206
həyata keçirilməsi mümkün olmasın” (Elias Kanetti). Xalqı
birliyə səsləməzdən əvvəl onu düşüncədə, idrakda bu birliyə
hazırlamaq lazımdır. Y.Qarayev keçmişə rakurs etdi, xalqın dü-
şüncəsində dərin iz qoyan məqamları, tarixin Azərbaycan üçün
görk etdiyi mühüm anları əks etdirməyə çalışdı. Tarixi faciələ-
rimizin, düçar olduğumuz amansız bəlalarımızın başlıca səbəbini
indiyə kimi milli mənafe üçün yox, ayrı-ayrı siniflər üçün
çalışmağımızda gördü. Həqiqətən də məhz “məndən ötdü, qar-
daşıma dəydi” biganəliyinin nəticəsi idi ki, Azərbaycanı par-
çalanmalardan, bölünmələrdən qoruya bilmədik. Məhz bir bay-
raq altında birləşməyi, eyni hədəfə vurmağı bacarmadığımız
üçün Qarabağ kimi məmləkətimizi qorumağa bütün gücümüz və
qeyrətimizlə atılmadıq. “Əvvəl sözlər, sonra adamlar, lap axırda
torpaq azadlığını itirdi”. İdrak yaddaşdan xali olanda daxili
harmoniyanı xaos əvəz edir, tarix “sapı özümüzdən olan balta-
lar”ın zərbəsinə hədəf olur. Və bəlkə də bu zərbələrin fiziki ağır-
lığından daha çox, mənəvi ağırlığından əzab çəkir, yanıb-yaxılır.
Y.Qarayev mənəvi birliyin ikinci səviyyəsi kimi “Cənubi
Azərbaycan, türk xalqları arasında mədəni, ədəbi-mənəvi bir-
lik” yaratmaq təlimini irəli sürürdü. Yalnız öz irsinə, milli mə-
dəniyyətinə arxa çevirmədən, ümumtürk kontekstində inkişaf
etmək, ümumdünya mədəniyyətindən bəhrələnmək olar. Ümu-
miyyətlə, Yaşar Qarayevdə milli bədii təcrübənin imkanlarına,
milli təfəkkür mədəniyyətinin zənginliyinə inam, etimad böyük
idi və böyük alim üzün illərin müşahidə və tədqiqat bacarığın-
dan sonra sələflərinin vurğuladığı məqamlara israrlı idi: Soy,
qan və gen birliyini hər şeydən uca tutub “elmə, mədəniyyətə
öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edil-
mış elə bir millət çıxardaq” ki, (Rəsulzadə M.Ə. Azərbaycan
Cumhuriyyəti. Bakı: Elm, 1990, səh.18). bizə baxıb “türklər və
müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin, yoxsa türklər
və müsəlmanlar ittihad ediyor və firəngləşiyorlar denilməsin”
(Hüseynzadə Əlibəy. Türklər kimdir və kimlərdən ibarətdir.
Bakı: Mütərcim. 1997, səh.186). İrəli getməyi bacaraq, amma
milli varlığımızı unutmayaq, milli dəyərlərimizi inkar etməyək,
207
milli düşüncəmizə xələl gətirməyək. Unutmayaq ki, “bəşərilik
səviyyəsinə qalxan milliliyin beynəlmiləlliklə vəhdəti, sintezi o
zaman təmin olunur ki, ortaq genetik müstəvidə, mənəvi mə-
kanda yaşayan digər etnik vahidlər də hamısı Azərbaycan xal-
qını bir millət, Azərbaycan torpağını isə bir vətən kimi qəbul
edirlər”( Milli “mən” şüuru və etnik yaddaş- azərbaycançılıq.
“Kredo” qəzeti, 8-23 mart, 2002).
Nəhayət Y.Qarayev “yaxın Şərq, islam miqyasında ədəbi-
mədəni və dini-mənəvi birlik” ideyasını irəli sürürdü.
Hələ XX əsrin əvvəllərində Ə.Ağayev yazırdı: “Müsəlman-
ların dirçəlməsi və tərəqqisi ümumiyyətlə mümkündürsə, bu
hökmən onların arasında yeganə fəal qüvvə olan din vasitəsilə
olmalıdır”( Fikrin karvanı (məqalələr toplusu). Bakı, “Yazıçı”
nəşriyyatı, 1984, səh.178). Din özündə təkcə şəriət məsələlərini
və etik-əxlaqi keyfiyyətləri birləşdirmir. Ondan siyasi təlimlər,
doktrinalar kimi də istifadə etmək mümkündür. Bu gün dün-
yada baş verən “İslam partlayışı” dinin nə qədər sosial-siyasi
və ideoloji əhəmiyyətə malik olduğunu büruzə verdi. Sübut
olundu ki, ümumi səfərbərliyin, mənəvi birliyin yaradılmasında
din fəal və intensiv, aparıcı amil ola bilər.
Böyük alman filosofu Hegelə görə “mütləq ideya” özünü
dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də
sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin şüura
böyük və əvəzsiz təsiri var. Bədii-estetik düşüncənin, onun elmi-
tənqidi dərkinin meyarlarının əsaslı təbəddülata məruz qaldığı
keçid dövrü kimi xarakterizə olunan 90 -cı illərdə Yaşar Qa-
rayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-
nəzəri fikrin potensial imkanlarının real və əyani təzahürü,
ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi
mənalana bildi. O, böyük bir imperiyanın çökümündən şaşıran
ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermə-
di, çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə
onunla sonuclandı ki, bizdə həm milli bədii təcrübənin imkan-
larına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri
fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan
qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.
|