Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə81/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   77   78   79   80   81   82   83   84   ...   125
172 
AXUNDOV MƏQAMI  
 
Ötən həftənin diqqət önünə  çəkdiyi məsələlər daha çox 
ədəbi tənqidimizlə  əlaqədar oldu desəm, zənnimcə, yanılma-
ram.  Əvvəlcə Yazıçılar Birliyində son beş ilin ədəbi tənqidi 
haqqında müşavirə keçirildi, sonra eyni məkanda ustad tənqidçi 
Kamal Talıbzadənin 80 illiyinə  həsr olunmuş görüş  təşkil 
olundu, daha sonra “525-ci qəzet”in son şənbə buraxılışında 
adı gedən sahəni  əhatə edən məsələlərə  tənqidçi Vaqif Yusif-
linin müsahibəsində önəm verildi. 
Üç müxtəlif nəsli və dəyərlərə münasibət məsələlərini qarşı-
qarşıya qoyan ədəbi həftə sanki müqayisəyə meydan yarat-
mışdı. Dünənin tənqid simasının cizgiləri, onun çətinlikləri, 
uğurları və uğursuzluqları... Məsələ tənqidin hazırkı durumuna 
gəldimi, həmişə dəbdə olan şikayətlər yenidən eşidildi, mövqe 
zəifliyi, peşəkarlığın itməsi haqqında gileylər yenidən vurğu-
landı. Səbəblərin çözülməsində isə belə bir fikir də səsləndi ki, 
bu gün tənqidimizdə  ağsaqqal yoxdur (V.Yusifli). Amma axı 
var: K.Talıbzadə, B.Nəbiyev, Ş.Salmanov... sıralarımızı vaxtsız 
tərk etmiş Y.Qarayev, A.Məmmədov, N.Cabbarlı... daha əvvəl 
M.Arif, M.C.Cəfərov, M.Hüseyn... bir qədər də geriyə adlasaq: 
S.Hüseyn, F.Köçərli, M.F.Axundov... Söhbət ondan getmir ki
bu  şəxslərin bir qismi artıq həyatda yoxdur, bir qismi isə 
konkret çağdaş dövrün tənqidilə  məşğul olmurlar. Söhbət on-
ların qoyduqları  təcrübədən, elmi-nəzəri səriştədən gedir ki, 
son müşavirə bizim məhz bu sarıdan problemə müncər oldu-
ğumuzu bəlli etdi. 
Bəli, üzdə  hər  şey qaydasındadır: biz ağsaqqal tənqidçilə-
rimizi unutmuruq, bu şəxslər bizim üçün püxtə, peşəkar 
münəqqidlərdir, onların yaradıcılığının bütün istiqamətlərini 
ədəbi tənqidimizin uğurları adına yozub layiqli irsə nümunə 
göstəririk. Konkret yazı  təcrübəmizə  gələndə isə  məlum olur 
ki, onların ədəbi prosesə – əsərlərəmi, əsərlərin təhlilinəmi ya-
naşmada nümayiş etdirdikləri bədii-estetik keyfiyyətlərdən, 


173 
elmi meyar və prinsiplərdən uzaqlaşmışıq. Mahiyyətinə varma-
dan, təcrübəsinə enmədən eləcə “sosialist realizmi” damğası 
vurub tarixin arxivinə bağışlamışıq. 70 illik bir dövrün təcrü-
bəsini küll halında yararsız hesab edərək, yeni düşüncə sistemi 
formalaşdırmağa qərar vermişik. Fəqət, nədən bizim ultramo-
dern, dünya standartları ölçülərindən yanaşdığımız predmeti 
bütün tərkib və parametrlərində canlandırmağa müyəssər 
olmuruq, bir növ dünənin acı  təcrübələrini rişxənd hədəfinə 
çevirib onun fövqündə duran, ədəbi prosesin dinamikliyinə 
rəvac verən sözü söyləyə bilmirik. Eləcə keyfiyyətə deyil, 
kəmiyyətə istinad edib quru xronoloji, bəsit statistik göstərici 
ilə kifayətlənirik,  ədəbiyyatın müxtəlif sferalarında təmsil 
olunanları, əks-tənqidçiləri və ümumiyyətlə, tənqidçi olmayan-
ları bir yerə cəm edib çağın ədəbi tənqid panoramını yaradırıq. 
Amma maraqlıdır, daha doğrusu təəccüblüdür ki, bu qədər 
“tənqidçi ordusu” ilə niyə  ədəbi tənqidin çoxşaxəli istiqa-
mətləri qarşısında yenilir, onunla müvazi addımlamaqda aciz 
qalırıq, yaxud konkret tənqidin zəifliyi haqqında hələ də eşidilən 
şikayətləri dəf edə bilmirik. Əvəzində, növbənöv alternativlərlə 
üzbəüz qalırıq: cavan tənqidçilərə gah Aydın Məmmədov tənqidi 
etalon qismində nümunə  çəkilir (Q.Nəcəfzadə), gah da tənqid 
məktəbini keçmək – K.Talıbzadənin “Azərbaycan ədəbi tənqidi-
nin tarixi”ni oxuyub öyrənmək tövsiyə edilir (N.Şəmsizadə). Və 
zənnimcə, sonuncu məqama diqqət yetirməyə  dəyər.  Ən azı 
nəzəri-estetik fikrin çağdaş  ədəbiyyata xidmətində hansı yollar-
dan, mərhələlərdən keçdiyin dərk etmək, mövcud təmayül və 
istiqamətlərə yanaşmada sınanmış  təcrübələrdən yararlanmaq 
üçün. Hətta qayıtmaq da vacibdir o yerə ki, orada tənqidin ilkin 
mahiyyəti açıqlanır, “baniyə-kar” M.F.Axundov ilk dəfə ədəbiy-
yata gətirdiyi bu elmin sadə düsturunu verir: “... bu qayda Avro-
pada məlumdur və onun böyük faydaları vardır, məsələn bir şəxs 
kitab yazdığı zaman, başqa bir şəxs onun əsərinin mətləbləri 
xüsusunda kritika yazır... Müəllif ona cavab verir. Ondan sonra 
üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya 


 
174 
da kritika yazanın fikrini üstün tutur. Bu işin nəticəsi budur ki, get-
gedə nəzm və nəsr, inşa və təsnif cəmi nöqsanlardan təmizlənir”. 
Söylənmiş kontekstdən yanaşsaq, çeşidli suallar önündə 
duruxub qalarıq: bu gün tənqidin ədəbi prosesdə oynadığı rol, 
ona ayrılan missiya nədən ibarətdir? Hansı  tənqidçinin yazı-
larında bu xidmət nə  qədər ehtiva olunur? Və ümumiyyətlə 
üçüncü bir şəxsin ki, fəaliyyətini M.F.Axundov vacib bilib 
vurğulayır, o məqama qədər bizdə ədəbi tənqid öz maraqlarını 
ortaya qoya bilirmi? Əvəzində o maraqlar ki, bəzən ona ədəbi 
dəyərləri belə qurban veririk, onların özünü yeni dəyər qis-
mində milli təfəkkür qatına yeritmədə hansı  təsəvvürlərdən, 
hansı estetikanın prinsiplərindən çıxış edirik? Qərbdə yaranmış 
metod və  cərəyanların hələ yalnız imitasiyasını verən nəzə-
riyyələrdənmi – bu halda ədəbi nümunəyə tətbiqdə bəhs edilən 
predmeti təhlil etməkdən daha çox gətirilənin təbliği ilə məşğul 
oluruq; yaxud sovet dövrünün diqtə etdiyi yarlıqlardan üzülüş-
müş yazılarla sanki fərqli düşüncə çevrəsi cızdığımızı güman 
edirik, əslində isə 80-cı illərin bədii-estetik keyfiyyət nümayiş 
etdirən tənqid mətnlərinə uduzduğumuzun fərqinə varmırıq. 
Yenə  də alternativ... Təbiidir. O yanda “dünya ədəbiyyatının 
bütün tənqid pilləkənlərini tanımağa” yön alanda, bu yanda 
milli tənqid tarixi, təcrübəsi ilə üz-üzəyik. Ədəbi uğursa onlar 
arasında ortaq dilin tapılacağı təqdirdə hasilə gələcəkdir. Necə 
ki, bu “düşvarı asan eyləməyin” nümunəsini Axundov bir 
zamanlar öz timsalında göstərmişdi.  
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin