110
Nə uzun çəkdi, vətən,
dönüb sənə qayıtmaq.
İçimin qürbətindən
bu vətənə qayıtmaq.
Hansı yolla qayıdım?
Yolların çəpərlənib.
Meşələrin, çöllərin,
göllərin çəpərlənib.
Bircə kol da qalmayıb –
kölgəsində yatmağa.
Bircə göl də qalmayıb –
sularında batmağa.
Ramiz Rövşənin bu şeirində vətən anlamı insan içinin çökü-
şü, dərin böhranı ilə harmonik verilir,
milli-mənəvi-əxlaqi ide-
alların tənəzzülə uğradığı yer(lər)dən, natur-fəlsəfi qatlardan
nəşət tapır.
Vətən, səni sevə-sevə
axı necə itirdim?
İldən-ilə səni ev-ev,
küçə-küçə itirdim.
Rəngdən-rəngə düşə-düşə
günbəgün dəyişirsən.
Dəyişirsən küçə-küçə,
tinbətin dəyişirsən.
Saxlamağa gücüm çatmır,
əldən çıxıb gedirsən.
Təzə-təzə körpülərin
altdan axıb gedirsən.
Qürbətdə yaşayan şair M.İsmayıl da vətənlə bağlı şeirlərində
sınanmış, dəyişməz əxlaqi-mənəvi dəyərlər axtarır, amma pes-
111
simizmə qapılmır, bu dəyərləri mehrab kimi tapındığı Sözün
yaşamında, gücündə, sehrində tapır.
Onun üçün vətən elə sənə-
tin var olduğu məkandadır, şairin içinin “sənətin qürbətindən
sənətin vətəninə” doğru yol alan və daim sabit qalan mövqe-
yindədir. Vətənlə bağlı işıqlı və kövrək hisslər onun misra-
larında yaşanan ən qüvvətli və səmimi duyğulardandır.
Gedərsən, məchula yol gedər gedən,
Qürbət, bir açılmaz sirdən başlıyar.
Burnunun
ucunu göynədən vətən
Yadına düşdüyü yerdən başlıyar.
Gedərsən, vətənin qalar vətəndə,
Içinin içində köz vətən olar.
Dərdinə, sərinə vətənsən sən də,
Qürbətdə sənə də söz vətən olar.
* * *
Çağdaş Azərbaycan şeirimizin mənzərələri içrə gəzişmələ-
rim bu qədər. Uğurlu hesab etdiyim şeir nümunələrini bacardı-
ğım qədər analiz etməyə çalışdım. Amma unutmayaq ki, dün-
yaya da, təbiətə də, sözun poetik gücü və estetik siqləti ilə bağlı
düşüncələrə də ən dəqiq analizi elə poeziyanın özü edir. “Söz
imiş hər nə var aləmdə” nəticəsini hasil etməklə...
*
Dostları ilə paylaş: