147
Əsərin müqəddiməsi bu görüşdən
nəsə uman oxucunu bəri
başdan arın-arxayın edir: bu insan düşmən düşərgəsində fərqli
heç bir jest, fədakarlıq eləməyəcək. Amma oxucu ona da inanır
ki, qəfil gələn məktub müharibədə döyüşə çağırsaydı belə qəh-
rəman eyni çaba ilə ora da gedərdi.
Ona görə yox ki, içindəki
patriotizm ona bu addımı atmağa sövq elətdirəcəkdi, yox, sa-
dəcə, əsərin qəhərəmanı darıxırdi və darıxmaq
hissini dəf elə-
mək üçün hərdən məsələn, bulvardakı qarımış şairə xanımlarla
elədiyi söhbəti cəbhə xəttindəki əsgərlərlə təzələyərdi, o qədər.
Əsərdə “ümummilli eyforiya dövrü” olan 1990-cı illər, hə-
min dövrə xas səciyyəvi görüntülər –həm siyasi-ictimai, həm
də psixoloji çalarları ilə təsvirini tapıb. Bir-birini əvəz edən
tarixi dövrlərin insan talelərinin yaşantısında
doğurduğu gərgin
emosiyalar hiss edilir. Burada müəllif mürəkkəb və fəci hadisə-
lərin səbəblərini,
köklərini göstərmir, hansısa amal və mübarizə
əzmi də yoxdur. Müəllif sadəcə ömrünün anılarına əsaslanır,
həmin anıları öz təhkiyəsində ipə-sapa düzüb süjet xətti yara-
dır. Onun uşaqlığı da, qayğıları da, istəkləri ilə həyat reallıqları
arasındakı ziddiyyətlərin doğurduğu
hisslərin ifadəsi də- bir
sözlə keçmişinə dair nə varsa bu xatirələrdədir.
“Mənim gü-
Dostları ilə paylaş: