195 B.Nəbiyev - Bu sualınızın cavabını siz onun yerli-yataqlı şər-
hində əsasən əhatə etdiniz. Əlavə olaraq onu demək istərdim ki,
mən bu tarixi təbəddülat məqamında mühacirət ədəbiyyatı və
repressiyaya məruz qalmış sənətkarlarımızın yaradıcılığı kimi
mövzuların acı idim. M.Ə.Rəsulzadə, Ə.Cavad, A.İldırım,
M.Müşfiq ətrafında kitab və məqalələrim bu mənəvi aclığımı rəf
etmək üçün ilk təşəbbüslər sırasında dəyərləndirilməlidir. Indi
mən, yaxud aspirantlarım bu mövzuda daha yaxşı, ətraflı araş-
dırmalar əsasında yazmaq əzmindəyik və bu yaradıcılıq tə-
laşlarının bəzi nəticələri artıq özünü göstərir. Məsələn, aspirantım
Afina xanımın təzəcə çapdan çıxmış “Əhməd Cavad və Türkiyə”
kitabı buna yaxşı nümunə ola bilər. An-caq mən sizin sualınızdakı
mühacirlər siyahısından Ə.Cavadı çıxardardım. O, inqilabdan
əvvəl bir müddət Türkiyədə olmuş, jurnalist kimi Azərbaycan
mətbuatında yazılarını dərc etmiş, müharibə zərərdidələrinə
yardım təşkili ilə məşğul olmuşdur. Lakin sovet hakimiyyəti
illərində xüsusi nəzarət altında olduğu üçün bircə gün də xaricdə
olmamış və mühacirət ədəbiyyatı yaratmaqla məşğul olmamışdır.
E.A. - Çoxşaxəli yaradıcılığınızın əsas bir hissəsini ədəbi
tənqid təş-kil edir. Sizin ədəbi fakta, ədəbi prosesə yanaşmanız
obyektivliyi, ədəbi əxlaq və təmkin müvaziliyi, predmetin
dərindən və hərtərəfli şərhi məziyyətləri ilə şeçılıb. Bir yazım-
da xüsusi vurğuladığım kimi: Yaşar Qarayev, Aydın Məmmə-
dov, Nadir Cabbarlı və eləcə də Bəkir Nəbiyev, Akif Hüseynli
kimi müqtədir qələm sahiblərimizin irsi ədəbi tənqidimizin
səviyyəsidir, onun varlıq, yaşarılıq göstəricisidir. Söhbət ondan
getmir ki, bu şəxslərin bir qismi artıq həyatda yoxdur, bir qis-
mi isə cağdaş dövrün tənqidilə artıq məşğul olmurlar. Söhbət
sizin qoyduğunuz təcrübədən, elmi-nəzəri səriştədən gedir ki,
zənnimcə, son illər tənqidimizin müncər olduğu problemlərin
bir qismi bu də-yərlərin itirilməsindən nəşət tapır. Bəs bu
haqda Bəkir Nəbiyev necə düşünür?