novun “Drujba narodov” jurnalında çap olunan “Keçmişin dərinliyi, indinin genişliyi və gələcəyin yüksəkliyi” məqalə-
sinin tərcüməsi Akif Əhmədgilə məxsusdur. Planetar düşüncə
tərzinə malik Oljas Süleymenovun bu məqaləsində qloballaşan
dünyamızın çox suallarına cavab verilir, fəlakət, taun və dağı-
dıcılıq faktoru kimi təlqin olunan və şüurlara yeridilən qlobal-
laşmaya sağlam prizmadan nail olmağın yolları göstərilir, mil-
lilik amilinin özəlliklərindən bəhs edilir. Müəllif hətta müs-
təqillik dalğasının başgicəlləndirici havasının həmin xalqlarda
anarxiya həddi yaratmaması namınə belə bir formula da təklif
edir:” müstəmləkə asılılığı əsrindən müstəqillik dövrünə və
daha sonra şüurlu qarşılıqlı asılılıq erasına”.
Zənnimcə, “şüurlu qarşılıqlı asılılıq” çevrəsində yaşamağın
ən optimal yolu, onun intensivliyini stimullaşdıran amillərdən
biri elə tərcümədir və biz bu yöndə nə qədər pozitiv göstərici
nümayiş etdirsək dünya kontekstindən faydalanmağımız da bir
o qədər səmərəli, ürəkaçan olar
*
.