148
qəhrəmanın uşaq yaddaşına çokmüş zəngin təəssüratıdır. Bu
“xatiratım”da əsas yeri qəhrəmanın vağzallarda keçirdiyi mə-
qamları, anıları təşkil edir- Qroznı vağzalı, Krasnodar, Aktobə
dəmiryol vağzalı, Samara vağzalı və s., və i.,
-qəhrəman öz dü-
şüncə qanadlarında vağzallarda o baş-bu başa adlayır. Amma
qatarlar onu yeknəsək həyatın əlindən alıb dünya kontekstinə
qovuşdursa da özündən, öz keçmişindən qopara bilmir.
Keçmiş, uşaqlığı, gəncliyi hər yerdə onunla baş-başadır. Bu
mənada, onun sərgilədiyi müxtəlif hekayətlərin içindən qeyri-
ixtiyarı olaraq şəxsi yaşantıları boy verir.
Müharibə mövzusunun geniş şəkildə işləndiyi bir zamanda,
həmçinin
yeni qəhrəmanlar, bu qəhrəmanlığın yeni kultu yara-
dılmasına çaba göstərildiyi bir vaxtda S.Baycan müharibə
faciəsinin qəhrəmanı kimi özünü seçir, öz içini, öz yaşantısını
qələmə alır. Təkcə bu cəhət müəllifin ideya və dünyagörüş izti-
qamətini tanımaq üçün çox şey deyir. Əsərin
mərkəzində
müharibənin qaynar səhnələri, fəci və dramatik situasiyaları
deyil, mənəvi psixoligiyası ilə insan(lar) durur. S. Baycan mü-
haribəni təsvir etmək üçün müharibə əhval-ruhiyyəsini hərəsi
bir cür keçirmiş insanları təsvir edir. Hadisələrin, müharibənin
mənzərəsi psixologiyaların müstəvisində görünür.
Əsərin qəhrəmanı olan yazıçı Quqark düşərgəsinə gəlir və
oradakı meşədə geriyə dönüb
keçib gəldiyi ömür yolunun
xatirələrinə dalır. Bu xatırlama fonunda biz müharibə dövrü,
onun insan talelərində qoyduğu izlərlə, qəhrəmanın tale yolu
ilə tanış oluruq. Etiraf edək ki,
bu təhkiyədə hadisələr, təsvirlər,
bir sözlə həyat canlı və səmimidir. “Rayon klassiki” haqqında,
taxta qutular düzəldən və çaxnaşma zamanı öz düzəltdiyi qutu-
ların arxasında gizlənən dülgər Karapetlə, paçtalyon qadının
həyatı, qarapaltarlı erməni anasının yaşantıları ilə bağlı heka-
yətlər əsərdə təsvir olunduğu faciəvi-dramatik çalarlarında
görünə bilirlər. Romanda ciddi tutalğa tapan bu təsvirlərin hər
birində yığcam, koloritli hekayə süjeti var. Bu yığcam süjetdə
insan psixologiyasının dərin təcəssümündə müharibə həqiqət-
ləri məharətlə sərgilənə bilir.
149
Bəs əsərin əsas motivlərindən olan
Seymur-Anuş xətti burda
hansı yerdədir? Ümumiyyətlə, bu ideya əsərdə nə dərəcədə alı-
nıb? Məsələn, mənə görə müəllifin kifayət qədər ayıq yanaş-
dığı digər məqamlara, məsələlərə nisbətən əsərdəki Seymur-
Anuş xətti zəifdir, predmetini nədən alır, dərin deyil. Deyək ki,
əsərin
bir neçə yerində, nəql olunan hekayətlərdə kifayət qədər
səxavətlə paylanan cəmiyyət-yazar problemi (xüsusilə, əsərdə-
ki Mehdi Bəyazid nüansı), yazar içinin dekadansının sərgilən-
məsindən sonra belə bir məhəbbət motivini süjetə əlavə etmək
əsərə nə qazandırır? Sosiallığın rəngini, boyasını daha da qatı-
laşdırmaq, yaxud cəmiyyət ziddiyyətlərini daha da çılpaqlaş-
dırmaq səciyyəsi?
“Sevən bir qadın kişidən bütün varlığını
Dostları ilə paylaş: