesdə doğma dilin imkanlarından
yaradıcılıq yolu ilə elə istifadə edilməlidir ki, “dil maneəsi”
deyilən divar hiss edilməsin, müəllifin fikir və duyğuları
buxovlanıb qalmasın, müqabil dilin axar-baxarında öz təbiiliyi-
ni və orijinallığını qoruyub saxlaya bilsin.” (B.Nəbiyevlə
müsahibə. “Ədəbi tənqid” jurnalı, 1992, N-1, s.21)
Bu baxımdan, kitabda yer alan Qismətin tərcümələri mənə
daha səlis və maraqlı təsir bağışladı. Xüsusilə, onun Edqar