118
Döyəcək qədər.
Öldürəcək qədər,
Mən bir az dəli oğlanam axı.
Bax belə sevirəm səni
manyakcasına.
Fərqli olmaq, özəl poetik düşüncə kontekstindən çıxış etmək
üçün ilk növbədə, fərqli poetik yaşam lazımdır.
Bəzi hallarda
sevgi haqqında yazılan şeir sevgini bəlirtmək, yaşanan duyğu-
sallığı ehtiva eləmək əvəzinə sanki sevgi effekti yaradır. Gənc-
lər şeirlərində söz oyununa, konstruksiyaya o qədər qapılırlar
ki, şeirin poetik cəhətdən uğurunun təəssübünü çəkmək kölgə-
də qalır. Aşağıdakı şeirdə olduğu kimi:
Sevgi ikilikdə alınmır nəsə,
Azalıb “iki”nın tamı dünyada.
Üçüncü adamam mən də kiməsə,
Üçüncü adamdı hamı dünyada...
“Dünya köhnə dünyadır, sevgiləri təzədir”(N.Kəsəmənli).
Köhnə dünyanın sevgiləri bir də o zaman dirilik qazanır ki, ona
yönələn baxış, ifadə və mənalanma üsulu, onu təsvir vasitəsi
sevgi ilə dolu olsun. Duyumun yaddaşını tərpətsin, sevən ürə-
yin təravəti, yazan əlin titrəyişi hiss olunsun.
Sevgidən yazan
bir əlin titrəyişini hiss elətdirməyən şeir oxucunu necə ehtizaza
gətirə bilər?
Bu dünyanın köhnəlmişdi rəngləri,
Sevdim səni, məhəbbətlə boyadım.
Bir vaxtlar bu missiyanı Nüsrət Kəsəmənli öz üzərinə gö-
türdü sanki, təzə-tər duygulardan, real yaşanmış hisslərdən yeni
bir dünya qurdu, bu dünyanın rəng çalarlarından bəhrələnib
bütöv bir sevgi qalereyası yaratdı. Oxucu da bu dünyaya yeni
119
dünyanın insanı kimi qədəm qoydu, burada öz ruhunun, yaşan-
tılarının, iç dünyasının şəklini gördü, ona tapındı,
mehrab kimi
sığına bildi. Bu ülviyyəti qoruyub saxlayan poetik nümunələr
çağdaş poeziyada istənilən qədərdir. Fərqli olan həm də möv-
zunun qadın nəzərlərində yeni modikikasiyalara uğraması
deyil, ümumən sevən, sevilən, incə, zərif kimi gördüyümüz və
tanıdığımız Azərbaycan qadınının revanşist ovqat sərgiləyən
simasıdır. Bu qadın artıq “qadınlığıyla barışanları heç sevmə-
dim” (S.Pərvanə) deyərək daşıdığı adda ehtiva olunan zəriflik
və gücsuzlük anlayışına üsyan edir, həmcinsinə mütilik əley-
hinə inqilabi ovqat, güc və möhkəmlik hissi aşılayır.
Amma bu
güc və möhkəmlik ehtirası sosial-ictimai təzyiqlərdən mənəvi
sarsıntılara uğraya biləcək qadına cəmiyyətdə yaşamağa hazır
olmaq naminə aşılanır. Məsələn, Xuraman Hüseynzadənin “Ağ
atlı Avropa” kitabı bizi tam fərqli qadın rakursu ilə üzbəüz
qoyur. Burada da qadın ekzistensiyası naturadan poeziyaya
trasfer olunur. Bütün məişət, sosial yaşam içrə bir qadın qəlbi
sızlayır, “Eşq mənim Allahımdı” deyir.
Xuramanın şeirlərdə aktiv qadın obrazı təsvir olunur və bu
qadın onu məngənəyə salan hər şeyə qarşı usyankar ruhdadır.
Qadın azadlığına çağırış, revanşist ovqat baxımından feminist
ünsürlər Xuramanın şeirlərinin əsasını təşkil edir. Müəllif “axı
niyə/ Azad qadın heykəli kimi başımı dik tuta bilmirəm???”
etirazı ilə bunun cavabını ictimai-psixoloji-mənəvi gündəm
basqısına tabe tutub şikayət etdiyi məqamları cəmiyyət
psixo-
lojisində arayır:
Ah, Azad qadın...
Bu məhbəs məmləkətdə
Elə heykəl olaraq qalacaqsan...
-deyir.
Poeziyada feminizm dalğası S.Çılğının şeirlərində də qa-
barıq, epataj səciyyəlidir. Bu şeirlərdə qadın qadının gözü ilə
açılır.
120
Cəmiyyət içrə rast gəldiyimiz qadın mənzərələri onun poezi-
yasının predmetidır. Və bütün bu mənzərələr, təzadlar, basqılar
içrə “giriftari-qəfəs” olan həmcinslərini S.Çılğın “qadın mar-
şı”nı oxumağa çağırır:
adam kimi yaşamaq üçün
özündən qaç
lazımsa
özünə yox deməyi məşq et...(sına)
süpür keçmişini
üflə hisslərinin tozunu
yaşamağa davam!
yaşamağa davam!
Əlbəttə, bu şeirlərdə poeziyadan çox ideoloji çalarlar, pub-
lisistika var. Poetik-estetik bütövlük hiss olunmur. “Sənət iç
söhbətidir,
yeni qəhrəman, yeni insan, onu görükdürə bilən təzə
dil, estetika istəyir.” (T. Əlişanoğlu) Qadın yazarlarsa bəzən
için yaşam konkretliyinə qane olub: məsələn, “Səni sevmək öl-
çü meyarıdı bütün duyğulara, qalanı boş şey” (Rəbiqə), daha
çox psixoloji tona önəm verirlər:
Mən səni ona görə sevdim ki,
Boş yer vardı yanımda.
Ona görə sevdim ki,
yerdən qalmayasan nigaran.
(A.Əlizadə)
Dostları ilə paylaş: