Microsoft Word Yeni kitab A5-son docx


cürdü, yəni, evlərdə heç kəs yoxdu, dediyimiz kimi, bütün ev-



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə72/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   68   69   70   71   72   73   74   75   ...   125
cürdü, yəni, evlərdə heç kəs yoxdu, dediyimiz kimi, bütün ev-


 
160 
lərin içi ölüb, daha doğrusu, kənd içindən ölüb, ermənilərin 
son gəlişi, son xəbərdarlığı da evlərin içinə son gülləni vurdu: 
“ Nə  qədər qan tökülməyib kəndi boşaldın...”, yəni evləri. 
Ona görə də hamı bayırdadı...”  
“Nə qədər ki, qan tökülməyib...” - əsər mövcud münaqişənin 
ilk baxışda, qan tökülməyən zaman kəsimlərini təsvirə  çəkir. 
Əslində, bu bir görüntüdür, müharibəyə  qədər gedən hazırlıq 
prosesləri - təxribatlar, sui-qəsdlər, cinayətlər romanda dolğun 
təcəssümünü tapır. Bizim bura qədər təhlil etdiyimiz romanlar-
“Dolu” (A.Abbas), “Haramı” (Ş.Ağayar), “Quqark” (S.Baycan) 
və “Qaraqovaq çölləri” (Əlabbas) - hər biri müharibə illərinin 
və müharibəsonrası zamanların insan həyatında açdığı yaraları 
göstərməyi təqib qılırdısa, “Erməni adındakı  hərflər” romanı 
iki tərəf arasında alovlanan münaqişənin nəşət tapdığı məqam-
lar, səbəblər, zəminlər üzərində köklənir. Müəllif bu uçurumu 
ən lokal şəkildə - ailə-məişət çərçivəsindən çıxarıb iki ölkə 
miqyasında yaranan münaqişə  məqamlarına qədər aparıb çı-
xarır və dərinləşən ziddiyyətlərin kök, səbəblərini açmağa çalı-
şır. Bu münaqişə, düşmənçilik məqamı əsərdə bir neçə mərhə-
lədə izlənsə  də  əsas süjet xətti daha çox səksəninci illərin 
sonlarına bağlanır.  Şaliko Samukyan arvadı Siranuş Samuk-
yanın  şagirdləri ilə  şəkil çəkdirdiyi türkü aradan götürməyin 
planını  cızırlar və  hər axşam  şəkildəki bir türkün öldürülməsi 
qarşıya məqsəd qoyulur. Bu gizli nifrətin, “mehriban” düş-
mənçiliyin müxtəlif vaxtlarda qabaran formaları isə daha çox 
təhkiyəçinin keçmişlə bağlı xatirələrində, anımlarında – retro-
speksiya yolu ilə oxuculara çatdırılır. Müəyyən fraqmentlər 
şəklində sərgilənən bu parçalarda əsas məqsəd hadisənin, prob-
lemin dolğun səciyyəsini vermək, erməni hiyləsinin, müəyyən 
çəkilib qabarmalarla özünü göstərən düşmənçilik sindromunun 
səbəblərini aramaqdır. 
Əsərdə çox təsirli, inandırıcı boyalarla təsvir olunan İmir-
xanlının qardaşı  Uğurlunun, müəllim ağbilən  İsmayılın ölüm 
səhnələri silsiləli davam edən erməni məkrinin  əyani təcəssümü 


161 
olaraq gərəyincə motivlənmiş  şəkildə  əksini tapmışdır. Hər biri 
dolğun hekayə  təəssüratı bağışlayan bu hissələrdə - “Ölümün 
şəkli” və “Atın gülməyi” adlanan bu yığcam süjetlərdə müəllif bir 
ailənin, bir insanın faciəsi timsalında erməni-azərbaycan 
ziddiyyətinin dərin təcəssümünü verməyə nail olmuşdur.  
M.Süleymanlının üslubu həmişə özünəməxsusluğunun qa-
barıqlığı ilə seçilmişdir. Belə ki, yazıçının əsərləri üçün biri di-
gərini əvəz edən zaman və məkan dəyişmələri, gerçəkliyin qatı 
boyalarla təqdimi, təhkiyənin estetik çalarlarla zənginliyi səciy-
yəvidir. M.Süleymanlıın əsərlərində zaman adətən, elastik, sər-
hədsiz təqdim olunur. Hələ “Köç” əsərindəki  İmirin yuxu-
larında zamanın oynaqlığı - geridönüm (retrospeksiya) və irəli-
sıçramalar (prospeksiya) vasitəsilə milli türk tariximizin sə-
pələnmiş hadisələrindən ibarət modeli yaradılırdısa, “Erməni 
adındakı  hərflər” romanında bu proses İmirxanlının təhkiyəsi 
nəticəsində realizə olunur və  mətnin struktur-semantik qat-
larına tətbiq edilir.  
Əsərdə müəllif nitqi də, obrazların danışığı da təbii səslənir. 
Yalnız ona görə yox ki, əsərdəki obrazların nitqi onların öz 
dilində (türk, rus, erməni) tədqim olunur, eyni zamanda bu dildə 
həmin millətin ruhu, xarakterik olan mənəvi-psixoloji çalarları, 
iradi-əxlaqi keyfiyyətləri təcəssümünü tapa bilir. Bu bütövlük 
əsərin estetik siqlətini artırmaqla yanaşı, yazıçı düşüncəsindəki 
həqiqətə uyarlıqla qovuşduğundan romanın həyatiliyini də 
gücləndirir. Bədiiliyə  tələblarlığın azaldığı indiki vaxtda yazı-
çının dil-ifadə  məsələsinə  həssas yanaşması  təqdir olunmalıdır. 
Çünki hər bir əsərin uğurunu təmin edən əsas məqamlardan biri 
onun təhkiyə  mədəniyyətidir. “Erməni adındakı  hərflər” ro-
manında bu meyar qorunur. Burada ifadə olunan mətləblər – 
tarixi, sosial, əxlaqi, mənəvi-psixoloji planda olmağından asılı 
olmayaraq – milli dilin qatları üzərində kökləndiyindəndir ki, 
xalq ruhunun ifadəsi səviyyəsində ümumiləşə bilir. Romanın 
mütaliəsi, ritmi ilk oxunuşda yorucu təsir bağışlasa da, getdikcə 
üslubdakı bu usandırıcılıq təhkiyənin çevikliyi, nəql olunan 


 
162 
hadisələrin dolğunluğu, təsvirlərin ahəngdarlığı ilə aradan qalxır, 
bütövlükdə bədii təcəssüm üzvi təsir bağışlayır. 
Əsərdə bir çox yer, məkan adlarının, onların etiologiyasının 
izahları verilir. Ümumən, bütün ruhu və qayəsi ilə türk top-
lumunun yaddaşına söykənən  əsərdə bu məqamın olması 
təbiidir. Nədən ki, hər bir etnik-mədəni şüurun bütövlüyü, onun 
dünyaya münasibəti ilk öncə, məkan koordinatlarına söykənir. 
Əsərdə adı çəkilən bir çox coğrafi məkan adları sadəcə, türkün 
məskəni olaraq qabardılmır, həm də daha çox türkün həyatında 
onların hər birinin oynadığı rol, əsrlər boyu tərəqqisinə  rəvac 
verən genetik kod kimi mənalanır.  

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin