Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə74/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   70   71   72   73   74   75   76   77   ...   125
ayaq üstəydi. 
-Bilmirəm, varjaped. 
-Çünki erməninin özünün iti yoxdu, olmayıb heç, heç 
eşitmisənmi deyələr, erməni iti?!”  
Bu nüans – müqayisə mexanizmi romanın bütün konsep-
siyasına yeridilir. Amma müəllif yalnız buna çalışmır ki, əsərdə 
yalnız türkü əzəmətli, qüdrətli, düşməni isə heç nəyi olmayan 
tərəf kimi təqdim etsin. Belə olsa idi, romanın Z.Balayanın 
1984-cü ildə nəşr olunmuş, türkləri barbar, köçəri, heç bir şeyə 
qadır olmayan xalq kimi təhqir edən “Ocaq” kitabından fərqi 
olmazdı. M.Süleymanlı türkün tarixini vəsf edərkən  şanlı 
keçmişindən gəlir, etnoqrafiyasından, təbiətindən, inancı, tür-
kəçarəsindən bol-bol faydalanır və bu cizgilər  əsərə  təravətli 
bir baxış əlavə edir. Müəllif türk tarixinə, keçmişinə, təbiətinə 
bələdçi kimi oxucunu onun seyrinə  çıxarır və bu qüdrətin tə-
rənnümü üzərində qurulan fabula idraki, mənəvi, sosial-siyasi 
mənada genişlənir. Həm də düşündürür. Niyə bu qədər şanlı və 
qüdrətli dəyərlərimizlə bu gün uduzan və  məğlub tərəfik? 
Əsərdə bunun birbaşa cavabı var: tarixi təkcə yaratmaq yox, 
onu həm də təbliğ eləmək, öyrətmək lazım idi. Bu sırada müəl-
lif erməni xislətini qatı boyalarla açmağa nail olursa da, həm-
çinin analitik məqamlara diqqət yönəltməyə  də yer qoyur. 
Əsərdə bu iki xətt bir-biri ilə bağlanıb, biri digərinin ümumi 
fonunun təsvirinə, xarakterlərin çözümünə şərait yaradırlar.  

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin