198
il Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri olmuşam. Mən indi
iyirmi ilə yaxındır ki, bizim İnstitutun nəzdində,
amma bütün
respublikada yeganə elmlər doktoru adı verən Elmi Şuranın
sədriyəm. Bütün bunların əsasında siz yəqin inandınız ki, mən
əvvəlki kimi ədəbi prosesi izləyə bilmirəm. Bununla yanaşı, əlimi
yanıma salıb oturmuram. “Azərbaycan” jurnalında çıxan əsərləri
izləyir, oxuyuram. Boynuma alıram ki, ilk öncə tənqidi məqalələri
oxuyuram, bu da yəqin peşə yönümümüzlə əlaqədardır. Yəqin siz
də belə eləyirsiniz. Sonra bədii əsərləri oxuyuram. Kitablara
gəlincə, mənim özümün kitab almağıma heç bir ehtiyac qalmır. Iş
elə gətirib ki, indi respublikada çıxan
bütün ədəbiyyatyönlü
əsərlər, həm tədqiqat əsərləri, həm də bədii əsərlər özləri öz
ayaqları ilə mənim stolumun üstünə gəlirlər.
Mən onlardan nəyi
bacarıramsa, oxuyuram, çox cüzi qismini evə, öz kitabxanama
aparıram, böyük əksəriyyətini isə institutun kitabxanasına
bağışlayıram. Bu prosesdə nəyə imkanım varsa,
onu oxuyuram və
qeydlərimi aparıram. Ildə bir dəfə keçirdiyimiz ədəbi yekunlarda
məruzəçilər təyin olunur. Bu mənada bəzi məsləhətlərim olur,
yaxud onları dinləyəndən sonra
həmin məruzələrə elmi yekun
vurmaq məcburiyyəti qarşısında qalıram. Bunlar məni vadar
eləyir ki, nə qədər bacarıramsa ədəbi prosesi izləyim. Yenə
əvvəlki fikrimə qayıdıram. Bu mənim ürəyimcə deyil, on beş,
iyirmi il əvvəllərlə müqayisədə yetərincə deyil.
E.A. - Bir qədər konkret olarmı, Bəkir müəllim. İzlədiyiniz
qədər, məsələn,
bilmək istərdim, hal-hazırda hansı imzalar
diqqətinizı cəlb edir?
Dostları ilə paylaş: