97
mümkün deyil. Baxmayaraq ki, yaşlı nəsil “öz keçmişindən”
heç də gülə-gülə yox, ürək ağrısı ilə ayrılır. Ç.Əlioğlu “Əlvida,
on birlik heca şeirim...”də heca vəzninin meydanının daralma-
sına etiraz edir:
Dəyişdi dövranın avazı, ritmi,
Dedilər, bambaşqa ovqat doğulur.
Vəzndə dedilər, nə əksən bitmir,
Ciddi çərçivədə ahəng boğulur.
...Açıldı şeirə yeni bir axın,
Bəli, başqa dedik ovqat doğulur!
Bəs
niyə demədik, bir yaxşı baxın:
Hər yüzdən tək biri babat doğulur.
“Yenilik” aşiqi, naşı “şəyirdlər”
Nəzmin ağ bəhrində sərbəst üzürlər.
Bax, meydan sulayır, at səyirdirlər
Sənə əski deyir, ağız büzürlər...
Nəzərə alsaq ki, yeni dövr poeziyasında ənənə zəncirini qıran
və postmodern düşüncə tərzini ehtiva edən bir çox şeirlərin
müəllifi də elə Ç.Əlioğlu olmuşdur, şeirdəki nostaljini, xəfif ki-
nayəni də başa düşmək olar. Yola saldığımız
ildə heca vəznində
rast gəldiyimiz uğurlu poetik nümunələr şairlərin bu kontekstdə
mühafizəkarlıqlarını qoruduqlarını sərgiləyir. V.Bəhmənli qoş-
manın, B.Sadiq gəraylının uğurlu örnəklərini təzə-tər duyğuların
qanadında poetik müstəviyə çıxarırlar.
Ömrə ölçü-biçi sözdü,
Çölü sözdü, içi sözdü.
Mənə düşən iki sözdü,
Birin dedim, biri qaldı
- yazan şairə F.Məmmədli ona düşən “iki sözü”ü ötən il çap
olunan iki kitabla deməyə çalışdı: “Dərd üzünü gizləyir” və
“İki damla dəniz” kitabları ilə. Birinci kitabda şairənin heca,
98
ikincidə isə sərbəst vəzndə yazdığı şeirlər yer alıb. F.Məmməd-
linin sərbəst vəzndə yazdığı də şeirlər
poetik cəhətdən uğurlu
alınır, demək olar ki, müəllifn hecada istila elədiyi yeri sər-
bəstdə qazanmaq imkanı real görünür.
Yenə gözlərin
dənizi
çəkib gətirdi
qəlbimin
səhra quraqlığına.
Yenə baxışların
mavi göyləri endirdi
içimin qaranlığına;
cücərdi qəlbimdəki
ümidlərim.
Içərimin künc-bucağı
işıqlandı.
Qaldırdım
dizlərimi yerdən.
Ümidlərim pıçıldadı:
“Dünya gözəldir!”
Firuzə Məmmədli
sözün məsuliyyətini dərk edən, özəl poe-
tik yaşamı ilə seçilən şairlərdəndir. Hətta əminliklə deyim ki,
Qarabağla bağlı poeziyamızda yaranmış müharibə mövzulu
şeirlər daha çox onun poetik düşüncəsində layiqincə təcəssü-
münü tapa bilir. Son kitabları da müəllifin mövzuya həssas-
lığını bir daha təsdiqlədi. Məncə elə bu mövzunun şairədə ya-
ratdığı deqradasiyanın, ümidsizliyin
nəticəsidir ki, Firuzə
Məmmədlinin son şeirləri dünya işləklərinin, siyasət oyunları-
nın, ictimai, mənəvi tənəzzül məqamlarına həssasdır, şikayətçi-
dir, barışmazdır.
Tükənmir də gün-güzəran dərd-səri,
Yoxa çıxıb həyat-ölüm sədləri.
Tanrım, elə ağırlaşıb şərtləri,
Çəkmək olmur şələsini dünyanın.