gedən və getdikcə daha çox çirkinliklərə, əclaflıqlara bula- şan zaman ona əzab verirdi. Laçında bu ziddiyyətləri Haramıdıakı qədər çətin yaşamazdı Səməndər. Dağların sərtliyi onun təbiəti ilə ilahi bir harmoniya yaradar, içinə rahatlıq gətirərdi. Bəlkə, elə buna görə hər dəfə ürəyi yu- xalanda üzünü Kirs dağına çevirirdi.” Səməndərin içindəki tufanın, xarakterindəki ipə-sapa
yatmamaq ədasının səbəbi budurmu? Həyat yoldaşı Xalidənin
də dediyi kimi müharibədir, onun doğma yurdundan ayrı
düşməsidirmi? “Allah erməninin belini qırsın, nə oldusa bu