*
Məruzə 2010-cu ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda
səsləndirilib.
48
Çağdaş poeziyamızın ümumi mənzərəsini
səciyyələndirən imzalar və gərgin üslubi axta-
rışlar, hələ yalnız bədii-estetik təcrübə xarakteri
daşıyan şer nümunələri çalarlı və rəngarəngdir.
Bu numunələrin ədəbi fakta, yaxud əksinə, ömrü
gödək qumbulağa çevriləcəyini isə zaman göstə-
rəcək. O zaman ki, söylənən bütün fikir və müla-
hizələrə rəğmən son nöqtəni həmişə özü qoyur.
49
“YENİ ŞEİR” SİNDROMU VƏ
BƏDİİ-ESTETİK DƏYƏRLƏR
Keçmiş donuq bir zaman olsa da, «təcrübələr məxəzi»(Şarl
Bodler) kimi önəmlidir və bir-biri ilə əlaqəsi, bağı (bağlılığı)
qırılmayan sistem vahididir. Bu mənada poeziyamızın çağdaş
mənzərəsini yaratmaq bütövlükdə üçüncü minilliyin əvvəllə-
rində, bəlkə bir qədər də ondan əvvəl formalaşan poetik də-
yərlər sisteminə nəzər yetirmək, onda təşəkkül tapan yeni
tendensiya və təmayüllərin davamını izləmək deməkdir.
Yaranmış əlverişli şərait nəticəsində çap olunan saysız-
hesabsız şer kitabları həmin illər poeziyasının ümumi görün-
tüsündən narazı olmağa əsas vermir. Bura eyni zamanda il
boyu müxtəlif qəzet və jurnallarda, həmçinin İnternet sayt-
larında yer alan saysız hesabsız şeir nümunələrini gəlsək daha
böyük göstərici alınar. Lakin bizə təbii ki, kəmiyyət yox,
keyfiyyət gərəkdir. Elə yaradıcılıq faktı gərəkdir ki, onlar yeni
dünyagörüş, çağdaş bədii düşüncə və poetik üslubun ifadəçisi
olmaqla bərabər özündə mənsub olduğu zamanın hərəkət
ritmini daşıya bilsin. Bu konteksdə yanaşsaq, deyə bilərik ki,
haqqında danışmağa əsas verən bədii nümunələr yuxarıdakı
statistik göstəriciyə uduzur.
* * *
Bütün dövrlərdə poeziya müxtəlif nəsillərin birgəliyinin,
məcmusunun təzahürü olaraq bütöv və mütəşəkkil görünə bilib.
Müasir poeziya politrasının yaranmasında bütün nəsillərdən
olan fərdlər iştirak ediblər. Əlbəttə, bu iştirak bir qism şairlərin
ənənəvi-realistik, lirik-romantik üslubda yazdıqlarını dəyər
qismində prosesə qatmağı, bir qisminin isə zamanla uzlaşmağa
can ataraq poetik güclərini, nəfəslərini yeni ritmə kökləməsilə
əyaniləşir. Yeni dövrün poeziya nümunələrinin bədii təsvir
predmetləri bunlardır: a) Tanrı, məşhər günü, səmavi düşün-
cələr insanın təklikdən, tənhalıqdan təcrid olunub ali mütləq
həqiqətə çatmaq üçün üz tutduğu müqəddəs mehrablardır; b)
50
azadlıq, hürr duyğuları, müharibə ovqatı, vətənpərvərlik ide-
yalarının təbliği şeirimizin patriotik qolunu səciyyələndirən
başlıca amillərdir; c) ağac, quş, kəpənək, çiçək, daş paklıq və
təmizlik rəmzi kimi ruhun katarsisinə rəvac verən simvollardır;
d) ənənəvi sevgi, məhəbbət mövzuları da öz yerində. Qeyd
edim ki, bu mövzular işlənmə, bədii təsvir predmetinə çevrilmə
üsullarına görə yaşlı və cavan şairlərimizdə eyni formada
təzahür etmir. Eyni predmetə yönələn baxış müxtəlif, polifonik
spektrli olur. Əslində mən mətnə münasibətdə yaş bölgüsü
aparmağın, materialı yaş senzinə görə qiymətləndirməyin əley-
hinəyəm. Ən azı ona görə ki, Vaqif Səmədoğlunun bir şeirində
deyildiyi kimi «yoxdur yer üzündə qocalıq, yoxdur»- fikri
xüsusən poeziyaya münasibətdə mənim üçün daha əhəmiyyət-
lidir. Fəqət çağdaş şer nümunələri ilə tanışlıq, predmeti bədii
mənalandırma səciyyəsinə görə fərqli baxışları ortaya qoyur,
bədii məhsulu ədəbi nəsillər üzrə təsnif etmədən dəyərlən-
dirməkdə bir məhdudluq yaradır. Ədəbi nəsillər arasındakı fərq
sadəcə yazı manerasının, düşüncə tərzinin, fakta, gerçəkliyə
yanaşma üsulunun səciyyəsindədir. Məsələn, yaşlı nəsildə hə-
yata daha çox retrospektiv baxış, nostalji hissi güclüdür. Yenə
də kənd həsrəti, yurd itgisi ağrıları, ailə-məişət qayğıları, adi,
gündəlik həyatın yaşantıları, sosial-siyasi problemlərin təsviri
və s. hisslər burada aparıcıdır. Onların şeirlərinin adları artıq
bunu deyir: «Nostalji» (Ç.Əlioğlu), «Retro» (S.Məmmədzadə)
və s. Hətta o qədər də yaşlı olmayan Çingiz Əlioğlunun şeirlə-
rində belə yaşın yorğunluq mübtəlası:
İşimdən, gücümdən gəl qoyma məni,
Məndə vaxt hardandı, söz güləşdirəm.
Yaş o yaş deyil ki, payız şum əkib,
Yazda başşaq yığam, boş küləş dərəm.
yaxud ruhun xatirəyə dönmək sevdası özünü ələ verir:
51
Şeir xudam, mən bəndə!
Şairdən söz düşəndə
Yada salın ki, mən də
Nəsə, nəsə yazmışam.
Gənc şairlərdəsə zaman daha çox “indi” şəklində təzahür
edir. Bu şairlərin içindən keçdikləri (keçirdikləri) zamanın üz-
ləşdirdiyi fəci və dramatik situasiyalar, yaşatdığı sosial-siyasi
probiemlərin mənəvi-psixoloji aləmdə yaratdığı təbəddülatlar
belə onlara yeni dəyər, yeni oriyentir axtaran varlığın sabaha, ,
çağdaşlığa çıxışı, yeniləşən dünya və “mən” obrazının yaradıcı
təfəkkürdə fərqli inikası üçün lazım olur. Xaqani Hasda, Kənan
Hacıda, Anar Həbiboğluda, Cavidanda, Alovda deformasiyaya
uğramış, ənənəvi məzmununu itirmiş yaddaş lövhələrinə yeni
dil və boya qatılır.
* * *
Bü gün bəlkə də yaşadığımız zamanla, üzləşdiyimiz tarixi
faciələrlə əlaqədar olaraq vətən, torpaq azadlığı mövzusu şair-
dən daha çox diqqət, yaşam, mənalandırma tələb edir. Amma
Azərbaycan mətbuatında bu mövzunun illərdən bəri çeynən-
məsi, ucuz təqdimatı, bayağı və şit formada ifadəsi azarı özünü
tükətmir ki, tükətmir:
Dar günün olmasın vətən,
dar günün infarktımdı.
dirigözlü ölümümdü.
Yaranandan çoxlarının
gözünə miss gülləsisən, Vətən.
mənimçünsə həmişə
gülsən, çiçəksən.
Başına gələnlər
Güllüyünnən, çiçəkliyinnən gəlir.
Kimdir qanqala – qaratikana baxan
Qaratikan elə qaratikandı,
Gülə-çiçəyə calasan da.
(Xeybər Göyallı)
52
Vətənə ünvanlanmış bu şeirin əsasında hansı yeni poetik
yaşam var? Deyək ki, bu mövzuda M.Arazın, B.Vahabzadənin,
N.Həsənoğlunun, H.Kürdoğlunun kifayət qədər həssaslıqla
yazdıqlarına əlavə nəsə artıra bilirmi? Bu müəlif sanki unudub
ki, vətəni yaşadığı dar günlərin fəci nəticələri ilə üz-üzədir və
bu məqamda vətənə ucuz gözəlləmə yazmaq yox, onun qan
yaddaşını- Qarabağ dərdini bədii sözün predmetinə çevirmək
lazımdır, həm də layiqincə. Daha bir nümunə:
Zaman bizi qınamazmı!
Haydı, millətim oyanın,
Daha yetər əsir olmaq,
Şərəfsizlik yetər, yetər
Torpağı əsir olana
Yaşamaq ölümnən betər.
Bu sətirlərin müəllifi- Vahid Aslanın «Ulduz» jurnalının
yeddinci sayında çap olunmuş silsilə şeirləri Azərbaycanın
bütün rəmzi dəyərlərinə – torpağına, bayrağına, əsgərinə, Qara-
bağ şikəstəsinə, habelə Xocalı faciəsinə, türk-Azərbaycan mü-
nasibətlərinin vəsfinə həsr olunub. Amma nə yazıq ki, bunca
şeir arasında oxucunu tutan, yeni bir məna ifadə edən bircə
misra da tapmaq olmur. Bu və bu kimi şeirlər bayağı sözdən,
taftologiyadan o yana gedə bilmir.
Eləcə də bir çox başqa nümunələrdə Tanrıya asilik, taledən
şikayət halları əvvəlki monotonlugu ilə davam etməkdədir.
Həyatım qəmə bürünüb,
İmtahana çəkmə məni.
Taleyimdə xoş gün yoxdur,
Qəm-qüssəyə bükmə məni.
«Ulduz»un üçüncü sayında çap olunan müəllifin – Gülşən
Behbudqızının bütün şeirlərinin ovqatı bu cür minor motivlər
üzərində köklənib, müəllifin şəxsi kədərini, mənəvi –psixoloji
durumunu sərgiləyir:
53
Tanrım, bu həyatda nə dadmışam ki,
Saxlaya bilmirəm göz yaşımı da.
Taleyim alnımda qara yazıdı,
Düzü unutmuşam göz yaşımı da.
Xoş günə həsrətəm, hərə mən yazıq,
Ruhum bir ağacdır yarpağa həsrət.
İçim də dəniz tək çalxanır hər gün
Gözümü açdığım torpağa həsrət.
Mən həmişə belə şeirləri oxuyanda onun yazıya alınma
prosesindən çap prosesinə qədər olan mərhələni göz önündə
canlandırıram. Təsəvvür edin, kimsə qəmli, kədərli anında,
taleyin ondan üz dündərdiyi məqamlarda içini (oxu: içini saran
ağırlığı) vərəqlərə tökür, ağlıyıb ürəyini boşaldır. Yüngülləşən-
dən sonra yazdıqları özünə xoş gəlir və o belə qərara gəlir ki,
onları çapa verib bu dəfə oxucuların aurasını ağırlaşdırsın. Poe-
ziyanı xırda, fərdi hisslərin, cılız yaşantıların əsiri olmaqdan
azad edib üfiq aydınlığına, nəfəs genişliyinə yetirmək lazımdır.
Yoxsa Əziz Musa adlı müəllifin şeirində olduğu kimi:
Bu dərdlə, bu kədərlə,
Mənim başımı qatma.
Mən də sənin bəndənəm
Allah, məni unutma.-
deyib illər boyu poeziyanın içini, oxucuların gözünü yağır
etmiş fikirlərlə ah-uf etmək yaramaz. Belə məqamda istedadlı
şairə Nisəbəyimin bu misraları lap yerinə düşür:
Dərk etmədiyiniz haqla,
Çəkə bilmədiyiniz ahla,
Bağışlanmayan günahla,
Allahı incitməyin.
54
Təəssüf ki, bu cür epiqonçu şeirlər müxtəlif qəzetlərdə çap
olunmaqla bərabər «Azərbaycan» və «Ulduz» jurnallarına da
yol tapır. Dəfələrlə deyilib, yenə deməyi vacib bilirəm ki, bu
işdə redaksiya heyətinin üzərinə böyük məsuliyyət düşür. Neçə
onillik tarixi təcrübəsi olan «Azərbaycan», «Ulduz» jurnalla-
rının bu məsələdə laqeydliyi, qeyri-tələbkarlığı, zəif şeirlərə
güzəştə getməsi təəssüf doğurur. Jurnal bu cür şeirləri ya gör-
mür, ya da sadəcə görmək istəmir. Birinci halda ədəbi zövqü-
nü, ikincidə isə ədəbi təəssübkeşliyini şübhə altına alır. Məsə-
lən, aşağıdakı bu nümunə «Ulduz» jurnalında kimin baxış süz-
gəcindən keçib özünə yol tapıb?
Gördüyüm adamlar xofludur
Özüm də xoflu gəzirəm.
Mənim ömrüm sahilsizdi
Qaydalar içində üzürəm.
Bu şəhər də, bu küçə də,
Adamlar da xof içində.
Sənə deyəcəklərimin gülüm
Dadı qaçıbdı içimdə.
Yaşamaqdan da qorxuram
Elə səndən də qorxuram.
Sənnən yaman nigaranam
Ömrüm-günüm hey, sevdiciyim.
Mən bilərəkdən şerin bir neçə bəndini təqdim edirəm ki, bir
beytə, yaxud bəndə istinad edib onu kontekstdən çıxarmaqda
suçlanmayım (Hərçənd yaxşı şeir elə ilk bəndindən tanınır).
Fəxrəddin Əsəd adlı müəllifin şeir adına yazdıqları isə çarəsiz-
likdən sözlə çilingağac oynatmağa bənzəyir. Müəllif özü bir
şeirində etiraf edir:
|