175
PROLOQDAN ÖNCƏ
Biz özümüzü üçüncü minilliyin proloqunda hesab etsək də,
əslində, bir mərhələ kimi 90-cı illərdən tam üzülüşməmişik.
Mütəmadi olaraq bu dövrə qayıtmada, onun şüurumuzda yarat-
dığı təbəddülatın kontekstindən çıxış etmədəyik. Hələ 90-cı
illərdə qaldırılmış məsələlərin bu gün rakursunun tapılmasına
cəhdlər edilməsi və bu zaman müəlliflərin çox vaxt elə dövrün
öz ritminə əsaslanmaları XX əsrin son onilliyinə ötüb getmiş
gedişat, yaxud boşluq mərhələsi kimi yanaşmaq səylərini heçə
endirib, onun məhz bu günlə bütöv, mütəşəkkil görünən pano-
ramını yaratmağı zəruri edir.
Müstəqillik kimi tarixi nailiyyətimiz və bir-birinin ardınca
baş verən gərginlik, kataklik proseslər – 90-cı illəri ilkin olaraq
səciyyələndirən bu iki amildir. Elə bu gün ədəbi prosesin dirili-
yini və dinamikasını təmin edən strategiyanı hazırlayan da sıra-
ladığım bu iki faktdır. O mövzuları ki, ədəbiyyat gecikmiş də
olsa yazıya alır və gecikmədən mükafatlandırılır, onları 90-cı
illərin məlum hadisələri şərtləndirir. O prizmadan ki, hazırda
ədəbiyyata yanaşırıq və ədəbi məhsula qiymət veririk, ilk növ-
bədə müstəqil mövqe nümayiş etdirib milli dəyər arayırıq,
ondan bu günümüz üçün faydalı olan pozitiv müdaxilə tələb
edirik. Çünki dərk etməli oluruq ki, ən böyük milli dəyər milli
yaddaş özüdür və yaddaşını qoruyub hifz edən, bütün tarixi
epoxalardan onu bütöv və salamat çıxarmağa qadir olan xalq
öz sabahının sabitliyinə təminat vermiş olur.
Mədəniyyətin milli koloriti və orijinal xüsusiyyətləri də o
zaman qorunub saxlana bilir ki, xalq varisi olduğu ədəbi irsi,
milli-mənəvi sərvətləri, zamanın sərt sınaqlarından, fəci və dra-
matik olaylarından uğurla çıxara bilir. Əgər çıxara bilmirsə,
dövlətin bütövlüyünü də, millətin taleyini, “xalq və mən” şüu-
runun mövcudluğunu da şübhə altına alır. Biz bir millət, bir
xalq kimi bu təhlükənin acı nəticələrini şəxsi taleyimizdə ya-
176
şadıq. Tarix sübut etdi ki, o nəinki “müəllim olmaqdan qalır”
(A.Kamyu), əksinə, ondan dərs götürməyənlərə bu dərsi dəfə-
lərlə təkrar etmiş olur. Hər halda XX əsrin əvvəli və sonu ara-
sındakı harmoniya, hadisə və proseslərin adekvat səslənişi və
oxşar təzahürü görk etdi ki, tarixdən heç bir dərs götürməmək
faciəsi bizi yaşamışları bir də yaşamağa, görülmüşləri bir də
görməyə vadar edəcək. Və yenə də bir halda ki, “tarixin dərs-
lərindən ibrət götürməyəndə günahkar zaman deyil, şüur olur”
o zaman şüuru naqis stixyadan, yad düşüncədən və sönük tə-
fəkkürdən təmizləmək lazımdır. Ötən həftə mətbuatda gedən
iki yazıda – E.Səlcuqun “Tənhalığın tənhasızlaşdırılması” və
B.Əlbəylinin “Bədii siyasətnamə, yaxud milli nigarançılığın
proyeksiyası” (“525-ci qəzet”, 3 yanvar, 2004) adlı məqalələ-
rində həmin missiyanın layiqli daşıyıcısı olmaq prioritetini
nümayiş etdirən iki əsərə, K.Abdullanın “Sirr içində dastan və
yaxud Gizli Dədə-Qorqud -2” və Anarın “Ağ qoç qara qoç”
əsərlərinə yönələn diqqətin başlıca hədəfi də elə bunları nişan
alır, bu əsərlərin milli şüura və yaddaşa və dərəcədə bədii-estetik
dəyər qatmasını izləməyə çalışır. Hərçənd burada dəyər elə
predmetin öz predmet seçimində artıq müəyyənləşib və onda
meyara çevrilib ki, üzünü yaddaşa çevrilən tarixə – özündə xal-
qın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutub.
“Kitabi-Dədə-Qorqud” körpüdür. Mifdən yazıya, “eposdan
kitaba” və nəhayət, dünəndən bu günə uzanan elə bir körpü ki,
onunla çağdaş dövrün təmasını, rabitəsini yaratmaq bizə zama-
nın bütövlüyünü bərpa etmək üçün lazım idi. Hər halda 90-cı
illərin geriyə fırlanan çarxında və təbii, bir çox şəxsiyyətlərin
yaradıcı milli dühasında yaradılacaq bu bütövlüyə ilk nümu-
nəni “Dədə Qorqud” abidəsi verdi. Həm də təkcə “böyük sintez
işi” üçün yox... K.Abdullanın tədqiqatı göstərdi ki, çox şeyə.
“Sirr içində dastan və yaxud gizli Dədə Qorqud – 2” əsəri ilk
növbədə müxtəlif mifoloji abidələr arasında əlaqəni izləməklə
ədəbiyyatşünaslıqda çox maraqlı elmi tendensiyalardan birini
177
əsaslandırmış oldu. Dünya mədəniyyətinin vahid struktura
malik olmasını isbatlamaqla bərabər, həm də göstərdi ki, var
olana yanaşmada həmişə yeni baxış ifadə etmək, yeni ədəbi-
estetik münasibət izharlamaq mümkündür.
Eyni çağdaş münasibəti Anarın “Ağ qoç, qara qoç” povesti
də ehtiva edir. Nağıl mətninin simvolikasına sığınmaqla icti-
mai-siyasi ab-havaya adaptasiya olunmaq məramının nəticəsi
olaraq yaranan bu əsər həm ideya-bədii keyfiyyət nöqteyi-nəzə-
rindən, həm də dövrün, baş verən proseslərin intuitiv dərki,
peşəkarlıqla mənalandırılması cəhətdən uğurludur. Bu uğurun
gələcək üçün əhəmiyyəti isə yəqin ki, cəmiyyətin dolaşıq mə-
qamlarının durulması, onun xaosunun harmoniya ilə əvəzlən-
məsi yolunda göstərdiyi xidmətdə görünəcək. Hər halda özü
haqqında “əsər təkrarlana biləcək yaxın keçmişin səksəkəsi –
qorxunun proyeksiyasıdır” (B.Əlibəyli) təəssüratını doğura bi-
libsə, yaddaşın ayıq qalmasında da qarant yolu oynaya biləcək.
Əslində, keçmişin təkrarlanmaması üçün yaddaşın diriliyinə,
dəyərin mühafizəkarlığına kiçik yazılar belə xidmətini əsirgəmir.
Təsadüfidirmi ki, bu gün yazılan məqalələrdə predmetin şərhinə,
yozumuna keçməzdən öncə onun antitezası yaradılır. Nəyinsə
dəyərini açmaq üçün ilkin olaraq nəyinsə dəyərsizliyini göstərmək
lazım gəlir. Məxrəcə milli dəyəri, milli düşüncəni qoyub onu
üstələmək cəhdində bulunan hər hansı əcnəbi təsirlərin, söhbət
konkret poeziyadan gedirsə, burada özünə yol açan “izm”lərin
gücsüzlüyü isbatlanır (məsələn, “Xalq cəbhəsi” qəzetində Nərgi-
zin “Postmodernist aşıq “Şərif Ağayar” məqaləsində olduğu kimi
– 6 yanvar, 2004), “hazırda yaşanan poeziya bumu”nda dəyərli
olanın da dəyərsizliyə qarışıb yox olacağından narahatlanırmış
kimi işığına üz tutduğu yaradıcılığa daha çox bir örnək qismində
yanaşıldığı bəyan edilir (məsələn, “525-ci qəzet”də M.Məmməd-
linin F.Sadiq poeziyasından bəhs edən “Müdrikliyin zirvəsi”
məqaləsində olduğu kimi, 6 yanvar, 2004), yaxud eləcə milli
düşüncəyə qida verən şerlərin xətti ilə bu məram güdülür (mə-
178
sələn, “Kredo” qəzetində Varat Vüsalın – 27 dekabr, 2003, “525-
ci qəzet”də Zəlimxan Yaqubun – 3 yanvar 2004 – çap olunan şer-
lərində olduğu kimi).
Baxmayaraq ki, narahatlığa və nəyinsə isbatına lüzum yoxdur.
Bir halda ki, “Yaddaşım mənim yox, yaddaşlarındır” (Z.Yaqub)
fikrindən doğan inam hissi özünü tükətməyib və hər şeyin zamana
qarışmasında onun yaddaşla bağlılığı göstərici olaraq qalır, dəyər
seçimində yanlışlığa uğramağımızı güman etmək hələ tezdir. Biz
bu məqamı çox zaman lazımınca dərk etməsək də, o öz həqiqətini
diktə etməklə hakimi-mütləq olduğunu təsdiqləmədə...
Dostları ilə paylaş: |