145
YOLLARDA KEÇƏN ÖMÜR
Bu yazının adı müəllifin şəxsi istəyindən hasilə gəldi. Sey-
mur Baycan “Quqark” romanında qeyd edir: “Hər ömrün öz
adı var. Əgər kimsə nə vaxtsa mənim haqqımda yazsa, həmin
yazının adını ya “vağzallarda keçən ömür”, ya da “yollarda ke-
çən ömür” qoymalıdır.” Əslində, əsərin ümumi ruhu, ritmi,
düşüncə sırası ümumən yol simvolikasına tabedir. Məhəmməd
Peyğəmbər (s) necə demiş: “Ev doğulmaq və ölmək üçündür.
Həyat yoldadır.” “Quqark” romanında
həyat da, yaşamaq
sevdası də əsərin qəhrəmanı üçün mənasızlıqdan başqa bir şey
deyil və yəqin, elə buna görə də o yolsuzluq içindədir. Bu
yolsuzluq həm də uzun,
incə bir yolşuluqdur ki, onun vasitəsilə
müəllifin təqdim etdiyi özünəməxsus həyat materiallarına,
gerçəklərə yanaşma təsəvvürlərinə vaqif ola bilirik.
Mən də o fikirdəyəm ki, müharibə gerçəkləri haqqında əsəb-
lə, coşğu ilə, qışqıra-qışqıra deyil, ona soyuq bir əda ilə,
kənar
baxışla yanaşmaq, hadisələrin, gerçəklərin fövqünə qalxıb
danışmaq lazımdır. Yəni, ən azı nəsrin fəzasına yetməkdən
söhbət gedirsə burda hadisələrin xronolojisini verən tarixçidən,
pafosla, patetika ilə süslənmiş poeziya
aləmindən fərqin elə
bununla (bunda) olmalıdır. Seymur Baycanın “Quqark” romanı
bu baxımdan seçilir. Bizdə müharibə ilə bağlı yazılmış həcmli
əsərlərdə müxtəlif yanaşma mövcuddur. Ki, hansınısa oxuyub
müharibə səhnələrinin yaşatdığı gərgin məqamları, savaş
lövhələrinı görə bilirik (A.Abbas. “Dolu” romanı), yaxud eləcə
kənarda dayanıb müharibə insanının içində boy vermiş ağrıları,
acıları bir də zaman qarşısına çıxarıb məzmun, mündəricəsini
arayırıq (Ağayar “Haramı” romanı). “Quqark” əsərində müha-
ribənin portretini özündə gəzdirən talelər və yaşantılar qalere-
yası var. Bir insanın yaddaşında, nəqlində oyadılan
duyğular,
təəssüratlar polifoniyasında keşmiş- daha çox müharibə ilə
bağlı keçmiş bütün dərinliyi və reallığı ilə mənalana bilir.
“Quqark” müharibə romanıdır, çünki birbaşa müharibə ger-
146
çəkliyini –dövrün paradoksları və xaotik məzmunu ilə təsvirə
çəkməyi təqib qılır. Bu təsvirlər müxtəlif rakurslu mövzuları
içinə almaqla bir neçə istiqamətə şaxələnir. Müəllifin əsər boyu
daldığı yurd hostaljisi, uşaqlığı ilə bağlı xatirələri
- əsərdə ən
təsirli və maraqlı lövhələr sırasında yer alan qəhrəmanın çörək
dalınca getdiyi zaman yaşadığı dramatik situasiya, dayısının
yazdıqları məktubların sonucda onu yazıçı kimi formalaşdır-
ması, özünün doğma ocaqlarını tərk edib şəhərdəki xalasının
birotaqlı mənzilində yerləşmələri və s., ikinci xətt-birbaşa mü-
haribə acıları yaşayan insanları, onların qəmli hekayətlərini, mü-
haribə gerçəkliyinin fəci qanunları-bu sıradan əsirlik həyatı,
onlara
verilən işkəncələr, şəhidlər, şəhid anaları, və.s haqqında
qənaətləri və s., o cümlədən, cəmiyyətin ictimai-siyasi-sosial mə-
qamlarına varmaq, onları təsvirə çəkmək çabası- burada artıq
yazıçı içinin çöküşü, cəmiyyətdəki disharmoniya, müharibə işti-
rakçısı olmuş insanın soyğunçuluqla məşqul olması, anasının ona
hədiyyə, mükafat kimi verilən suvenirləri satması və s. Yəni,
əslində bu xəttləri bir
qədər uzatmaq da olar, nədən ki, romanın
çevrələdiyi düşüncə məkanları çoxşaxəli, polifonik spektrlidir.
Təbii ki, gerçəklər müəllifin təsvir elədiyindən daha artıq
fəci və dramatikdir. Bunu müəllif də etiraf edir:
“...baş verən-
Dostları ilə paylaş: