100
mükəmməl ifadə edir ki, oxucunu mil il əvvəlin aşıq şeirinə çəkib
aparır.
Sevda körükləyir iki sinəni,
Nə yaman alışır köz aramızda.
İsti sinən sini, sinəm səməni,
Yavaş ol, əzilər yaz aramızda!..
Lütf elə, bu sirri kimsə bilməsin,
Kəsik
baş gəzdirən kisə bilməsin,
Məscid eşitməsin, kilsə bilməsin,
Qalsın Allah ilə öz aramızda...
Hecadan sərbəstə keçidi hələlik uğurla realizə edən şair Ba-
layar Sadiq bir çox şeirlərini metafora ilə, bədii sual, bədii
xitablarla yükləyir, bəzən bu hədsiz (bəlkə də yersiz)
istifadə
olunan ifadə vasitələrinin yükü altında müəllifin demək istədiyi
mətləb görünmür. Şeirin sənin beynində doğurduğu assosiasi-
yaları yara-yara gedirsən və... üzünə heç nə hasil etmədiyin
mənzərə açılır, xərclədiyin yolçuluq enerjisinə heyfin gəlir.
Gördünmü heç
Sükutun
köynəyini çırıb,
necə kişnəyir çöllər?
Sörüşdünmu, gecələr niyə
qaraltıya hürür
ağaclar?
Daşların
yaddaş damarını tutub,
ürək döyüntülərini
saydınmı heç?
Bu suallar
palçıqlı kənd yoludur.
Ayaqqabından
uğursuz
abituriyent
əhvalı boylanır.
101
2011-ci ildə “Ulduz” jurnalında B.Sadiqin “ömrün gəraylı
çağları” silsiləsindən gəraylıları çap olunub. “Ömrümü su bas-
dı”, “Ömrümün əsəl yeri”, “Həyat bir əlçim məktubdu”, “Bir
payız nağılı”, “Göz yaşımı sər” vəs., və i.- bütün şeirlərdə hə-
yatın, ömrün faniliyinə, puçluğuna köklənmək kimi bir mövzu,
məzmun monotonluğu varsa da, uğurlu poetik ifadələr bu
qədim janrı fərqli biçimdə bədii müstəviyə gətirir. Məsələn,
“Qəbirlər torpaq çəpərdi,/ Həyat-ölüm arasında”; “Səp
ömrün
söz qoxusunu,/ Alın qırışın altına”; “Üzürəm bir göz yaşım-
da,/İçimdəki sözə sarı”; “Kipriklərim dar ağacı,/ Asıb özünü
göz yaşım”; “Ana, bir dəsmal əvəzi,/ Gözlərimə sözü sarı”.
Şair bir növ şair ömrün ahıllıq kürsüsündə əyləşib həyat, za-
man, insan haqqinda meditativ düşüncələrini bölüşür, amma
dünəndən bu günə, keç(il)miş zaman(ın)dan indilərə varmaqla-
axı bunlar “ömrün gəraylı çağları”nın məqamlarıdır.
* * *
Qeyd elədik ki, yenilik, daxili təzələnmə ədəbiyyata daha çox
gəncliyin, gənc nəslin qədəmləri ilə daxil olur.
Burada bir zaman-
nəsil asılılığına, təsirlənməsinə ehtiyac hiss olunur. Nədən ki,
şairin yetişdiyi, poetik təfəkkürünün formalaşdığı zamanın onun
yaradıcılıq yolunun müəyyənləşməsində xüsusi rolu olur. Yəni,
mübadilə qarşılıqlıdır: “ Hər dövr və nəsil öz şairini elə ona görə
böyük poeziyaya gətirir ki, əvəzində şair də öz nəslini, dövrünü
böyük poeziyaya gətirsin. Əks təqdirdə isə, bu böyük bədii estetik
qanunauyğunluğun pozulduğu yerdə isə poetik nəsillər və
fərdiyyətlər arasında təbii münasibətlərin
də qanunauyğunluğu
pozulur və tarixə, əbədiyyətə yeni nəsillər əlavə olunmur.” (Yaşar
Qarayev. Ədəbi üfüqlər. Bakı, Gənclik, 1985, səh.35)
Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki
şeirləşmə – bu sahələrin arasında çulğalaşma, yaxud differen-
siallaşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsu-
siyyətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziya-
sının emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş
şeirdə bu iki hissin parametrlərini ayırd
etmək və şeirə onlar-
dan mütləq birinin estetik imperativləri əsasında yanaşmaq ol-