45
...Anlar, sadəcə anlar. Siz də anı yaşayın.
Hər yerə özüylə su, çətir və paraşüt
götürməmış
getməyən insanlardanam mən.
Yenidən başlaya bilsəydim əgər heç nə
daşımazdım.
Əgər yenidən başlaya bilsəydim,
Yazda çarıqlarımı vızıldadıb atardım.
Və payız bitənə qədər yeriyərdim çılpaq
ayaqlarla.(səh.75)
Mən ilk oxunuşda düşündüm ki, bəlkə mütərcim buradakı
“vızıldadıb” ifadəsini, bir başqa, deyək ki, “qolazlayıb”sözü ilə
əvəz eləsəydi fikir daha samballı təsir bağışlayardı. Amma şeiri
bir də oxudum, ondakı məna siqləti mənə sirayət etməyə
başladı, özümü hər şeydən beşmiş, yorulmuş insanın, həyatın
yalnız xoş anlarının mahiyyətinə varıb onun dadını çıxarmağa
təşnəli olan şairin yerində hiss elədim, duydum ki, ömrün sizif
yükünü boşaldıb yüngülləşmək istəyən kimsə elə əynindəkini
də uşaq çılğınlığı ilə vızıldadıb atmağa qail olar.
Bir amili də xüsusi qeyd etmək istəyirəm. Çağdaş ədəbiy-
yatımızda tərcümə sahəsində böyük məhsuldarlıq, dinamika
hakim olub. Amma burada da diqqətli olmalıyıq, çalışmalıyıq
ki, bu polifoniyada xam püxtəni, qrafoman istedadı, həvəskar
peşəkarı üstələməsin. Bir məsələyə - oxucuya “kimi və nəyi
ötürməyimizin vacibliyi” məramına da məsuliyyətlə yanaşma-
lıyıq. Oxucunu elə informasiya məkanına daxil etmək lazımdır
ki, o, bu məkandan əli dolu, zehni zəngin çixa bilsin. Məsələn,
klassik ədəbiyyatımızın tərcüməsi ilə əlaqədar 2008-ci ildə
Dostları ilə paylaş: