Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə70/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   66   67   68   69   70   71   72   73   ...   125
156 
manın nitqi, düşüncələri, Zülfü müəllimin çıxışları, atası Qüdsi 
müəllimin məktubu oxşar məzmun və ahəngi sərgiləyir. Eyni 
üslüb, eyni məzmun, eyni pafos. 
Əsərdəki tərbiyəvi xəttin icrası intellektual, milli ziyalı ob-
razlarına həvalə olunub, daha çox onların simasında təqdim 
olunur.  Əfsun, bütün əsər boyu qəhrəmanın yanında olub 
onunla eyni mövqeni və əqidəni bölüşən Zülfü müəllim, Səfurə 
müəllimə, əsərdə tez-tez adı hallandırılan Əfsunun həkim olan 
bacısı  Əfruz, atası Qüdsi müəllim, hətta Uz kəndindən  əsir 
tutub gətirdiyi idman müəllimi Arşak-bütöv bir müəllimlər 
pleyadası... Bu obrazları birləşdirən ümumi bir xətt onların zə-
mənədən  şikayətləri, sosial, mənəvi təzadlara kəskin müna-
sibətləri, müharibəyə nifrətləridir. 
Yazıçının üslübunda nəql ahəngi  əsərdəki təsvir çalarını 
üstələyir. Hadisələrin psixoloji məna siqlətini artırmaq üçün 
müəllif nəql etməkdən daha çox təsvirə üstünlük verməli idi. 
Yazıçı süjeti əsas qayə  ətrafinda saxlamağa müvəffəq olsa da 
lazımlı, lazımsız eyni məzmunlu düşüncələri yerləşdirməklə, 
xüsusilə  əsərin qəhrəmanı  Əfsunla Zülfü müəllimin eyni lad 
üzərində köklənən dialoqlarına hadisələrin ümumi nisbətində 
daha çox yer ayırmaqla romandakı ölçü hissini itirir: “Hayıf ki, 
bu, həqiqətdi: vaxt gələcək, qəlbində  vətən sevgisi qalanları 
ona-buna nümunə kimi göstərəcəklər. Bu günün naqis tərbiyəsi 
bizləri gətirib bura çıxardı. Vətən kəlməsi bu gün yalnız mənən 
zəngin olanların dilində böyük anlamda işlədilir. Qoy onlar da 
olsun on min nəfər. Əksəriyyət isə, sənin sözün olmasın, vətən 
deyəndə dörd divarının arasından başqa, heç nə düşün-
mür.(s.54)” Bütün əsər boyu tez-tez təkrarlanan, oxucunu ox-
şar patetik nitqlərlə yoran bu sıra-düşüncə  sırası bir çox mə-
qamlarda romanda istənilən səviyyəni vermir.  
Əsərdə bir çaparaqlıq var. Qəhrəmanın sərhədi yarıb  əsir 
tutub gətirməsi, qardaşı  İmdadın dəlixanaya salınması, daha 
sonra  Əfsunun onun dalınca  şəhərə gedib orda tutularaq geri 
gətirilməsi müəllif təhkiyəsində sanki birnəfəsə deyilib qur-


157 
tarır. Bəlkə elə bu ildrım sürətinin yaratdığı effekt(sizliyin)in 
nəticəsidir ki, bu proseslər oxucuya heç bir sirayətedici təsir 
bağışlamır, çünki təsvir olunmur, eləcə süni şəkildə əsərə yer-
ləşdirilir.  Əfsun bacısı  Əfruzun  əsir aparılmasını  Dəli Vey-
səldən, qardaşı  İmdadın dəlixanaya salınmasını isə  Dəli Vey-
səlin oğlundan eşidir. Qəhrəmanın içindəki psixoloji, mənəvi 
təlatümlərin  əsasları  hərəkət, hadisələrin təbii inkişaf prosesi 
zəminində açılsaydı, müəyyən estetik təsir yaratmağa müvəffəq 
olardı. Eləcə də, tez-tez əsərə müdaxilə edən, özünün və obraz-
larının yerinə meydana atılıb fikirlər söyləyən müəllif təhkiyəsi 
sayəsində əsər bədii cəhətdən uğursuzluğa məruz qalır.  
Romanın dili də  rəvan deyil, qeyri-səlis ifadələr, təsvirlər, 
qarışıq cümlələr və s. Məsələn, sayını istənilən qədər artıra 
biləcəyimiz nümunələrdən birinə diqqət edək:  “Dediklərinin 
üstünə qardaşını  gətirməyin qarşısını  kəsən  şeyin  əsla qızın 
güman etdikləri olmadığını da gələndən sonra Mehri başa 
düşdü ki, İmdadı görmək üçün Bakıya od-alov kimi can atan 
oğlan niyə son vaxtlar ondan söz düşəndə  hər dəfə  ağzını elə 
sürüyür”(s.195). Obrazlar bir-biri ilə rəsmi üslubda danışırlar. 
Məsələn, atasının  əsgərlikdə olan Əsfuna yazdığı  məktuba 
diqqət edək: “Nə vaxt bu sərsən psixologiyadan, feodal təfək-
küründən qurtulacağıq? Nə vaxt adamlar başqalarının diktəsi 
ilə yox, öz ağıl və düşüncəsi ilə, müstəqil halda hərəkət edə-
cək?(s.18)”; yaxud həbs olunmuş  Əfsuna Səfurə müəllimənin 
dar macalda söylədiyi cümlələr  əlamətdar tədbir nitqləri 
təəssüratı doğurur: “Sən bütün ağrı və məşəqqətlərə, çətinlik və 
əzablara içindəki sonsuz vətən sevgisi və dönməz inadınla qalib 
gəlmisən. Hər bir yaşıdın bu cür fədakarlıq göstərsəydi, nə dünya 
qarşısında xar olar, nə  də  əsirlikdə bir başıyaylıqlımız qalardı. 
Sənin kimilərin qiymətini o-bu yox, zaman özü verəcək! Arxayın 
ol, mənim balam!... O əllərə qandal yox, öpüş yaraşır(s.114)”. 
Uzun illərin yazıçısının dilimizin bədiilik imkanlarından yararlana 
bilməməsi doğrudan da təəssüf doğurur.  
Əfsunun faciəsi, yaşadığı hisslər ailə  çərçivəsində, ictimai-
sosial məcrada müəyyən qədər təbii boyalarla əks olunmuş, 


 
158 
bununla bağlı  əsaslı detallar göstərilmişsə  də (bacısının  əsir 
götürülməsi, qardaşının dəlixanaya salınması, bir parça torpağa 
sahiblənə bilməməsi) ziddiyyətin  əks qütbləri haqqında eyni 
fikri demək olmur. Əsərdə əks qütbün dolğun inikasını, şərhini 
görmürük. Bu məqamları ehtiva eləyən lövhələr ümumi və 
bəsit olduğundan əsərdə sosial-mənəvi təhlilini tapmır, sadəcə 
obrazların və müəllifin nitqində əsərə daxil olurlar. 
Əslində, mən əsərdəki həqiqət duyğusunu, reallıq hissini al-
qışlayıram, sadəcə janrın öz tələbləri,  ədəbiyyatın- qanunları, 
ritmi, iqlimi ilə birgə öz gerçəkliyi var. Bunu isə yalnız hisslə-
rin və həqiqətlərin çılpaq ifadəsi hesabına ehtiva etmək olmaz.  

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin