Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə2/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   2   3   4   5   6   7   8   9   ...   125
 
 


15 
OBYEKTİVLİK MEYARI İLƏ 
 
Vaxt vardı keçmiş Sovetlər  İttifaqında  ədəbi tənqidin  ədə-
biyyatda yerini və rolunu müəyyənləşdirmək, yaradıcılıq sahəsi 
kimi təsdiq etmək haqda xüsusi iclaslar, müşavirələr təşkil 
olunurdu.  Əksər vaxtı qoyulan məsələ dolğun və real şərhini 
tapmasa da, hər halda bu yığıncaqların çağırılmasını  zəruri 
edən  ədəbi tənqidin dominant mövqeyi, aparıcı görkəmi idi, 
“mən varamsa, fəaliyyət göstərirəmsə,  əməyimi qiymətləndir” 
tələbə idi. İndi bu cür iddialarla ədəbi tənqid kimsəni məşğul 
edə bilməz. Ona görə yox ki, artıq bu məcrada bütün suallar 
cavablandırılıb, tənqid əlahiddə yaradıcılıq və xarakter cizgiləri 
qazanıb (bu günün özündə belə tənqidi yaradıcılıq sahəsi kimi 
inkar edənlər var və günü sabah “tənqid lazımdırmı?” mövzu-
sunda müşavirə  təşkil olunsa onu ədəbiyyat üçün “xarici səs” 
hesab edib kənarlaşdırmağa hazır olanlar tapılacaq, hətta 
tənqidin bircə xoş sözünə nə qədər nə qədər həsrətli olsalar be-
lə...), sadəcə olaraq ona görə ki, bu gün ədəbiyyat adamını tən-
qidin hazırkı durumu maraqlandırır, çağırılan iclasların, yazılan 
məqalələrin zəifliyindən, süstlüyündən, ən sərt halda isə yoxlu-
ğundan-ölümündən bəhs edilir. Məsələn, bir neçə il bundan 
əvvəl tənqidçi C.Yusifli “Tənqidin ölümü” adlandırdığı məru-
zəsində qeyd edirdi ki, “indi tənqid, düzdürmən bu sözü işlət-
mək istəməzdim, yiyəsiz ölüyə bənzəyir. Ağlayanı çox olsa da 
ortadan götürəni yoxdur”. Hazırdasa belə düşünmək haqsızlıq 
olardı.  Ən azı ona görə ki, bugünkü yazılarda tənqidin prob-
lemləri çözülməyə başlanılıb və yaxşı  cəhətdir ki, bu təşəb-
büslərin çoxu artıq tənqidçilərin özləri tərəfindən göstərilir. 
Demək olmaz ki, tənqidin zəiflədiyi, gücdən düşdüyü son 
bir neçə onillikdə onun vəziyyəti tənqidçiləri maraqlandır-
mayıb, səbəblərini açıqlamağa cəhd göstərilməyib. Müxtəlif 
vaxtlarda etiraz nidaları  eşidilib, “karvanbaşı, yolun hayana-
dır?” deyə  həyəcan təbili çalanlar da olub. Amma bu hallar 
təsadüfi səciyyə daşıdığı, deyək ki, adda-budda səsləndiyi üçün 
ədəbiyyatın aparıcı mövzusuna çevrilməyib, ya da sadəcə “biz-


 
16 
də iki fikir toqquşub üçüncüyə körpü salmayıb” (T.Əlişan-
oğlu), vəssalam. Doğurdan da əgər tənqidin “sadə düsturu ədə-
bi polemikadırsa” son zamanlara qədər  ədəbi prosesdə biz 
məhz bunu görməmişik.  İstisna olaraq deyək ki, N.Cəfərov-
T.Əlişanoğlu, Əsəd Cahangir-T.Əlişanoğlu polemikaları müəy-
yən vaxtlarda fikir ətalətini aradan qaldırmağa xidmət edib, 
eləcə də son günlər ədəbi ictimaiyyətdə böyük rezonansa səbəb 
olan Elçinin “Müasir dövrdə Azərbaycan  ədəbi tənqidinin 
yaradıcılıq problemləri” adlı məqaləsi tənqidin yaşarlılığına tə-
minat vermək baxımından təqdirə layiqdir. Amma nə üçün bu 
cür mübahisəli ruh, polemit ovqat aşılayan məqalələr kütləvi-
ləşmir? Elçinin məqaləsində onlarla tənqidçi adı sadalanır. 
Təbii ki, onlardan hər biri müəyyən vaxtlarda zəhmət çəkib
“gecəni-gündüzə qatıb” bu adı qazanıblar. Bəs niyə 90-cı illər-
də,  ədəbi prosesin, o cümlədən  ədəbi tənqidin dramatik za-
manında onların səsini eşitməmişik. Elə bu gün də, bir halda ki, 
bizdə  hər sahədə istənilən qədər problem var, niyə bu tənqid-
çilər ələ qələm alıb onların həllinə girişmirlər. Niyə bu gün biz 
ədəbi tənqiddən danışanda yalnız bir-iki tənqidçinin adı üzə-
rində dayanırıq, təkrar-təkrar onlara istinad edir, bütün prob-
lemin ağırlığını da bu tənqidçilərin üzərinə atırıq. Bəs digər 
tənqidçilər? Bu mənada bəlkə  də C.Yusiflinin qənaəti daha 
məqsədəuyğundur ki, “ədəbi prosesə şamil edilən “yoxmu, var-
mı?” sualının qoyuluşu səhvdir, absurddur, bu, daha çox şəxsi 
planda səslənsəydi daha gerçək ifadəsini tapardı, yəni bir şair, 
bir nasir, dramaturq, yaxud tənqidçi kimi mən varam, yoxsa 
artıq mövcud deyiləm?” Vaxtilə haqsız tənqidlərə məruz qalıb 
uzun müddət heç nə yazmayan rus yazıçısı Zoşşenko sonralar 
bunun səbəbini belə izah etmişdir: “Qorxudulmuş yazıçı ixtisa-
sın itirilməsi deməkdir”. Bəs görəsən bizim tənqidçilərin 
ixtisaslarını itirmələrinə hansı amil səbəb olmuşdur?... Böyük 
ədəbiyyatın olmamasımı, yoxsa hələdəmi “ədəbiyyatdakı qü-
surların kəskin tənqidini mətbuat çap eləmirdi”. (Y.Qarayev). 
T.Əlişanoğlu “Azərbaycan nəşri sosrealizim çevrəsində” adlı 
kitabında yazır: “1930-50-ci illər ədəbiyyatı üçün inqilabi pafos



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin