Lixanovun “İşıldaquş” hekayəsi, Andre Moruanın “Ya- şamaq elmi haqqında gənc dostuma məktub” (kitabdan fraqment) yazısı, Yapon yazarları - Akutaqavanın hekayə- ləri, Kindzoburo Oenin “Səmimi və müxtəlif... Yaponiya” məqaləsi” və s. yazılar təqdim olunub. Bu tərcümələrin hər
birinə səlis, milli normalara uyğunlaşdırılmış dil hakimdir.
Təbii ki, müəyyən istisna halları da nəzərimizdən qaçmır. Tər-
cümə mətnlərinin bəzi yerlərində mütərcim mənə elə gəlir ki,
bilərəkdən, o mənada ki, orijinalın obrazlar sisteminin təsir gü-
cünü qorumaq məqsədilə sözləri orijinalda olduğu kimi saxla-
yır, onları çevirməyə ehtiyac görmür. Məsələn, Albert Lixano-