Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə85/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   81   82   83   84   85   86   87   88   ...   125
 


185 
 
 
 
 
 
 
 
 
 
USTAD DƏRSLƏRİ 
 
 
 


 
186 
 
 
 
 
 
 
 
 
 
 
 
 “Ziyalının missiyası  və rolu məqama xidmət 
etmək deyil, məqamlar arasında vəhdətə xidmət 
etməkdir, nəsillərlə  əsrlər, yaxınlar və uzaqlar 
arasında da əlaqə  və ahəng yaratmaqdır, işığı 
keçməyə,  şamı sönməyə qoymamaqdır, ocaqdan-
ocağa od daşımaqdır”. (Y.Qarayev)  
 
 


187 
YADLAŞMAYAN İRSİN ÜNVANI –  
KAMAL TALIBZADƏ 
 
“Nəsillərin  əlaqəsi qırılanda tarixin  yükü ağırlaşır. Mənim 
məramım elmin gücü, qəlbin və zəkanın enerjisi ilə milli vicda-
nı oyatmaq, milli şüurun təkamülünə yol açmaq, milli mən-
liyimizi amansız bir ehtirasla xalqı millətsizləşməyə sürükləyən 
məhdud tayfa psixologiyasının və ucuz baqqal əxlaqının mən-
gənəsindən xilas etməkdir”. 
Bu sözləri professor Nizaməddin  Şəmsizadə 90-cı illərdə, 
akademik Kamal Talıbzadəyə həsr etdiyi kitabında qələmə alıb. 
O dönəmdə ki, əsrlər və nəsillər, irslər və varislər bölünmüş za-
manın o tay-bu tay hüdudlarında qalıb gen və qan, kök və 
mənşə yaddaşına olan cavabdehlik və  mənəvi məsuliyyət his-
sini eroziyaya uğradırdılar. Məhz növbəti yaddaşsızlıq və unut-
qanlıq xətasının baş verməməsi, “xalq və mən” şüurunun yeni-
dən (artıq neçənci dəfə!) təhlükə qarşısında qalması üçün 
millətin aydınlarına heç bir mərhələdə olmayacaq qədər qədir-
şünaslıq etmək gərəkirdi. Keçmişi rekonstruksiya işi, dünəndən 
bu günə, sələfdən xələfə, nəhayət, ziyalıdan xalqa gələn əlaqə-
lərin, üzvi və mənəvi bağlılığın orqanik tamlığına nail olmaq – 
yeni epoxanın təlqin etdiyi vəzifələr belə idi və ona aparan 
magistral yolda ən yaxşı (və  dəfələrlə  sınanmış) arsenal kimi 
xalqın milli-mənəvi dəyərlərinə,  əxlaqi meyarlarına, o cümlə-
dən düşüncə sahiblərinin irsinə iz tutulurdu. Belə  ədəbi irsin 
layiqli daşıyıcısı olmaq prioritetini nümayiş etdirən Kamal 
Talıbzadənin yaradıcılığı yeni ovqat və statusda özünüifaya 
çalışan ziyalı  məramının realizəsi, subordinasiyası pozulmuş 
cəmiyyətin əzəli harmoniyasının bərpası üçün ibrət nişanəsi idi. 
Əks halda əvvəldə  gətirdiyimiz sitatın layiqli ünvanı olmaz, 
vəhdətə, bütövlüyə doğru getdiyimiz yolda karımıza gələn 
mənəviyyat timsalına çevrilməzdi.  
Azərbaycan humanitariasının ötən onilliklər  ərzində qazan-
dığı  uğurlar,  əldə etdiyi nailiyyətlər sırasında Kamal Talıbza-
dənin yeri və rolu əlahiddə əhəmiyyət kəsb edir. Bu əlahiddəlik 


 
188 
yalnız sanballı elmi monoqrafiya və tədqiqat əsərlərinin səciy-
yəsi ilə qapanmır, eyni zamanda onların hər birinin düşüncə 
sistemimizdə intəhasız iştirakı, fasiləsiz dövriyyəsi ilə tutum 
qazanır. Altmış ilə yaxın bir dövrün məhsulu sayılan sənət 
örnəklərinin effekti təsiri bir çox tendensiya və  təmayüllərin, 
bədii-estetik meyarların formalaşmasında münbit zəmin, ori-
yentir rolu oynayıb. Heç şübhəsiz, bu missiyanın bədii fikirdə 
permanent və sürəkli iştirakı daima davamını tapacaq, çağdaş 
və  gələcək zamanın irəli sürdüyü problemlərin həlli və  təhlili 
tələbatı bu əsrlərə yenidən, ardıcıl istinad etməyi, onları milli 
dəyərlər işığında “oxumağı” zəruri edəcəkdir.  
Kamal Talıbzadənin həyatı müştərək zaman və “mən”in qüt-
bündə  qərar tutub: iki əsrin müasirinə çevrilib, iki ziddiyyətli 
epoxanın iştirakçısı olub və ən əsası, eyni taleyi yaşamış atası 
Abdulla  Şaiqin adını adında yaşamaqla iki ömrün nuruna sı-
ğınıb, onun məsuliyyət və səviyyə yükünü əzm və ləyaqətlə da-
şıyıb. Eyni sözləri alimin böyük tədqiqatlarla zəngin yaradıcılıq 
yoluna da şamil etmək olar: Abbas Səhhət haqqında ilk məz-
munlu sözü ötən  əsrin  əvvəllərində Hüseyn Minasazovdan 
oxuyuruq, fəqət ilk konseptual, monoqrafik tədqiqat kontek-
stində qiyməti isə Kamal Talıbzadə verib. Tənqid janrının milli 
ədəbiyyata gətirilməsinin, onun klassik nümunələrinin “baniyə-
karı” Mirzə  Fətəli Axundov olub. Eyni “baniyə-kar” rolunu 
Kamal Talıbzadə onun sistemli tarixini yaradanda həyata ke-
çirib. Lakin yalnız “baniyə-kar” olaraq gördüyü xidmətlərin 
miqyas və vüsəti deyil, hər bir əsərində spesifik çalar kəsb edən 
mühüm məziyyətlər onlardan bəhs etməyə yetərincə əsas verir.  
Kamal Talıbzadənin elmə ilk töhfəsi onun namizədlik dis-
sertasiyası kimi yazdığı “Abbas Səhhət” monoqrafiyasıdır. Bu 
monoqrafiyanı “Romantizmin Abbas Səhhət yaddaşı”nın bər-
pası naminə atılan ilk addım hesab etmək olar. Tədqiqat 
əsərinin fundamentallığı, pozitiv xarakteri və özəlliyi də məhz 
bu cür yanaşma metodunun dominantlığı ilə  şərtlənir. Abbas 
Səhhətin həyat və yaradıcılıq yolunu, onun məram-məslək 
çalışmalarını kompleks şəkildə tədqiqata cəlb edən müəllif bir 


189 
gerçəkliyi qətiyyətlə  və birmənalı  şəkildə  bəyan edə bilib: 
“...şairin yaradıcılıq metodu hər şeydən əvvəl romantizmin ide-
ya-bədii xüsusiyyətləri ilə səsləşir”. Bu o zaman idi ki, roman-
tizm haqqında baş alıb gedən mübahisələrdə “həqiqət” daha 
çox yad ideologiyaya işləyir,  şəxsiyyətlər və onların təmsil 
olunduqları  cərəyan və üslublar deformasiyaya məruz qalaraq 
xalis, təbii naturasından məhrum formada təqdim olunurdu. 
Kamal Talıbzadənin monoqrafiyası isə artıq ortodoks marksist 
təlimlərinin davamı olmayıb, nisbətən sərbəst və  həqiqi sənət 
hadisəsi kimi təzahür etmişdir. 
Ümumiyyətlə, Abbas Səhhət Kamal Talıbzadənin bütün 
yaradıcılığında iştirak edir. “Qorki və Azərbaycan” monoqrafi-
yasında Qorki – Abbas Səhhət ədəbi təsir qarşılığı baxımından, 
“XX əsr Azərbaycan tənqidi” monoqrafiyasında isə “yeni şeir” 
konsepsiyasının ideoloqlarından biri kimi. Lakin bu “iş birliyi” 
yalnız mətnlərlə  məhdudlaşan müştərəklik olaraq qalmır, 
başlıcası, ruhi, mənəvi tələbin, yaxınlığın əlaməti, eyni yaşam 
məramının sintezi, dialektik vəhdəti kimi özünü göstərir. Bu 
xüsusda ustad tənqidçi Yaşar Qarayevin söylədiyi fikir daha 
ibrətli səslənir: “Mütəxəssis tədqiq etdiyi böyük sənətkarın 
şəxsiyyəti, mənəviyyatı və əxlaq dərsləri ilə yoluxub zənginləş-
məli, daxilən də, mənən də onunla müştərək ovqata, amala qay-
nayıb qarışmalıdır. Əks halda elm ilə poeziya, çağdaş alim ilə 
klassik irs arasında həqiqi təmas, əsl ünsiyyət baş verməz. İlahi 
impulsların dövriyyəsi, ruhlarla beyinlər arasında məhrəmlik, 
aşinalıq yox, adi mexaniki kontakt baş verər, vəssalam”. Müba-
liğəyə varmadan demək olar ki, Kamal Talıbzadənin uzun illik 
yaradıcılıq fəaliyyəti onun tədqiqatçısı olduğu Abbas Səhhət 
irsindən yalnız sxematik, səthi-liberal tərzdə  bəhrələndiyini 
deyil, ən əsası məslək, əqidə və bütövlük kimi ali xüsusiyyət-
ləri  əxz elədiyini sübut edir. Eləcə  də, dissertasiyanın ilk fəs-
linə Abbas Səhhətə  məxsus “Məsləkim tərcümeyi-halımdır” 
fikrinin seçilib sərlövhəyə çıxarılması, şairə göstərilən marağın 
kökündə onun həyat idealına olan tədqiqatçı  rəğbət və 
ehtiramını duymağa imkan verir. Bu fikir eyni zamanda Kamal 


 
190 
Talıbzadənin öz ömrünün bəyanatı kimi simvolik çalar kəsb 
edir. Alimin sonrakı fəaliyyəti də bu fikri, məramı təsdiqləməyə 
yönəlmiş “praktiki kurs” səciyyəsi daşıyır. “Sənətkarın  şəxsiy-
yəti” kitabı ilə şəxsiyyəti meyara çevrilir, “Ədəbi irs və varislər” 
kitabı ilə irsə arxa, dayaq durmağın nümunəsini verir. Və bu 
nümunə yalnız doğma sənətkarlarımızın yaradıcılığından bəhs 
ediləndə yox, həmçinin digər ölkə  ədiblərinə münasibət izhar 
ediləndə belə milli əhval-ruhiyyəsini itirmir. “Qorki və Azər-
baycan” monoqrafiyası fikirlərimizə  əyani sübutdur. Bütün 
ümumsovet məkanının Qorki nüfuzu önündə  təzim etdiyi bir 
zamanda yazılan bu monoqrafiya müəllifinə hissə qapılıb yad 
təsirdə  əriməyə imkan vermir. Qorki təsirinin izlərini milli ədə-
biyyat özəlliklərini qoruyaraq axtarmağa çalışan tədqiqatçının 
əsərində  hər yazıçının orijinal, spesifik səciyyəsi öz dəyərini 
saxlayır, zahirən bir-birinə çulğaşmış halda görünən yaradıcı 
şəxslərin dəsti-xətti bütün tərkibi və parametrləri ilə görünə bilər.  
Əlbəttə, Kamal Talıbzadənin irsi də dövrün yeritdiyi siya-
sətin təsirindən, sosializm doktrinasının diktə etdiyi varlıq və 
etiketlərdən xali deyil. Onun tədqiqat  əsərlərində vulqar ideo-
loji konsepsiyaların güdazına getmiş tarixi gerçəkliklər də var, 
bir çox şəxsiyyətlərin mövqe və xidmətlərinin təhrif və  əyinti 
faktları da... Lakin diferensial yanaşdıqda bu əsərlərin ölçü və 
çəkisi o dövrün tələb və istəklərindən,  şablon və ehkamların-
dan, üzdəniraq marksizm-leninizm nəzəriyyələrindən ağır gəlir. 
Bəlkə elə ona görə 90-cı illərdə, yeni epoxaya qədəm qoyanda 
Kamal Talıbzadənin həyat ritmi pozulmadı, zamanın iki fərqli 
mərhələsi onun yaradıcılığında bir-biri ilə ziddiyyətə girmədi. 
Hər halda, bunun baş verməməsi üçün bircə səmimi etiraf kifa-
yət oldu: “Bir çox ədiblərin şəxsiyyətini biz həm az öyrənmiş, 
az təbliğ etmiş, həm də bir çox hallarda obyektiv yanaşmamış, 
birtərəfli münasibət bəsləyərək bir çox həqiqətləri deyə bilmə-
mişik. Bu gün biz keçmiş irsə yeni aspektdə yanaşmalı, həmin 
ədiblərin mövqeyini düzgün müəyyənləşdirməyə çalışmalıyıq”. 
Bu fikirlər Kamal Talıbzadənin yeni əsr və  nəsil qarşısında 
vicdan hesabatı kimi səsləndi və sonralar yazdığı bir neçə mə-


191 
qalə ilə ədib əski səhvlərə təshih və düzəlişlər verdi. Təbii ki, 
bu, zamanın Kamal Talıbzadəyə bəxş etdiyi imtiyaz və imkan-
lar idi. Fəqət, heç bu imtiyaz və imkanlar olmasaydı belə (necə 
ki, bir çoxlarına bu qismət olmadı), Kamal Talıbzadə irsi ədə-
biyyatın yaddaş sirrində yaşayacaqdı. Heç olmasa Abdulla Şaiq 
ocağının, Abbas Səhhət irsinin layiqli varisi olduğuna görə və 
yenə də heç olmasa “Azərbaycan ədəbi tənqidinin tarixi” kimi 
monumental tədqiqat əsərini yazdığına görə... 
“XX əsr Azərbaycan tənqidi”, yaxud on səkkiz il sonra nəşr 
olunan “Azərbaycan ədəbi tənqidi tarixi” kitabı elmə nə verdi? 
Bu kitabın meydana gəlməsi ilk öncə böyük bir sahədəki 
boşluğu aradan qaldırdı, Azərbaycanda estetik-nəzəri fikrin 
yoxluğu, təməlsizliyi haqqında  şüurlara yeridilən  əsassız, cə-
fəng formulalara son qoydu və  ən  əsası, yeni bir məktəbin – 
Tənqid məktəbinin əsasını yaratdı. Sonralar bu məktəbdə ərsə-
yə gələn tənqidçi simaları çağdaş ədəbi prosesə vəsiqəni məhz 
Kamal Talıbzadənin yazdığı monoqrafiyanın içindən keçərək 
aldılar. Çünki tənqidi fikrin inkişafı qanunauyğunluqlarını 
öyrənmək müasir təmayülü və istiqamətləri dərk etməyə şərait 
yaradırdı. “Bu elə bir iş idi ki, sonradan onu davam etdirmək 
mümkün olacaqdır” – əsəri yazandan sonra Kamal Talıbzadə 
bu fikri söyləmişdi və elə məhz bu sonralığın xatirinə ilk nəşr-
dən son nəşrə gedilən zaman intervalında geriyə boylanmağa, 
daha dərin qatlara enməyə, nəzəri-estetik fikrin təkamül və in-
kişaf mərhələlərini qatbaqat çözməyə çalışmışdır. Kökdən, 
ibtidadan agah olandan sonra isə onun üzərində qurulan hörgü-
nün sirlərini duymaq, mahiyyətini anlamaq çətin olmur. Odur 
ki, “Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafiyası Kamal 
Talıbzadənin özünü də yalnız  ədəbiyyat tarixçisi stixiyası ilə 
məhdudlaşdırmadı, onun həm də bir tənqidçi kimi formalaşma-
sına stimul verdi. Hərçənd bu barədə söz düşəndə Kamal Ta-
lıbzadə “mən tənqidçi yox, tənqid tarixçisiyəm” deyə etirazını 
bildirir. Lakin həm müxtəlif kitablarına səpələnmiş məqalələrin 
elmi-nəzəri sanbalı, həm də ümumən ədəbi fakta, ədəbi prosesə 
yanaşmada orbitr olan tənqidçi təfəkkürünün spesifikası bizi 


 
192 
ixtiyarlı edir ki, ədəbiyyatşünas alim Şamil Salmanovun bu 
kontekstdə söylədiyi mülahizəyə haqq qazandıraq. “O, öz natu-
rası etibarilə müasir ədəbiyyatla bağlıdır, müasir ədəbiyyatla, 
müasir ədəbi təfəkkürlə nəfəs alır, onunla yaşayır, buna görə də 
o uzunömürlük ədəbi fəaliyyəti dövrlərində heç vaxt ədəbiyya-
tın köklü, aparıcı hadisələri və meylləri yanından sükutla keç-
məmişdir ki, bu bizə ondan həm də bir tənqidçi kimi da-
nışmağa kifayət qədər əsas verir”.  
Kamal Talıbzadənin sırf  ədəbi proseslə ilgili məqalələrinin 
əsas predmeti yazıldığı dövrün ədəbi-bədii materialları olsa da, 
ümumilikdə onlarda ədəbiyyatımızın koordinal problemlərinin 
inikasını görə bilirik. Hətta çağdaş tənqidimizin kəsir və çatış-
mayan cəhətləri, zəiflik və inertlik hallarından bəhs edilərkən 
belə adı çəkilən və sadalanan səbəblərin o dövr üçün də xarak-
terik olduğunu görürük: cəsarətsizlik, prinsipial tənqidçi möv-
qeyinin zəifliyi, tənqidçi-yazıçı münasibətlərində hökm sürən 
disharmoniya, ədəbi prosesə azalan tənqidi marağı və s. və i.a. 
Və  əgər bütün bu səbəblər bu günümüzün tənqidi üçün də 
xarakterik səslənirsə, deməli, Kamal Talıbzadə kifayət qədər 
ciddi, narahat problemləri vaxtında duya bilmiş, onların diaq-
nozunu dəqiq müəyyənləşdirməyi bacarmışdır. 
Bütün bunlar Kamal Talıbzadənin həyat və sənət qrammati-
kasında büllurlaşan və  təsdiqini tapan düşüncə dünyasından 
müəyyən etüd və ştrixlər idi ki, o, bunları əyaniləşdirməyə bir 
ömür sərf etmişdir. Zamanınsa müəyyən etdiyi və bir çox də-
yərli sənətkarların şəxsində, simasında əyaniləşdirdiyi bir həqi-
qət var: o yaradıcılıq yaşayan və yadlaşmayan irsə dönür ki, 
özündə  mənsub olduğu xalqın ruhunu və potensiallıq dərəcə-
sini,  ədəbiyyatın estetik və ideya-məfkurə  məzmununu ehtiva 
edə bilir. Kamal Talıbzadənin varislik haqqına tapınaraq yaz-
dığı  əsərlər bu gün layiqli irs timsalında estafeti yeni nəslə 
ötürür. Bu irsin sabaha boylanan üzü, gələcəyə yönələn istiqa-
məti onun zamanla yol yoldaşı olacağına, əsrlərlə yanaşı, müş-
tərək və müvazi gedişinə təminat verir. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin