94
sərgiləyir. Qarabağ mövzusundan
tutmuş təbiət lövhələrinin
təsvirinə, kənd nisgilinə, istimai-siyasi gündəm mövzularına və
o cümlədən, sevgi duyğularının çözümünə qədər...
Nəfəsim gəlib-gedir
Ağlım da başımdadır.
Bir yol var keçmişimdə
Bir yol da qarşımdadır.
Gül yolu, çiçək yolu,
Göz yolu,
ürək yolu
Var olmağın tək yolu
Sonsuz savaşımdadır.
Bu şeir həyatın meditativ çözümünə köklənməklə yanaşı
Sabir Rüstəmxanlının yaşam kredosu kimi də səslənir. S. Rüs-
təmxanlının şeirləri müəllifinin vətəndaşlıq mövqeyinin fəallı-
ğının göstərisidir. Bu coşğu, savaş əzmi şairin demək olar ki,
bütün şeirlərinə hakimdir, vətən mövzulu şeirlərində qisas,
ictimai-siyasi
mövzularda etiraz, təbiət, kənd lövhələrinin
təsvirində heyrət, sevgi duyğularının çözümündə isə həsrət
şəklində üzə çıxır:
Könlümdə əbədi gəncliyin odu,
Bəs həsrət deyərək çağlayan nədir?
Yoxsansa, yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?
Sabir Rüstəmxanlının sevgi şeirlərində lirik ovqat yaşanmış
duyğuların təzahürü kimi canlı, poetik alınır. Düzdür, şair
bəzən bu şeirlərdə sevgi əvəzinə sevgi effekti yaradır,
lirik
düşüncə poetik yaşamın nəticəsi kimi mənalanmır. Məsələn, bu
şeirdə olduğu kimi:
95
Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.
Bu eşq soyumasın deyərəm heç vaxt
Yazsan günahımı mələk yerinə.
Mənim nəfəsinə ehtiyacım var,
Əssin dan yerindən külək yerinə.
Dolsun gözləriməAy işığıtək
Qoxlayım sübhədək çiçək yerinə.
Yanğımı soyudan sərin suyumsan,
Ya da bərəkətim-çörək yerinə.
Daha taleyindən danışma mənə
Toxunma qəlbimin kövrək yerinə.
Qeyd edək ki, şeirimizin yaşlı qanadında seir rübabı əzəli
gücünü və poetik siqlətini saxlayıbsa belə ümumilikdə pessi-
mist ovqat, ruhi düşkünlük, küskünlük duyğusu onların şeir-
lərinin aparıcı xəttinə çevrilib. Bunu həm yaşın
gətirdiyi ovqat
dəyişimi – “nəslin yarpaq tökümünün”, xatirəsi yaddaşlara
köçənlərinin nisgili ilə, həm də arzu və istəklərin zamanın sərt
işləkləri önündə fiaskoya uğramasıyla əlaqələndirmək olar.
Məsələn, Musa Yaqub fəal ictimai mövqeyini, eləcə də
aşinası olduğu təbiəti vəsv məqamlarını şeirlərində sərgiləməyi
təqib qılsa da onların canına hopan ağrı,
nisğil şairin demək
olar ki, bütün şeirlərindən boy verir. Musa Yaqubun son illər
yazdığı şeirlərə küskünlük, yorğunluq, zamandan şikayət kimi
məqamlar hakim kəsilib. Şairin şeirlərinin hətta adları belə bu
ovqatı sərgiləyir: “Nə olacaq, olacaq”, “Payıza gedir ürəyim”,
“Ümidin sarı qanadı” vəs, və i.