Microsoft Word Yeni kitab A5-son docx


ölüm labüdlüyü”, “Üç Somnambul üçün kədər”, Andrey



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə16/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   12   13   14   15   16   17   18   19   ...   125
ölüm labüdlüyü”, “Üç Somnambul üçün kədər”, Andrey 
Platonovun “Həyat işığı”, Oskar Yellinekin “Aktyor”, Ha-
ruki Murakaminin “Sükut”, Karel Çapekin “Şair”, Mario 
Varqas Lyosanın “Baba”, “Katoblepas” («Gənc yazıçıya 
məktublar»dan), Anton Pavloviç Çexovun “Sevinc”, Mark 
Tvenin “İblislə sövdələşmə”,  İ.A.Buninin  “Fedosevna”,   
Umberto Ekonun “Naməlum O” kimi hekayələri bu  qəbil-
dəndir. Eyni zamanda çağdaş rus şeirindən və çağdaş Ukrayna 
şairlərindən seçmələri  şair-mütərcim  S.Babullaoğlu yüksək 
poetik zövqlə çevirib bizə təqdim etmişdir.   
Ümumiyyətlə, rus şairlərinin  şeirlərinin tərcüməsi ötən il 
üstünlük təşkil edib. Xətib Təbrizinin məşhur fikrini bir balaca 
dəyişib desək, şeiri tərcümə etmək onu yazmaq yazmaq qədər 


41 
çətindir. Nədən ki, şeir insanın ruhi-psixoloji vəziyyətini, duy-
ğusal aləmini sərgiləyən poetik yaşam hadisəsidir və bu hadisə 
birbaşa onu içindən keçirən müəllifin lirik “mən”i ilə bağlı 
olduğundan onun tərcümə olunması mütərcimdən xüsusi iste-
dad tələb edir. Poeziya tərcüməçisi  şeirin vəzn-qafiyə siste-
minin ahəngdarlığını qorumaqla bərabər onun müəllifinin duy-
ğularını, hisslərini də mənən yaşamalı, şeirin estetik təsir gücü-
nü saxlamağı, onu orijinaldakı kimi oxucuya aşılamağı bacar-
malıdır. Bu baxımdan, Anar və Səlim Babullaoğlunun tərcü-
məsində Nobel mükafatı laureatı olmuş  Boris Pasternakın 
şeirlərinin “ Misranın sahibi hislər olanda“ kitabında təqdimi 
son dövrün uğurlu tərcümə  işi sırasında qeyd olunmalıdır.  İlk 
növbədə, yuxarıdakı tələblərə cavab vermək, sadalanan məziy-
yətləri ehtiva etmək baxımından... 
Poeziya  əsərlərinin tərcüməsi ilə bağlı ötən il “Ulduz” jur-
nalında çap olunan Qoca Xalidin  tərcüməsində Yuri Kuz-

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin