200 B.Nəbiyev - Təklif iclas terminidir, mənim xoşuma gəlmir.
Təkliflə, ancaq protokolda yazılan şeylərlə bədii ədəbiyyatı
irəli aparmaq olmaz. Mən yaradıcı insana necə təklif verə bilə-
rəm? Bayaqdan verdiyim cavablar da, elə sizin suallarınızdakı
ayrı-ayrı motivlər də göstərir ki, bədii yaradıcılıq işi həqiqətən
də əsrarəngiz bir aləmdir. Çox güvəndiyimiz bir şair həftələrlə,
bəzən aylarla ürəyi istədiyi şeiri oturub yaza bilməz. Yaxud
əksinə, günün birində qatarla yol getdiyi yerdə hövlnak yuxu-
dan qalxar, kağız-qələmini dizinin üstünə qoyub elə bir şeir
yazar ki, bu ədəbiyyatın hadisəsinə çevrilə bilər. Bu mənada
mən heç bir təklif verməzdim.