150
vəziyyət, hər həftə, hər gün pozulan atəşkəs rejimi idi...” Bu
səbəb əsərdə motivasiyasını tapmır. Necə ki,
Seymur-Anuş
xətti əsərdə sadəcə, süjetin inkişafınfa bir vasitə kimi düşü-
nülmüş təəssüratı bağışlayır, bu fikir də qəhrəmanın əsas gətir-
diyi uçurumun səbəbi kimi inandırmır.
Əgər uçurum iki millət arasında olan nifaqdırsa, bu nifaqın
əlamətləri, çözümü, burda heç lokal olaraq da qabardılmır. Bu
halda hansı uçurumdan söhbət gedə bilər?! Müəllif kifayət
qədər seyrçi mövqe qurub sanki bütün olmuşları, olacaqları
özgə ünvanlarda axtarmağı tərcih edir, yəni ki, müharibə bu işə
maraqlı olan
bir qrup zümrənin əməli idi, onların əməlindən
azərbaycanlılar nə qədər əziyyət çəkirsə, elə ermənilər də o
qədər çəkir, bəs ki, ermənilərin içlərində bir Baki nostaljisi var,
onlara öz yurdlarında heç də yaxşı münasibət göstərilmir,
müharibənin xarabazara çevirdiyi
doğma məkanlara adekvat
olaraq əks tərəfin də itkisiz ötüşmədiyini ürək ağrısı ilə qeyd
edir. Əsərdə milli adına hər şey sanki deformasiyaya məruz
qalır. Milli ölçülərə diaxron olaraq başqa məkanlar bu sırada
daha funksional görünürlər: qəhrəman hər dəfə ziyarət məqa-
mında kilsəni seçir, müsəlman olsa da rus qəbiristanlığında
basdırılmağı vəsiyyət edir, rus yazıçılarının təbiət barədə yaz-
dıqlarını daha səmimi hesab edir. Seymur Baycanın qəhrəmanı
milli tale, milli varlıq haqqında mücərrəd ideyaçılıq əvəzinə
insanın taleyi, insanın varlığı üzərində düşünür.
Zənnimcə,
müəllif rakursundakı humanizm, milliyətindən asılı olmayaraq
ümumən insan ağrısının qabardılması müharibə mövzusunu
təqib qılan milli nəsrimiz üçün pozitiv çalardı. İnsan içinin
təsvirə çəkilməsi prosesində bütün münaqişələrin, mübarizə-
lərin kölgəsi onun üstündən silinib atılmalıdır. İnsan konsep-
siyasının dünya problematikasına çıxışı üçün
bu məqam zəruri-
dir. Əlbəttə, yazıçı tarixçi deyil, bəlkə də qarışıq tarixi proses-
ləri nəsr hələ də yetərincə həzm edə bilmir. Amma müəllifin
birbaşa düşüncə kontekstinə daxil olmasa da, bəlkə də içindən-
ağrılarından keçib gəldiyimizə görə müəllifin
yaratmaq istədiyi
151
humanizm balansındakı tarazlığın bizim payımızın itkisi hesa-
bına başa gəlməsi bir qədər təəssüf doğurur. Lap milli savaşı-
mızı-Ermənistanın Azərbaycana qarşı təcavüzünü qoyaq bir
tərəfə, ABŞ-ın İraqda, Əfqanıstanda, Rusiyanın Çeçenistanda,
İsrailin Fələstində apardığı savaşın da adı müharibədir. Amma
burda hansısa dövlət işğala məruz qalan, hüquqları pozulandır
və bu halda aparılan mübarizə yalnız müdafiə üçündür.
Doğrudanmı, ədəbiyyat bunları (bu fərqi!)
yenib də insana
yetməlidir?! “Quqark” bu suala birmənalı cavab verir. Çünki
romanın sənət zəmini əks etdirmədir, insanın həm maddi-cis-
mani, həm də mənəvi, sosial, psixoloji çalarlarında inikasıdır.
Burada insan faktoru bütün
səviyyələrdə -ictimai-siyasi, mədə-
ni-tarixi, psixoloji, məişət –ümumən özünün varlıq məqamına
tabedir və elə bu məzmun, məziyyətlə də ədəbiyyata daxil olur.
Dostları ilə paylaş: