168
Hər şeyin zamana qarışmasında onun
yaddaşla bağlılığı göstərici olaraq qalır, dəyər
seçimində yanlışlığa uğramağımızı güman
etmək hələ tezdir. Biz bu məqamı çox zaman
lazımınca dərk etməsək də, o öz həqiqətini diktə
etməklə hakimi-mütləq olduğunu təsdiqləmədə...
*
Bu bölümdə təqdim edilən məqalələr 2004-
cü ildə “Ədəbiyyat qəzeti”ndə həyata keçirilmiş
“Ədəbi həftəyə baxış” layihəsi çərçivəsində qə-
ləmə alınmışdır.
169
BİR DAHA PROZA HAQQINDA
Ötən həftənin ən əlamətdar hadisəsi o oldu ki, Yenisi Ədə-
biyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin keçirdiyi I proza
N müsabiqəsi öz yekunlarını bəyan etdi: I yer “Kosmos əsrinin
gərçəklərindən” mətninə görə Şərif Ağayar, II yer “Kağız” əsə-
rinə görə Mehman Musabəyov, III yer “Sırtıq sərçələr” he-
kayəsinə görə Seymur Baycan.
Sonra ənənəvi proses işə düşdü: müxtəlif fikirlər, müla-
hizələr, reaksiyalar. Həmin reaksiyalardan sonuncusu “525-ci
qəzet”in 22 noyabr tarixli nömrəsində, ekspertlər qrupunun
üzvlərindən biri Tehran Əlişanoğlu tərəfindən göstərildi. Müəl-
lif başlıca olaraq ona çalışdı ki, müsabiqəyə qatılan mətnlərlə
ittifaqa girib məclisdə vurğulanan “proza yoxdur” qənaətini
dağıda bilsin, münsiflər heyətinin və digər şəxslərin rəylə-
rindən belə yararlanıb: “...bəs onda səkkiz aylıq mütəmadi
söhbətlərə, eləcə də bu növ fikir toqquşmalarına rəvac verən
nədir, olmayan bir şeymi?” deyə enerjilərin boşluğa sərf olun-
madığını əsaslandırsın.
Yox, danmağa hacət yoxdur. Biz sadəcə olaraq, zəif görü-
nən, öz işinin passiv icraçısı olan nəyəsə birbaşa “yoxdur”
etiketi vurub qiymətləndirməyə meylliyik. Halbuki bu zəifliyin
və passivliyin tutduğu aralıq mövqedən onun hərəkətə
gəlməsinə, yaxud doğrudan da heçliyə, ölümünə doğru aparan
iki qütbü olduğunu unuduruq. Və YeniSi-nin təşkil etdiyi I
poza N müsabiqəsinin ən önəmli cəhəti o oldu ki, bu yarışma
məhz nəsrin irəliyə doğru hərəkətinə, gəlişməsinə təkan verə bildi.
Peşəkarlardan tutmuş həvəskarlara qədər ətrafına yığmağa və
nəsrin ümumi ab-havasını görükdürməyə nail oldu. Mübaliğəyə
varmıram, keçid dövründən sonra ilk dəfə olaraq nəsrin
problemlərini bu qədər aktuallanan, qabardılan gördük, ona dair
söylənən mülahizələrə (mənfi, yaxud müsbətliyindən asılı
olmayaraq) hakim kəsildik. Çox keçmədi “Proza önə çıxdı”, hətta
Yazıçılar İttifaqında təşkil olunan müşavirənin predmetinə belə ilk
öncə nəsrimizin yaradıcılıq problemləri çevrildi.
170
Əlbəttə, biz vurğunu yalnız prozanın üzərinə salıb ona qalib
görmək verməkdən, hətta bir qədər eyforiyaya uyub “şer, yoxsa
nəsr” deyə sxolastik məntiqdən çıxış etməkdən uzağıq. O,
məntiqdən çıxış etməyə israrlıyıq ki, nəsrdə nəsrin dünəndən
fərqli simasını aramaq yolu ilə gedək...
Bütünlükdə təqdim olunan o mətnlərin pozitivliyi, yaxud
neqativ cəhətləri nədə idi? Mənim üçün həmin mətnlər ona
görə maraqlı və əhəmiyyətli idi ki, onlarda 90-cı illərin yarat-
dığı müəyyən nəfəslərim dövründən sonra hansı eksperiment-
lərin doğduğunu, hansı yeni estetikanın, tendensiya və təma-
yüllərin təşəkkül tapdığını müşahidə edə bilirdim. Təbii ki,
onlar nəsrimizin ümumi mənzərəsi demək deyildi. Amma hər
halda o mənzərə haqqında təəssüratı tamamlaya və bütöv-
ləşdirə biləcək qədər çeşidli məlumat verən materiallar idi. Öz
fərdi mövzu və obraz palitrasını yaratmaqda israr edən, müasir
forma və üslublarda ifadə olunmağa can atan bu müəlliflərin
nəsrə yeni nəfəs qatmaları təqdirəlayiq təsir bağışlayırdı. Olsun
ki, onlardan bir qismi hələ eksperiment səciyyəli idi, gələcək
magistral istiqamətlərin yalnız başlanğıcını cızırdı. Lakin bu
halda belə onlarda sıfırdan başlamaq tendensiyası hiss olun-
murdu. Baxmayaraq ki, bu məqama dair münasibətdə fikirlər
haçalanır: kimlər üçünsə bu mətnlər boşluq üzərində qərar
tutan, ədəbi arsenaldan məhrum kimi görünürdüsə, bir qismi
üçün onlar mənəvi irsiliyin daşıyıcısı olan nümunələr idi. Bu
qənaətdə olanlar gəncliyin nümayiş etdirdiyi bədii-estetik mə-
ziyyətlərin izlərini ötən əsrin onilliklərinin köklü yazarlarının
nəsrində axtarırdılar: Mirzə Cəlil nəsrində, 60-cı illər nəsri və
daha sonra 70-ci illər nəsrini təmsil edən müxtəlif imzalarda...
Lakin buradaca açıqlamağa çalışaq: bütün bu yenilik ab-
havasına və ənənə ritminə köklənən mətnlərin ədəbi fakta çev-
rilməsini əngəlləyən, onları belə deyək, “öz kölgəsinin üstün-
dən uçmağa qoymayan” nədir? Nədən axı, ciddi mətləblər vəd
edən, daha çox rəmzlər, şərti-metaforik ünsürlərlə süslənərək
oxucunu düşündürməyə iqrar edən bu mətnlərdən müəyyən
durulma, aydınlıq hasil edəndən sonra onların səni sehrində
saxlamaq üçün gücsüz olduğunu duyursan. Bundan əlavə, “bu
171
gün bədii fikir və zaman arasında tənasübün pozulması, nəzərə
çarpacaq dərəcədə ziddiyyətin əmələ gəlməsi təqdir olunmaq
üçün gərəkli olan üçüncü amilə – oxucu münasibətinin məh-
rəmliyinə qarşı da sədd yaradır. Axı çağdaş nəsrin axtarış-
larının mərkəzində xalqın, millətin bu günü və gələcəyi ilə
bağlı narahatlıqların monumental ifadəsini, müstəqillikdən son-
ra formalaşan yeni İnsan tipini, ən əsası isə müharibə yaddaşı-
nın fəlsəfi dramatizmini və kəskin ifadəsini görməyən oxucu-
nun son anda yaşantılarının tərcümanı olmaq prioritetini nüma-
yiş etdirə bilməyən ədəbiyyata olan inamı sarsılır. Bu inamın
əzəli bütövlüyünün bərpası bu gün gənc nasirlərin hakim mis-
siyanı nə səviyyədə reallaşdıra bilmələrindən daha çox asılıdır.
Bu xüsusda, nəsrə dair müşavirədə səslənən: “Yaxşı olardı ki,
təsvirlərin gerçəklikdən qaynaqlanması, həqiqi və canlı savaş
görüntülərinin yaradılması, müharibə psixologiyasının və
ovqatının aşılanması üçün şəhid ailələri, döyüş iştirakçıları və
qaçqın düşənlərlə ünsiyyət qurulaydı” (Anar) kimi təklifə də
diqqət yetirməyə dəyər. Əks təqdirdə isə şair Səlim Babulla-
oğlunun fikri daha tutarlı görünür: “Qarabağ haqqında bu cür
yazmaqdansa sükut yaxşıdır”.
Yenidən qayıdaq “proza yoxdur” fikrinə. O fikrə ki, bu gün
ona istinad edib təsdiqləmək obyektiv mənzərəni tam ifadə
eləmirsə də, ona qarşı əks qütbdə dayanıb “proza var” im-
perativini səsləndirmək də həqiqətə uyğun gəlmir. Çünki bizə
kəmiyyət yox, keyfiyyət gərəkdir, həyatımızın ictimai və mə-
nəvi dərinliklərinə nüfuz etməyə qadir ola biləcək əsər gərək-
dir. Bunu tapmayanda isə məcburuq birinci hökmün qarşısına
bir təyin əlavə edək: “Bizdə ciddi proza yoxdur”, vəssalam.
Və fikirlərimizin əsası kimi: əgər bu gün ölkədə nəsrlə bağlı
müsabiqə təşkil olunur və günün nəsr mənzərəsini ehtiva edən
müsabiqə mətnlərinin içindən keçib hansılarınsa qalibiyyəti ilə
bağlı qənaətə imza atan ekspertlərdən biri sonradan “Mənə sırf
sənət ölçülərinə gələn mətn verin” (Aydın Talıbzadə) deyib də
estetik tələbatını doyuramadığını bəyan edirsə, deməli,
nəsrimizin durumu ilə bağlı ifadə olunan nigarançılıqlar əbəs
deyil. Belə... Düşünməyə dəyər hər halda.
|