Microsoft Word Yeni kitab A5-son docx


“...İstiyirsən, qayıdaq tarixlərə? Bil ki, tarixə qayıtsaq



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə73/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   69   70   71   72   73   74   75   76   ...   125
“...İstiyirsən, qayıdaq tarixlərə? Bil ki, tarixə qayıtsaq, 
sən gedib ancaq çobana çıxacaqsan. Elə deyil yoxsa?! Bəlkə 
səhv eləyirəm”. Bu sözü İmirxanlıya Seda Sevortyan deyir və 
bütün  əsər boyu müəllif sanki bu fikirlə dartışır, onu təkzib 
etməyə tarixi, etnoqtafik zəmində əsaslar gətirməyə çalışır:  
“ –Çoban olmaq da əslində dövlət qurmaq kimi bir şeydi. 
Çoban olmaq o deməkdi ki, varın-dövlətin var...Yaxşı, erməni 
niyə qoyun otarammır, hıı, Dəmir kişi? Niyə çoban deyil? 
Çünki dövləti olmayıb, yazdığı yalançı tarixlərə baxma. Döv-
ləti olsaydı, bu işləri də bilərdi...Gör bir, əti sevir, qoyunun 
özünü sevmir, bir yana baxanda da düz eliyir, elə... Dağı səni 
kimi başa düşmür ki, səni kimi ucalıq görəndə salavat çe-
virsin. Sən yağışın altında islanırsan, erməni qaçıb gizlənir.” 
Hələ XX əsrin  əvvəllərində  Əlibəy Hüseynzadə yazırdı ki, 
“türk ruhunda islam işığı ona görə belə tez alışdı və gur yandı ki, 
doğmalıq və yaxınlıq türkün və  ərəbin “bitdiyi”, yaşadığı 
səhranın özündə idi.” M.Süleymanlının romanında səhra baş-
lanğıcı türk ruhu və mənəviyyatının, iqtisadi tərəqqi və mədəni-
tarixi bütövlüyünün zəmini, özülü kimi təqdim olunur. Türk 
milləti əsərə öz folkloru, etnoqrafik cizgiləri, təbiət zənginlikləri, 
əxlaqi-mənəvi keyfiyyətləri, insani saflığı, məişət koloriti ilə 
daxil olur. Papağın quzu olma səhnəsi, toyuqların ayağına patava 
geyindirilməsi, anasının oğlunun  şalvarını geyinib onun göz-
ləməsi inancı, türk Ayişənin türkəçarə ilə Siranuş Sumikyanı sa-


163 
ğaltması, insanlarının saza, sözə həssaslıqları, halallıqları, yaşa-
dıqları yerin dağına, daşına belə fitrətən bağlılıqları və s., və i. - 
roman daha çox məişət həyatının, detalın və peyzajın təbiiliyi, 
ruh-psixoloji təfsilatın doğruluğu ilə dəyərli görünür.  
Bəs bütün bunların sonunda əsərin təlqin etdiyi ideya nədir? 
Düşmənin məkrini, xislətini yaxşı tanı(t)maqmı  məramı, yoxsa 
ehtiva etdiyimiz dəyərləri diriltmək, yaddaşı silkələmək çabası?  
“-Bilirsən onların itiylə niyə bacarmırsan?- Ulubabyan 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin