78
Baxıb qatarların itdiyi yola,
Gücüm yox özümə bir yol eyləyəm.
Havada əl boyda bir yerim ola,
Hamıya biryolluq sağol eləyəm...
Digər gənc şair Elşad Ərşadoğlunun şeirlərində fəlsəfi notlar
dünya, cəmiyyət və insan münasibətlərinə, idiomalar üzərinə
köklənir. Burada əbədi olmayan
dünyaya təşnəliyin tənqidi,
hissin, düşüncənin psixoloji ladda gərginliyi əsas göstəricidir:
Ömrünü yedikcə illər,
Bu dünyada hamı inlər.
Işıq salır dik gəzənlər,
Sürünənlər kölgə olur.
Qəlbində inam öləndə,
Çaşanda, Haqdan dönəndə,
Insan Allahdan dönəndə,
Hər şey dönür bəlkə olur.
Elşadın şeirlərində sözlərin məna çalarlarının
bir müstəviyə
gətirilməsi və təzadlı, ziddiyyətli hisslərin ifadəsinə meyl var.
Qeyd edək ki, bu fakt artıq poeziyamız üçün keçilmiş, kifayət
qədər təsir dairəsi yaratmış yoldur və bu yolla addımlamaq
gənc şairə heç bir uğur, seçilmişlik statusu qazandırmayacaq.
Halbuki, “Çox şey göyərdəcək bu yağan yağış” şeiri bizi daha
uğurlu şair imzası ilə üz-üzə qoyur:
Dünyamıza yağış yağır.
Həzin-həzin,
ağır-ağır...
İslanır dünyamızın olan-olmazı,
nəyi varsa islanır.
Dünyamızın
üstünə
kim tutubdu görəsən,
nəhəng mavi çətiri?
Bəs niyə buluddan yuxarıda tutub?
79
Bu şeirdə naturfəlsəfi məqamlara önəm vermək təşnəsi,
təbiət hadisələrinin dünya ilə, gərdişlə əlaqəli şəkildə, vəhdətdə
mənalanması var. Burada yağan yağışa
verilən məna çox incə
və maraqlıdır, sosial ağrılardan yorulmuş ruhun mənəvi sığı-
nacaq çevrəsini simvolizə edir.
Bu gün çağdaş poeziyada dominant olan qadın yaşamının
qüvvəsini, qadın iç dünyasının sərgilənməsini jurnalın ümumi
mənzərəsi də ehtiva edir. Nədən ki, çağdaş poeziyada bu təma-
yülü formalaşdıran prioritet yazarların bir qismi elə Gənc Ədib-
lər Məktəbinin təmsilçiləridir. Rəbiqə, A.Əlizadə, Feyziyyə,
N.Hüseynzadə, G.Şamilqızı və b. ədiblərin şeirləri qadın taleyi,
qadın həqiqəti problemini özündə ehtiva edir.
Sosial məam,
qadının ictimai-sosial mövqeyi bu şeirlərdə fonu təşkil edir.
Sözə həssas yanaşan, son illər ədəbiyyatımıza yeni poetik
ruh aşılayan Rəbiqənin jurnalda yer almış hər iki vəzndə-həm
sərbəst, həm də hecada yazdığı şeirləri, eləcə də digər mətbu
orqanlarda izlədiyim onlarla digər başqa şeiri onu öz esteti-
kasını yaradan, sözlə incə rəftar edən şair kimi səciyyələndirir.
Diqqət edək:
Yaman yağdı həyəcan,
çox guruldadı maraq.
Dedik ki,
belə leysan
bir də heç olmayacaq...
İslandı üst-başımız-
tər, bir az da göz yaşı...
Payız deyildi hələ,
qabaqladıq yağışı...
Əvvəl sən soyuqlaşdın,
sonra mən havalarla.
Bir az uzandı payız
mənasız davalarla