Microsoft Word Yeni kitab A5-son docx


  nəironiya millətın yaddaşına bədgümanlıq:  “İllər keçmişdi



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə55/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   51   52   53   54   55   56   57   58   ...   125
134 
nəironiya millətın yaddaşına bədgümanlıq:  “İllər keçmişdi
təkcə bircə  nəfər belə  Rəşid paşaya güllələnmə hökmü 
çıxaranların nə övladlarının, nə  də  nəvələrinin üzünə tü-
pürməmişdi..... Müşfiqi güllələyənlərin nə özlərinin, nə  də 
nəsillərinin üzünə tüpürülmədiyi kimi!”, zamana xəfif isteh-
za (Komandirin həbsxana divarlarına baxaraq daldığı düşün-
cələr) şəklində üzə çıxır. Əlbəttə, bu ironik çalar hər məqamda 
uğurlu alınmır. Məsələn, əsərdə Komandirin məhkəmə zalında 
Diyarbəkr valisi Rəşid paşa ilə bağlı hakimə söylədiyi uzun-
uzadı nitq dediyimiz bu neqativləri sərgiləməyə yönəlsə  də 
məncə uğursuz alınıb, təhkiyənin dramatik ahəngini güclənmə-
sinə nə qədər səy göstərilməsinə baxmayaraq bizdə heç bir hə-
yəcan, təsirlənmə baş vermir. Çünki burada əsərin ideya planı 
mürəkkəb kolliziyanın əyanı təcəssümü ilə yox, daha çox rito-
rik fikirlərin deklarativ bəyənatı kimi əsərə  gətirilir. Sanki 
müəllif yaratdığı xarakterdən bu kontekstdə öz fikirlərini ifadə 
eləmək üçün bir rupor kimi faydalanır. 
Digər kəsir məqamlardan biri romanda bir qism adların 
simvolik şəkildə təqdim olunmasıdır. Dünyanın ən varlı şəhəri, 
At belində olan oğlan,  Əlində çürük alma olan Əzrayıl-hər 
şeyin öz adı ilə deyildiyi bir əsərdə belə bir məqsədli, süni 
ağırlaşmaya lüzum varmı?! Axı  əsərin mifik, mistik qatı yox-
dur, tarixi zəmin dünənimiz, hamımıızın keçib gəldiyi zaman-
dır. Müəllifin əsgərləri Pələng, Drakon kimi adlarla xarakterizə 
etməsi bizə daha uyar təsir bağışlayır, o mənada ki, burada bir 
təbiilik var, onların  şəxsi keyfiyyətlərinə uyğun olaraq qazan-
dıqları bu adlar əsərdə öz adları ilə verilən Palyaniçko, Mütəl-
libov kimi real səslənir. At belində olan adamsa-guya istənilən 
bir adla adlandırılan məmur obrazı kimi verilsəydi roman çox 
şeymi itirəcəkdi?! Eləcə də Dünyanın ən varlı şəhərinin Ağdam 
olması elə ilk həmlədəcə faş olandan sonra bu sirli, simvolik 
adın bir önəmi qalmır, yaxud sonrakı proseslər imkan vemir ki
bu müəmmanın qorunması, oxucunu öz gümanında çaşdırması 
üçün bildiklərini təzələyə, onlara təzə nəsə əlavə edə.  


135 
Daha bir məqam, romanda müxtəlif zaman qatları arasında 
rabitə yaradılmasına səy göstərilsə də (Məhəmməd peyğəmbər. 
İsa peyğəmbər, Ayna Sultanova, Həmid Sultanovla bağlı löv-
hələr) estetik bütövlük baxımından alınmayıb, bu epizodlar 
dağınıq, pərakəndə parçalar yığını  təsiri bağışlayır. Müəllif 
süni şəkildə bizi real aləmdən şərti aləmə aparır. Ona görə də 
onlar arasındakı sərhədlər nəinki itmir, hətta bir-birindən uzaq 
süjet şaxələri arasında ahəngi tutmaq olmur. Əlbəttə, problemin 
qloballığını ifadə eləmək üçün şərti-metaforik ünsürlərdən 
istifadə eləmək yaxşıdır, ancaq bu ünsürlər mətndə digər mə-
qamlarla daxilən bağlanmalı, ümumi qayənin təcəssümünə 
xidmət eləməlidir. “Dolu”dakı bu simvollar isə əsərin ruhundan 
doğmadığından fikir vüsəti, məna genişliyi yaratmır. 
Amma bütün kəsir və çatışmazlıqlarına rəğmən müharibə 
mövzusunun dərkində, dövrün milli istimai mühitinin və tarixi 
şəraitinin öyrənilməsində “Dolu”romanının pozitiv rolu olacağı 
şübhəsizdir.  

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin