88
görünmür. Sonda deyilən:” Sən həmişə gözəl heykəllər yonmu-
san, indi heykələ layiq olmayan adamlara heykəl yona bilmir-
sən. ...Bilirsən məni heyrətləndirən və iyrəndirən nədi, heykəl-
lərimin varlığı deyil, əksinə, onların məhz mən olmamağımdı!
Məni olduğum kimi versəydilər, mən qayıdıb gedərdim əsirliyə
və burda heykəlim var deyə fəxr edərdim. Amma mən o mən
deyiləm axı, ən pisi budu...“ kimi fikirlərin, yəni müəllifin qar-
şısına qoyduğu məqsədin real təsviri və inandırıcı həlli heka-
yədə yoxdur. Amma Z.Şəfinin bu hekayəsi təfəkkürün alt qatı-
na enmək, problemin etik-fəlsəfi zəmində qoyulması cəhdi ilə
maraq doğura bilir.
Əlbəttə, bu nəsrin struktur qatında klassik nəsrlə obraz-üslub
varisliyi bu və ya digər səviyyədə özünü göstərir. Fəqət başlıca
olaraq 1990-cı illərin, ən son çağdaşlıq tariximizin ictimai-tari-
xi və ideya-bədii prosesləri bu nəsrin estetik-poetik bütövlüyü-
nü səciyyələndirən zaman kəsimidir. Amma hansı səviyyə və
formada? Bu nəsrdə olan canlanmanı bilavasitə milli həyatın
inkişaf dialektikası yetirirmi? Azərbaycan nəsri ilk növbədə,
milli düşüncə və milli deyim tərzi, milli dil və milli üslub, milli
xarakteristika və milli problematika deməkdir. Qərb yünlü nəsr
ölçüləri ilə çulğaşma təbiidir, qaçılmazdır, bu və digər şəkildə
bədii nəsrimizdə təsir məqamlarından biridir. Amma gənc nəs-
lin nəsrində bir çox kəsir və çatışmazlıqlar mövcuddur. Heka-
yələrin dili zəifdir, burada bədii dildən çox publisistik yazı
üslubunun qabarıq olduğu hiss olunur. Bəlkə də ilk növbədə,
ona görə ki, bu hekayələrdə emosionallıq çatmır, təsvirlərin
ifadəsi quru təsir bağışlayır, hadisənin, hər hansı fikrin təsvi-
rində uzunçuluğa varılır. Fikirlərimizi bir qədər konkretləş-
dirək: Z.Şəfinin “Heykəltəraş” hekayəsində “İçəri otaqdan çı-
xan saçları ağappaq qocaman ustanı görüb ilk olaraq onun
söhbət etdiyi, sonra da o ayağa qalxdılar”; yaxud Günel Emin-
linin “Qəribə qız” hekayəsində müəllifin maraqlı fantaziyası
bizi qane etsə də dilinin qüsurlu və cilalanmamış olması təəssüf
doğurur. Məhz dilin yaratdığı bu diskomfortluq oxucuya he-
kayənin sanki tərcümə olması təəssüratı bağışlayır. Diqqət
edək: “Alqış səsləri rüzgarın qəbir daşalrı arasından sivişib
89
çıxarkən çıxartdığı uğultulu səsləri olardı”, “...adətən cavan in-
sanların qəbir şəkilləri onların ən xoşbəxt vaxtlarından götü-
rülmüş şəlik vurulardı...”, “Hər ay rayondan valideynləri şəhərə
əlidolu sovqatla gələrək, şəhərdə tək yaşayan qızlarına baş çək-
məyə gələr, onun necə yaşadığını öyrənmək istərdilər”, “Yana-
şı getməyə başladılar, ürək edib, söz soruşa bilməsə də (bəlkə
söz soruşmaq istəməsə də olsa daha yaxşı olardı-E.A.), dili
dinc durmadı”, “Sara xanım Bakının ilk filosoflarından birinin
qızı olub, repressiya dövründə atasına həddən artıq türkçülük,
millətçilik fikirlərinə, yazılarına görə onu xalq düşməni elan
ediblər, onun da ziyalı insan qəlbi ağır təhqirlərə tab gətirməyib
və 43 yaşında özünə qəsd edib.” Bu misalların sayını istənilən
qədər artırmaq olar. Fikrin təsvirində uzunçuluq bəzən cümlə-
lər arasında rabitəni itirir, bu da fikir qırıqlığının yaranmasına
qapı açır. Sahilənin, Nihalənin də hekayələri müəyyən dil xəta-
larından məhrum deyil. İnsafən deyim ki, C.Zeynallının və Pər-
vinin dili mənə Gənc Ədiblər Məktəbinin üzvlərinin içərisində
nisbətən qənaətbəxş – səlis və cilalanmış təsir bağışladı.
Jurnalda yer alan çevirmələr arasında Qismətin Con Donn-
dan şeir tərcüməsi, eyni zamanda Con Donn haqqında “Kölgə-
lər haqqında bir dərs” və “Yuxulu və ayıq yazı” essesi də var.
Əlbəttə, Qismət ilk növbədə, şairdir və qətiyyətlə demək olar
ki, ən yeni dövr Azərbaycan poeziyasının təmsilçilərindən
biridir. Lakin jurnalda Qismətin polifonik spektrli yaradıcılığı-
nın tərcüməçi-publisist miqyası ehtiva olunub. Mən bir dəfə
qeyd eləmişəm, Qismət tərcümədə uğurludur, tərcümə elədiyi
şeirdə müəllifin üslübu, ritmi, intonasiyası oxucuya aşılana
bilir. Con Donnun şeiri də bu fikrimi bir daha təsdiqlədi. Eləcə
də onun Con Don haqqında essesi Qismətin bu işə bir yaradı-
cılıq kimi baxdığını görükdürür. Son vaxtlar bu gəncin müxtə-
lif dünya yazarlarının əsərlərinin tanıtımı ilə bağlı silsilə yazıla-
rını oxuyur və görürəm ki, Qismət maraqlı bildiyi əsəri oxucu-
ya oxutdurmaq və maraqlı etmək üçün bir sıra manevrlərə,
ədəbi jestlərə əl atır. Bu məqam onun bu təqdimetmə işinə də
yaradıcılıq kimi yanaşmasını, eyni zamanda zəngin təfəkkür
sahibi olduğunu sərgiləyir.
90
Jurnalda eyni zamanda Leyla Şərifovanın tərcüməsində
“Göy gurultusu” (R. Bredberinin) hekayəsi,Ülkər Nəsibbəyli-
nin tərcüməsində “Mən nə üçün yazıram” (Corc Oruel) yazısı
və Fərid Hüseynin Orxan Pamukdan etdiyi tərcümələr yar alıb.
Tərcümələrdə dilə münasibətdə müəyyən qüsurların olmasına
rəgmən ümumən gənclərin zövqü və faydalı olanı sezib prosesə
ötürmək çabasının özü təqdirəlayiq haldır. Bu fikri publisist
yazılara münasibətdə də eyni vurğu ilə söyləmək olar. Ümu-
miyyətlə, Gənc Ədiblər Məktəbinin təmsilçiləri tərcümə prose-
sində fəallığı ilə seçilirlər. Yeganə Cansailin “Ürək ovçuları”
məqaləsində, Ülviyyə Heydərovanın “Mircavad Mircavadov:
Ölümlə söhbət” yazısında isə tanış şəxsiyyətlərin tanımadı-
ğımız tərəfləri sərgilənir. Birinsi müəllif V.Hüqonun, S.Yeseni-
nin, F.Kafkanın yaşadıqları sevgi macəralarını çözələyirsə,
ikinci müəllif, Ülviyyə Heydərova rəssam Mircavad Mircava-
dovun yaradıcılığının məhcul, işlənməyən qatlarını təqib qılır,
onun rəsm sənətindəki özəlliyi söz sənətindəki fərqli duyumu
ilə müvazi verilir.
* * *
Gənc ədiblər məktəbini təmsil edən yazarlar haqqında qə-
naətlərimiz bu qədər. Əlbəttə, onları hələlik bir nəsil kimi
təsnif etmək bir qədər çətindir. Nədən ki, yeni ədəbi nəsil artıq
formalaşmış bədii-estetik konsepsiya, oturuşmuş dəyərlər siste-
mi deməkdir. Hal-hazırda onun funksionallığını stimullaşdıran
amillər sırasında gərgin üslubi axtarışlar, hələ yalnız bədii-es-
tetik təcrübə xarakteri daşıyan şeir və nəsr nümunələr, habelə
ənənəvi forma və məzmunda ifadə olunan mətnlər yarandısa da
gələcək perspektiv keçmişin dərinliyi və gələcəyin yüksəkliyi-
nə yönələn poetik baxışın vüsəti ilə hasil olacaqdır. İnanıram
ki, bu gənclər içlərindəki ruhsal enerjini, yeni məzmun qatını
yeni poetik formaya bürüyərək gələcəkdə daha böyük uğurlara
nail olacaqlar.
*
*
Məruzə 6 mart 2011-cu ildə Azərbaycan Yazıçılar Birliyində səsləndirilib.
|