Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə63/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   59   60   61   62   63   64   65   66   ...   125
 
 
 


145 
YOLLARDA KEÇƏN ÖMÜR 
 
Bu yazının adı müəllifin şəxsi istəyindən hasilə gəldi. Sey-
mur Baycan “Quqark” romanında qeyd edir: “Hər ömrün öz 
adı var. Əgər kimsə nə vaxtsa mənim haqqımda yazsa, həmin 
yazının adını ya “vağzallarda keçən ömür”, ya da “yollarda ke-
çən ömür” qoymalıdır.”  Əslində,  əsərin ümumi ruhu, ritmi, 
düşüncə sırası ümumən yol simvolikasına tabedir. Məhəmməd 
Peyğəmbər (s) necə demiş: “Ev doğulmaq və ölmək üçündür. 
Həyat yoldadır.” “Quqark” romanında həyat da, yaşamaq 
sevdası də əsərin qəhrəmanı üçün mənasızlıqdan başqa bir şey 
deyil və  yəqin, elə buna görə  də o yolsuzluq içindədir. Bu 
yolsuzluq həm də uzun, incə bir yolşuluqdur ki, onun vasitəsilə 
müəllifin təqdim etdiyi özünəməxsus həyat materiallarına, 
gerçəklərə yanaşma təsəvvürlərinə vaqif ola bilirik.  
Mən də o fikirdəyəm ki, müharibə gerçəkləri haqqında əsəb-
lə, coşğu ilə, qışqıra-qışqıra deyil, ona soyuq bir əda ilə, kənar 
baxışla yanaşmaq, hadisələrin, gerçəklərin fövqünə qalxıb 
danışmaq lazımdır. Yəni,  ən azı  nəsrin fəzasına yetməkdən 
söhbət gedirsə burda hadisələrin xronolojisini verən tarixçidən, 
pafosla, patetika ilə süslənmiş poeziya aləmindən fərqin elə 
bununla (bunda) olmalıdır. Seymur Baycanın “Quqark” romanı 
bu baxımdan seçilir. Bizdə müharibə ilə bağlı yazılmış həcmli 
əsərlərdə müxtəlif yanaşma mövcuddur. Ki, hansınısa oxuyub 
müharibə  səhnələrinin yaşatdığı  gərgin məqamları, savaş 
lövhələrinı görə bilirik (A.Abbas. “Dolu” romanı), yaxud eləcə 
kənarda dayanıb müharibə insanının içində boy vermiş ağrıları, 
acıları bir də zaman qarşısına çıxarıb məzmun, mündəricəsini 
arayırıq (Ağayar “Haramı” romanı). “Quqark” əsərində müha-
ribənin portretini özündə gəzdirən talelər və yaşantılar qalere-
yası var. Bir insanın yaddaşında, nəqlində oyadılan duyğular, 
təəssüratlar polifoniyasında keşmiş- daha çox müharibə ilə 
bağlı keçmiş bütün dərinliyi və reallığı ilə mənalana bilir.  
“Quqark” müharibə romanıdır, çünki birbaşa müharibə ger-


 
146 
çəkliyini –dövrün paradoksları  və xaotik məzmunu ilə  təsvirə 
çəkməyi təqib qılır. Bu təsvirlər müxtəlif rakurslu mövzuları 
içinə almaqla bir neçə istiqamətə şaxələnir. Müəllifin əsər boyu 
daldığı yurd hostaljisi, uşaqlığı ilə bağlı xatirələri - əsərdə  ən 
təsirli və maraqlı lövhələr sırasında yer alan qəhrəmanın çörək 
dalınca getdiyi zaman yaşadığı dramatik situasiya, dayısının 
yazdıqları  məktubların sonucda onu yazıçı kimi formalaşdır-
ması, özünün doğma ocaqlarını  tərk edib şəhərdəki xalasının 
birotaqlı mənzilində yerləşmələri və s., ikinci xətt-birbaşa mü-
haribə acıları yaşayan insanları, onların qəmli hekayətlərini, mü-
haribə gerçəkliyinin fəci qanunları-bu sıradan  əsirlik həyatı, 
onlara verilən işkəncələr,  şəhidlər,  şəhid anaları, və.s haqqında 
qənaətləri və s., o cümlədən, cəmiyyətin ictimai-siyasi-sosial mə-
qamlarına varmaq, onları  təsvirə  çəkmək çabası- burada artıq 
yazıçı içinin çöküşü, cəmiyyətdəki disharmoniya, müharibə  işti-
rakçısı olmuş insanın soyğunçuluqla məşqul olması, anasının ona 
hədiyyə, mükafat kimi verilən suvenirləri satması  və s. Yəni, 
əslində bu xəttləri bir qədər uzatmaq da olar, nədən ki, romanın 
çevrələdiyi düşüncə məkanları çoxşaxəli, polifonik spektrlidir. 
Təbii ki, gerçəklər müəllifin təsvir elədiyindən daha artıq 
fəci və dramatikdir. Bunu müəllif də etiraf edir: “...baş verən-

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin