144
çıxararkən yalnız bu ad kara gəlir. Bu ki elə öz qadınının əli ilə
öldürülən mifik qəhrəmanın adıdır?! Təsadüfidirmi? Yox, am-
ma işarə heyrətləndirmir. Nədən ki, yazıçı bu məqama çatana
qədər tarixdə qadınlarının əli ilə ödürülən bir sira adlar təqdim
(tədqiq) edib tapıntının sətiraltı mənasını bəsitləşdirir. Əvə-
zində Səməndərin atı Qəmər öz adı ilə daha çox eyhamlara
işarə edir. Məsələn, bəlkə elə bu Cahandarın ölən Qəmərinin
yeni doğuluşudur -ki, yeni cahangirini tərkinə alıb çağdaş za-
manı və məkanı dolandırmaqla sələfinin missiyasını qaldığı
yerdən davam etdirir?!
Ş.Ağayarın “Haramı” romanı haqqında danışmağa rəvac
verən əsərdir və sözsüz ki, çağdaş nəsrin uğurlu nümunə-
lərindən biri kimi ciddi münasibətin predmeti olacaqdır.
Dostları ilə paylaş: