152
“QARAQOVAQ ÇÖLLƏRİ”: NƏSRİN
FƏZASINDAN BAXARKƏN
İyirmi ildən çoxdur ki, xalqla, millətlə, dövlətçiliyimizlə
bahəm ədəbiyyatımızın özü də bir növ tarixi sınaq, imtahan
qarşısındadır. Bir dəfə qeyd elədiyim kimi, müharibənin qanlı-
qadalı günlərindən kifayət qədər
zaman fasiləsi ötsə də möv-
zunun təsvirində nəsrimizdə bir boşluq var və yazılan hər bir
əsər bu boşluğu doldurmaq yönündə bir addımdır. Bilmirəm,
müharibə mövzusunun layiqli təsvirini nisbətən yaşlı, yazı pro-
sesində müəyyən təcrübə, bilik qazanmış yazıçılardan ummağa
haqqımız var deyim, yoxsa məsələyə yaşın, təcrübənin deyil,
sadəcə istedad prizmasından yanaşmağı daha
məqbul hesab
edərək içimizdəki ağrını böyük Sözə çevirəcək ədəbiyyatı
gözləmə mövqeyi tutum. Çünki növbəti müzakirə predmetinə
çevrilmiş bu əsər - Əlabbasın “Qaraqovaq çölləri” romanı məni
həm yazı təcrübəsi və biliyin labüdlüyünün, həm də aradan
keçən vaxt kəsiminin yazıçının daha dərin qatlara enişi üçün
zəruriliyi qənaətində xəyali-inkisarə uğratdı.
“Qaraqovaq çölləri” müharibə gerçəkliyinə,
sosial-siyasi
ziddiyyətlərə sərt tənqidi münasibət sərgiləyən əsərdir. Roman
realist boyalarla qələmə alınmış, cəmiyyətin ictimai-sosial
naqisliyinə qarşı yönəlmişdir. Müəllif təsvir elədiyi döyüşçü,
vətənpərvər bir insanın düşüncə selinin qabağına bütöv bir
məkanın- Qaraqovaqdakı cəmiyyət həyatını, oradakı müharibə
gerçəklərinin fəsadlarını, mənəvi-psixoloji-sosial görüntülərini
çıxarır. Əsərdəki əsas qayə- qəhrəmanın əsirlikdə olan bacısını
azad etmək çabası,
bu yolda üzləşdiyi maneələr, kolliziyalar
insanın mənəvi-iradi gücünün hara qədər – hansı həddədək
dayanıqlı olmasını göstərir.
Doğma kəndlərində vəziyyətin ağır olduğunu eşidib əsgər-
likdə olduğu Xabarovsk vilayətindən qaçan Əfsun kəndə gələn
kimi bacısı Əfruzun ermənilər tərəfindən əsir aparıldığını eşidir
və bundan sonra yalnız bacısını əsirlikdən necə qurtarmağın
153
yolları haqqında düşünür. Əfsun əsərə birbaşa bu qayədə daxil
olur və bütün əsər boyu, haçalanmış, dağınıq
görünən kom-
pozisiya daxilində belə qayəsinə sadiq görünür. Nə Zülfü
kişinin onu şəhərdə yaşamağa təhrik etməsi, nə də Mehri ilə
evlənməsi Əfsunu öz məqsədindən ayıra bilmir. Amma məlum
olur ki, bu məqsədin realizəsində başlıca əngəl heç də düşmən
tərəf yox,
elə burda, qəhrəmanın öz vətənində üzləşdiyi
uçurumlardır. Üç il Qarabağ döyüşlərində iştirak edib qayıtdıq-
dan sonra Əfsunu doğma rayonunun hərbi komissarlığında
müxtəlif adlarla ittiham edirlər. Əsir bacısı ilə dəyişmək məq-
sədilə düşmən tərəfdən dil (əsir) tutub gətirdiyinə görə həbs
edirlər. Ailə qurub yaşaması üçün ev tikmək istəyəndə bir par-
ça torpağı vermirlər. Müəllif Əfsun kimilərlə cəmiyyət arasında
dərin ziddiyyət olduğunu göstərməyə çalışır. Roman boyu
qəhrəman bu mühitlə, onun amansız qanunları ilə mübarizə
aparır, Don Kixot yel dəyirmanları ilə vuruşduğu sayaq.
“Qaraqovaq çölləri” romanı müharibə mövzusunda yazılan-
lar sırasında
təqdim olunsa da, daha çox sosial problematik
kəskinliyə yönəlmiş əsər kimi yadda qalır. Amma nəsr hava-
sında yox, daha çox açıq publisistik notlar, işarələrdə. Bu ümu-
miyyətlə, bizim müharibə mövzusunda yazılan nəsr əsərlərinin
xarakterik çalarıdır. Son vaxtlar müharibə mövzusunu işıqlan-
dırmağı təqib qılan nəsr əsəri adı altında daha çox milli-sosial-
siyasi qüsurların, yarıtmazlıqların ifşasını təsvirə çəkmək
təqib
qılınır və başlanğıcını bu məqamdan götürərək müharibə ger-
şəklərinin dərin qatlarına varmaq niyyətində bulunurlar. Bir
qədər bundan öncə müzakirəyə çıxardılan Aqil Abbasın “Dolu”
romanı da eynən bu qata həssas idi, qəhrəmanın-Komandirin
cəmiyyətlə toqquşma, münaqişə məqamlarını müharibə insanı-
nın, iştirakçısının böhranı-dekadansı kimi alırdı. O yerdə ki,
uğrunda vuruşduğun idealların çökdüyü məqam gəlir, dərin
insan böhranı başlanır, sonuc da bəllidir-intihar... “Dünyanın
ən varlı şəhəri”nin qəhrəmanı Komandir kimi “Qaraqovaq
çölləri”nin sərgərdanı Əfsunun da həbsxanada,
hakim önündə