30
hulluğun dərki naminə dünyanın qapalı çevrəsindən təcrid
olunub sənətdə kamilliyin zirvələrini fəth etməyə can atan sər-
hədsiz ruhun əsirinə çevrilmək, oxucunu da gərginlik, müəm-
ma içində saxlayıb onu İlahi həqiqətin
sirlərinə vaqif olmaq
naminə edilən fasiləsiz axtarış dövriyyəsinə qatmaq deməkdir.
Bu baxımdan, C.Yusifli 90-cı illər poeziyasının ritmi, axarı ilə
barışmayaraq yazır: "Şerimiz dünya mənzərələrini (necəliyini)
təsvir etməyə aludə olduğundan indi bütün poeziya "Dünya"
sözüylə başlayan xitablarla doludur. Və bu sözlərin hamısının
içi boşdur. Bunun başlıca səbəbi bizim poeziyada baş alıb
gedən variant yazmaq xəstəliyidir – özü də stixiya şəklində baş
verən bu proses heç vəchlə mövzu, mətləb axtarışına yönəlmir"
[yenə orada, səh.27], yaxud "İndi yaranan şerin canında bir
əsəbilik damarı çarpır, bu şerin "monumental" lövhələr yarat-
mağa hövsələsi çatmır, hər şeyi bir mətləbin, bir nöqtənin içinə
qatıb bütün çılpaqlığı ilə vermək istəyir” [yenə orada, səh.37].
Yuxarıda
qeyd etdiyimiz kimi, poeziya sahəsində aparılan
axtarış əzmini daha bir tendensiya istiqamətində izləmək olar.
Bu, əsasən sovet dövründə qadağan olunmuş cərəyanların,
müxtəlif "izm"lərin 90-cı illərdə poeziyamıza tətbiq olunması
ilə əlaqədardır.
90-cı illərdə bu məsələnin qabarmasını şərtləndirən əsas
səbəb modernləşmə, dünya ədəbi prosesinə qoşulmaq arzusu
ilə bağlı idi.
Çox yaxşı haldır ki, ədəbiyyatımızın dünya ədəbi-bədii
fikrinə inteqrasiya olunması kimi tələblər irəli sürülürdü.
Bəşəriyyətin qloballaşmaya doğru getdiyi 90-cı illərdə biz də
qapalı dövriyyə ilə kifayətlənə bilməzdik. Dünya ədəbi arsena-
lından bəhrələnmə, onlara yiyələnməyə cəhdlər
olduğu kimi,
həm də bu prosesə qoşulmaq, onun intensivləşməsini stimullaş-
dırmaq gərək idi. Ona görə tənqid bu fikirdə idi ki, ”… ana
sual, şah mətləb "Vahid informasiya məkanına biz nə (hansı
təkrarsız milli çalar!) artırırıq və onun yaranmasında nə ilə
iştirak edirik?” – şəklində durur. Yoxsa "dünya informasiya
məkanını” yaratmaqla
başqa millətlər məşğul olsun, biz isə
ondan pay almaqla məşğul olaq prinsipi (belə vəzifə və iş