tələb eləməkdə haqlıdır. Mən isə sənə heç nə verə bilmə- rəm. Bakıda borca yemək yediyim kafelər var. Başa düş, mənim üçün sevgisiz yaşamaq borca yemək yediyim kafe- nin sahibi Şirzadsız yaşamaqdan daha asandır.” Bu
mənada, əsərdəki Seymur-Anuş xəttini Bahadır və Sona, Əsli
və Kərəm kimi birgəliklərlə anoloji müstəvidə dəyərləndiril-
məsi (üstünlüyü, sələflərə vermiş olsalar belə) özünün doğrult-
mur. Əvvəla, burda iki gəncin sevgisindən deyil, Anuşun
birtərəfli sevgisindən söhbət gedə bilər. Seymurun Anuşa mü-
nasibəti isə həqiqi sevgi duyğusu kimi mənalanmır. Onu rədd
üçün gətirdiyi əsas isə təbii və səmimi təsir bağışlayır və əsərin
öz ritmindən, ahəngindən, inkişaf qanunauyğunluğundan do-
ğur. Əgər bu birgəliyə mane olan nəsnə kimi iki dövlət ara-
sındakı uçurum göstərilsəydi, təbii ki, səmimiyyəti ilə inandır-
mazdı. Nədən ki, bütün əsər boyu müəllifin belə bir yük daşı-
yıcısı olması, mənən bu ağrını yaşaması nəzərə çaprmır. Əsərin
tək bircə yerində belə bir səbəb sızdırılır: “Mühafizəçinin