Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə89/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   85   86   87   88   89   90   91   92   ...   125
B.Nəbiyev - Sizin bu sualınız düşündürücü bir sualdır. Mən 
bir qədər müfəssəl verdiyiniz bu suala cavab vermək üçün baş-
qa bir sual çıxardardım. Bu gün ədəbi tənqid varmı? Ona görə 
belə deyirəm ki, bu gün bizim cəmiyyətimizdə, istər yazıçılar 


 
196 
cəmiyyəti olsun, istərsə də elmi cəmiyyətimizdə elə müəlliflər 
tapılır ki, deyirlər: bizdə  ədəbi tənqid yoxdur. Mən buna 
kökündən etiraz eləyirəm. Belə  məsuliyyətsiz ifadəyə qol-
qanad versək, elə həmin “müvəffəqiyyətlə” deməliyik ki, bizdə 
ədəbiyyat yoxdur. Bu isə çox böyük qəbahətdir. Bizdə maraqlı 
əsərlər yaranır. Ola bilər ki, hər hansı bir əsər, hər hansı bir 
yazıçı, onun manerası oxucunu, yaxud oxucular qrupunu yetə-
rincə  təmin eləmir. Bu hələ belə bir məsuliyyətsiz hökm ver-
məyə  əsas vermir. Siz sualınızda bir qrup tənqidçilərimizin 
siyahısını verirsiniz. Mən bu siyahını bir qədər də genişləndi-
rərdim. Xüsusilə hal-hazırda çox fəal surətdə  tənqidlə  məşğul 
olan Tehran Əlişanoğlu və Əsəd Cahangiri də ora əlavə edər-
dim. Bu siyahını bir qədər də genişləndirmək olar. Tənqid də 
var, özü də yerli-yataqlı, bir sıra hallarda öz mətbuat orqanı 
olan, yəni istədiyi sözü demək üçün tribunası olan tənqid də 
var, onun məşğul olduğu ədəbiyyat da... Və xoşbəxtlikdən on-
lar bir sıra qiymətli nümunələrlə oxucunu razı da salırlar. Təbii 
ki, həmişə olduğu kimi, indi də zəif əsərlər yazılır. Mən bunu 
əlavə edərdim ki, bəli, tənqiddə bir qədər fəallıq çatmır. Elə bil 
ki, tənqid daha çox nəzəriyyəyə meyl eləyir. Bu və ya digər 
cərəyanla  əlaqədar, yaxud müasir Avropada mövcud ədəbi 
proseslə əlaqədar bəzən şəxsən mənə bir qədər mücərrəd təsir 
bağışlayan mülahizələr yürütməklə  məşğul olur, Azərbaycan 
ədəbi prosesinin bu və ya digər konkret hadisəsinin təhlilinə az 
fikir verir. Məsələn, mən axır vaxtlar elə bir jurnal, yaxud qəzet 
məqaləsi görmürəm ki, orada bu və ya digər az-çox görkəmli 
yazarın,  şairdirsə poemasının, nasirdirsə romanının konkret 
ədəbi, filoloji təhlili verilsin. Bu əsərlərdəki qüsurlar açılsın, 
onları doğuran səbəblər göstərilsin, mahiyyətinə varılsın. Sizi 
inandırıram ki, belə olanda oxucu həmin tənqidçi ilə daha çox 
həsbi-hal eləyir. Tənqid-çinin dediyi bu və ya digər qüsur elə 
bil oxucunun ürəyindən tikan çı-xarır. O fikirləşir ki, bu duyğu 
məndə  əmələ  gəlmişdi, amma tənqidçi sağ olsun, bunun necə 
gözəl şərhini, ifadəsini verdi, məni inandırdı. O, elə bil ki, hə-
min məqalənin altına öz imzasını da qoymağa hazırdır. Amma 
bütün bunlara rəğmən , demək ki: bizdə ədəbi tənqid yoxdur – 
bu fikir, mənim qənaətimə görə, adamı məsuliyyətsizliyə aparır.  



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin