203
kimi uca Yaradanımızın seçilmişlərdən saydığı alimlik missi-
yasının da ilk öncə, insani sevgidən mayalandığını dərk et-
mişdi. “Kim ki, insanı sevər, aşıqi hürriyyət olur. Bəli, insanlıq
olan yerdə də hürriyyət olur”- Sabirin insanlıq fəlsəfəsindən
yoğrulmuş bu misralarının Yaşar Qarayevin yaradıcı milli dü-
hasının hər hüceyrəsinə hakim kəsildiyini duymaq çətin deyil-
di. Alimin 1996-cı ildə nəşr olunan “Tarix:yaxından və uzaq-
dan” fundamental toplusu bu fikirlərin ən bariz sübutudur. Bu
kitab yalnız ədəbiyyatın tarixini deyil, həm də insanlığın tari-
xini, onun mənəvi -ədəbi irsdə kodlaşan dəyərlərini milli sərvət
kimi reablitasiya edib xalqa, yaddaşa ötürmək missiyasına
xidmət edirdi. Diqqət etsək, alimin son yazılarının, məruzə
mətnlərinin, hətta müsahibələrinin məğzinin belə bu ritmə,
insan dəyərlərinin önə çəkilməsinə kökləndiyini görərik. Bu,
ədəbiyyatımızın hər zaman qayəsi olmuş insanşünaslıq, xalqşü-
naslıq kimi mənəvi keyfiyyətlərin təbliği istiqamətinin yeni
modifikasiyada təqdimi deyildi. Bu, subardinasiyası pozulmuş
cəmiyyətin, yeni başlanan postmodern epoxasının və qlobal-
laşma nəhrinin dəhşətləri önündə heyrətdə qalan ruhun huzur,
dinclik naminə etdiyi çabaların peyğəmbərsayağı ifadəsi idi.
Dostları ilə paylaş: